Qədim Misir kahininin üzü müasir texnologiya ilə canlandırılıb
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Misirin Karnak məbədində baş kahin kimi xidmət etmiş Merisamon adlı qadının üzü ilk dəfə müasir texnologiyalarla canlandırılıb.
Oxu.Az bu barədə "Daily Mail"ə istinadla xəbər verir.
Bildirilir ki, qadın kahinin əsas vəzifəsi tanrı Amon-Ra sakitləşdirmək üçün mahnılar oxumaq olub.
Ekspertlərin sözlərinə görə, 1920-ci ildə amerikalı arxeoloq Henri Brested tərəfindən tapılan mumiya toxunulmamış qalıb. Alimlər kompüter tomoqrafiyası vasitəsilə bədənin içini araşdırıb, üz formasını rəqəmsal şəkildə bərpa ediblər.
Bərpa zamanı anatomik deformasiya texnikası ilə mumiyanın kəllə quruluşuna uyğun üz forması yaradılıb. Daha sonra ona saç, göz, dəri rəngi və tekstura əlavə edilib. Merisamonun 30 yaşında, ehtimal ki, sağlam vəziyyətdə dünyasını dəyişdiyi məlum olub.
Sarkofaqdakı yazılar və bəzəklər onun yüksək təbəqəyə aid olduğunu göstərir. "Amon onu sevir" mənasını verən adı da bu statusu təsdiqləyir.
"Onun üzü sakit, ləyaqətli və mülayim idi. Bu, onun dini və sosial roluna uyğundur", - deyə alimlər bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 05 İyul 2025 07:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















