Icma.az
close
up
RU
“İndiyədək heç pivə də içməmişəm”

“İndiyədək heç pivə də içməmişəm”

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kaxaber Sxadadze Azərbaycan üçün yad sima deyil. Əvvəllər ölkəmizdə “Standard”  və “İnter” kimi klubları çalışdıran təcrübəli mütəxəssis bir ara futbol üzrə Gürcüstan millisinin də baş məşqçisi oldu. O, ötən mövsüm 10 illik fasilədən sonra yenidən Azərbaycan qayıdaraq “Qəbələ”nin “sükanı arxası”na keçdi. Komanda həmin il birinci diviziona yuvarlansa da, əyalət təmsilçisini tərk etməyərək onu yenidən Premyer Liqaya yüksəltdi.

Bu məqamda 56 yaşlı gürcü mütəxəssislə bir az söhbətləşməyə ehtiyac var idi. Ona təkcə futbolla bağlı yox, həm də siyasi suallar ünvanladıq.

Sxadadzenin “Qafqazinfo”ya müsahibəsini təqdim edirik:

- 10 il sonra yenidən Azərbaycana qayıtdınız. Geri döndüyünüzdə nəyin dəyişib, nəyin dəyişmədiyini gördünüz?

- Uzun müddət Azərbaycanda yaşamışam. Millətlərimiz arasında fərqlər olsa da, bizim heç bir problemimiz olmayıb. Münasibətlərdə hər şey hörmətlə başlayır. Biz qarşılıqlı hörmət əsasında yaşamışıq. Bizim münasibətlərimizin yaxşı olması da baxışlarımızın bərabər olmasından irəli gəlir. Bakını çox sevirəm, əlbəttə, darıxırdım. Mənim burada dostlarım var. Bakı indi ən yaxşı şəhərlərdən birinə çevrilib. Burada işləmədiyim müddətdə də gəlib-getmişəm. Və həmişə təəccüblənirdim ki, bir şəhər bu qədər sürətlə inkişaf edə, gözəlləşə bilər? Birmənalı olaraq görünür ki, Azərbaycan irəli gəlir.

- Kriştiano Ronaldo Səudiyyə Ərəbistanına pula görə getdi, bəs tanınmış Kaxaber Skadadze nəyə görə səviyyəcə aşağı Azərbaycan birinci liqasında qaldı?

- Bu, prinsipial qərar idi. İstədik göstərək ki, aşağı liqaya yuvarlanan bir klubla axıra qədər dayanmaq lazımdır. Köməkçilərimlə birlikdə öz şəxsi ambisiyalarımızı bir kənara qoyub kluba kömək etdik. Çox şadıq ki, bunun öhdəsindən gələ bildik və komandanı yenidən Premyer Liqaya yüksəltdik. “İnter”də çalışdığım dönəmlərdə həmişə yüksək yerlər uğrunda mübarizə aparmışıq. Bir dəfə Azərbaycan çempionu olduq, Birlik Kubokunu qazandıq, iki dəfə gümüş mükafata sahib çıxdıq. Bir müddət sonra çempionatda eniş baş verdi. Əlbəttə, “Qarabağ” öz adını qoruyub saxladı. Ötən mövsüm “Zirə” də yüksək oyun sərgilədi, növbəti dəfə avrokuboklara vəsiqə qazandı. Komandalar güclənir, ona görə bu il mövsümün gərgin keçəcəyini düşünürəm.

- Sizin kimi adlı-sanlı məşqçi üçün birinci liqada çalışmaq nə qədər çətin idi?
- Komandanı sıfırdan yığmaq lazım idi. Komandanın idman direktoru Səbuhi Səfiyarlı ilə danışanda ona demişdim ki, heyətin 90 faizi ilk gündən komandanın yanında olmalıdır. Çünki 6 həftəlik hazırlıq prosesində həmin futbolçuları həm fiziki, həm də taktiki cəhətdən hazırlamalı idik. İlk baxışdan çətin idi, amma mövsüm başlayanda futbolçular nə etməyin lazım olduğunu bilirdi. Hər zaman irəli baxmaq lazımdır. 

- 10 il əvvəl Elvin Yunuszadə Azərbaycan çempionatında oynayırdı, siz 10 il sonra yenə ölkəmizə qayıdanda da. Amma siz Azərbaycandan gedəndə 15 yaşı olan həmyerliniz Xviça Kvaratsxeliya indi PSJ-də çıxış edir. Bəs, bizdə çatmayan nədir?

- Gürcüstanda da bir ara problemlər var idi. Stabillik olmayanda çətin olur. Siz məsələn, itirilmiş torpaqlarınızı geri qaytardınız. Bunların hamısı təsir edir. Ölkə müharibə vəziyyətindədirsə, orada futbolun, idmanın inkişafından nə danışmaq olar? Bizdə də bir eniş var idi, sonradan ölkədə stabillik yarandı və çox sayda uşaq futbola getməyə başladı. Birinci növbədə kütləvilik və infrastruktur olmalıdır. Uşaqlar gəlib normal bir yerdə, meydançada məşq etməlidir. Kütləvilik olanda rəqabət yaranır və beləcə inkişaf yaranır. 

- Deyirlər, xoşbəxt olmaq üçün içmək lazımdır. Bu mənada gürcü çaxırı nə qədər faydalıdır?

- Mən gürcüyəm, amma futbolda olduğum müddətdə heç pivə də içməmişəm. İndiki dövrdə işdə o qədər yüklənmələr olur ki, elə şeyləri düşünməyə vaxt da qalmır. Ona görə həmişə düzgün qidalanmaq lazımdır. Bizim qafqazlılarda bu problem olur. Un məhsullarını dəhşət çox yeyirik. Mən keçən il komandaya gəlib səhər yeməyinə düşəndə dəhşətə gəldim. Hər futbolçunun qarşısında böyük lavaş var idi. Ondan sonra onlara çörək yeməyi qadağan etdim. 11-12 yaşından uşaqları öyrətmək lazımdır ki, düzgün qidalansınlar. Yağlı yeməklərdən uzaq durmaq lazımdır. 

- Dünyada ən məşhur suallardan biri “Ronaldo, yoxsa Messi?”dir. Mən bəlkə də heç vaxt təkrarlanmayacaq sual verəcəm: Asif Məmmədov, yoxsa İnyesta?

- (Gülür). Mən Asifə çox hörmət edirəm. Asif elə bir insandır ki, bütün həyatını futbola həsr edib. Futbolçu kimi müqayisə etməyi düşünmürəm.

- “İnter”də də futbolçunuz idi...

- Asif Azərbaycanda gənc futbolçular üçün çox böyük nümunədir. Onu uşaq vaxtından tanıyıram. Düzgün qidalanırdı, çox məşq edirdi. Mənim yadıma gəlmir ki, bu ötən illər ərzində kimsə desin ki, mən Asifi gecə saat 1-də çayxanada gördüm. Bilirəm ki, dəqiq idmançı kimi yaşayıb. Mən çox şadam ki, mənim həmin futbolçum indi bizimlə futbolçu-məşqçi kimi davam edir.

- Siyasətə qarışırsınız?

- Xeyr!

- Gürcü arzusu necədir? Bu, həm siyasi, həm də şəxsi sualdır...

- Bu gün hakimiyyətdə olan bir partiyadır. Ölkənin yaxşı yaşaması üçün məsuliyyət daşıyırlar. Partiyada şəxsən hörmət etdiyin insanlar da var. Həmişə ölkə rəhbərliyində olan şəxslərə Gürcüstanı yaxşı idarə etməyi arzu etmişəm. Bu, həm də gürcü arzusudur...

- Bəs, iki slavyan xalqının müharibəsinə münasibətiniz necədir?

- Rusiyanın müharibəyə başlaması çox pis oldu. Bizim də torpaqlarımızın 20 faizi hazırda bizdə deyil. Müharibə çox pis bir şeydir. Onu kim başladırsa, səhvə yol verir. Çünki müharibənin qurbanları sadə vətəndaşlar olur. Fikrimcə, 21-ci əsrdə müharibələr daha bəsdir. Öz ölkən üçün müharibə zərurətdirsə, o başqa məsələ. Amma başqasının torpağını işğal etməyi istəmək doğru deyil. 

- Ümumiyyətlə, Rusiya Cənubi Qafqazdan nə istəyir?

- Əvvəllər bir neçə ölkəni birləşdirib zorla Sovet hökumətini yaratmışdılar. Sonra hər xalq azad olmaq istədi. Sovet hökuməti dağılandan sonra hərə öz dövlətini yaradıb müstəqil yaşadı. Ancaq təəssüf ki, hansısa insanlar yenidən Sovet hökumətini yaratmaq istəyir. Hər halda, mən belə düşünürəm. Amma fikrimcə, bu, heç vaxt baş verməyəcək. 

- Bizim Vətən müharibəsini izləyirdiniz?

- Ölkəniz üçün mübarizə aparırdınız. Hamı da bunu normal qəbul elədi. Heç kimin də buna etirazı yoxdur. Bu, tez-gec baş verməli idi. 

- 44 günə qələbə qazanacağımızı düşünürdünüz?

- Siz özünüz düşünürdünüz?

- Suala suala cavab bu məqamda qəbuldur...

- Bir ildir Qəbələdə yaşayırsınız. Uyğunlaşa bilmisiniz?

- Möhtəşəmdir. Həmişə müzakirə edirik ki, Bakıya gedək, ya yox? Mən həmişə buna qarşı çıxıram. Burada bütün imkanlar əladır. İnfrastruktur baxımından hər bir şərait var. Futbolçu da nəticələri fikirləşməlidir. Bakıda gəzmək üçün vaxtları olacaq. Peşəkar futbolçu odur ki, gündə 6 saat işləsin, sonra istirahətə çəkilsin, axşam 11-də yatsın. Gecə 1-də oturub qəlyan çəkənlərin böyük futbolu olmayacaq. 

- Son sözünüz?

- Mən dünyaya, insanlara sülh arzulayıram. İnsanlar başa düşməlidir ki, hər kəsin öz ölkəsi var. Hər ölkənin nümayəndəsi də öz ölkəsini sevir. Və hər kəs öz ölkəsi üçün mübarizə aparacaq. Heç kimdən nəsə oğurlamaq lazım deyil. 

Emin Səfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 İyul 2025 07:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see285

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see275

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see268

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see266

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see256

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see256

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see253

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see248

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see248

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see242

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see229

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see228

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see228

Region üzrə yeganə yüksək nəticə göstərən Emilya bu universitetin TƏLƏBƏSİ oldu FOTO/VİDEO

05 Sentyabr 2026 14:23see223

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see221

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see220

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see217

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see216

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see210

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri