Icma.az
close
up
RU
Dərman mafiyasına hücum başladı 11 min manatlıq əməliyyat

Dərman mafiyasına hücum başladı 11 min manatlıq əməliyyat

Icma.az, News24 portalına istinadən məlumat verir.

Yararlılıq müddəti bitmiş dərman satanlar 11 min manatadək cərimələnəcək. Bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Bunun anlamı odur ki, bazarda təhlükəli, sağlamlıq üçün böyük problem yarada bilən dərman preparatları var. Bu dərmanlar 3-5 dənə deyil, saxta, vaxtı ötmüş dərmanların ciddi dövriyyəsi mövcuddur.

Bunun qarşısı 11 min manatlıq cərimələrlə alınacaqmı?

Globalinfo.az-a danışan hüquqşünas Ramil Süleymanov deyib ki, Azərbaycanda bu sahə dərman vasitələri haqqında qanuna əsasən tənzimlənir:

“Bununla bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 221.1-ci maddəyə görə, bilə-bilə keyfiyyətsiz, normativ texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, o cümlədən yararlılıq müddəti bitmiş dərmanların satış məqsədi ilə saxlanılması, satışı aşkaralanarsa, həmin dərman vasitələri dövlət tərəfindən müsadirə olunur.

Eyni zamanda vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək , hüquqi şəxslər isə 5 min manatdan 7 min manata qədər cərimə olunurlar. Burada müvafiq icra hakimiyyətinin tənzimlədiyi qaydalardan kənara çıxmaqla həmin dərman vasitələrinin satılması da qanunvericiliyin pozulmasıdır. Buna görə də inzibati məsuliyyət nəzərdə tutulub. Bu sahəni tənzimləyən İnzibati Xətalar məcəlləsində törədilən əmələ görə, hər hansı bir cərimənin qoyulması əsas götürülür. Belə ki, törədilmiş əməlin inzibati qaydada məsuliyyətə cəlb olunması nəticə etibarilə yeni inzibati xətaların qarşısının alınmasıdır.

Törədilmiş əməlin məsuliyyətinin müəyyən olunmaqla həmin vətəndaşın qanunvericiliyin ruhuna uyğun tərbiyələndirilməsidir. Bu sahədə cərimənin məbləğinin yüksəldilməsi artıq hökumət tərəfindən təyin olunan, Milli Məclis tərəfindən qəbul olunan məsələdir. Bunun nə qədər effektiv olacağını növbəti mərhələlərdə görəcəyik. Səhiyyə Nazirliyi, TƏBİB, İqtisadiyyat Nazirliyi tərəfindən də mütəmadi yoxlamarın aparılması qaçılmazdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://news24.az
archiveBu xəbər 06 Dekabr 2024 04:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri