Icma.az
close
up
RU
“Dərman təminatı ilə bağlı ciddi problem yoxdur, sistem daha da şəffaflaşdırılacaq”

“Dərman təminatı ilə bağlı ciddi problem yoxdur, sistem daha da şəffaflaşdırılacaq”

Sia Az saytına istinadən Icma.az xəbər verir.

“Dərman çatışmazlığı ilə bağlı hər hansı ciddi problemimiz yoxdur. Dərman təminatı normativ sənədlər, nəzarət mexanizmləri və mövcud tənzimləmələr əsasında həyata keçirilir. Bəzən gecikmələr ola bilər, lakin bu hallar əsasən dərmanların idxalı və ya istehsalı ilə bağlı məsələlərdən irəli gəlir və daimi xarakter daşımır". SİA xəbər verir ki, bu fikirləri TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov qurumun 2025-ci ilin yekunlarına dair keçirilən brifinqdə media nümayəndələrinin suallarını cavablandırarkən deyib.

İcraçı direktor qeyd edib ki, dərman təminatı əvvəlki dövrlərlə müqayisədə daha stabil şəkildə davam etdirilir: “Ümumilikdə, dərman təminatında ciddi problem müşahidə olunmur. Lakin ən çox çətinliklər poliklinikalar səviyyəsində ortaya çıxır. Vətəndaşlarımızın bir qismi hələ də dövlət tərəfindən təqdim olunan dərman təminatından yararlana biləcəklərinə inanmırlar".

Onun sözlərinə görə, bu məsələdə əsas problem məlumatlılıqla bağlıdır: “Biz dəfələrlə izah etmişik ki, vətəndaşlar üçün nəzərdə tutulan dərmanlar məhz poliklinikalara təhvil verilir. Ancaq konkret gün və tarixdə həmin dərmanların orada olmaması mümkündür. Bu, tədarük prosesinin bir hissəsidir və normal haldır".

Vüqar Qurbanov bildirib ki, dərman təminatında şəffaflığın və izlənilə bilənliyin artırılması əsas hədəflərdən biridir: “Bu problemi aradan qaldırmaq üçün vətəndaşların dərman təminatının daha şəffaf və nəzarət olunan sistem üzərindən həyata keçirilməsi vacibdir. Xüsusilə şəkərli diabet xəstələri üçün vahid qeydiyyat sisteminin – reyestrin yaradılması zəruridir".

O qeyd edib ki, indiyədək bu sahədə geniş və funksional reyestr mövcud olmayıb: “Reyestrin yaradılması ilkin olaraq Səhiyyə Nazirliyinin səlahiyyətinə aid olsa da, hazırda bu iş TƏBİB tərəfindən həyata keçirilir. Bu sistem həkim tərəfindən təyin olunan dərmanların izlənməsinə, təminatına və vətəndaşın həmin dərmanı alıb-almamasına nəzarət etməyə imkan verəcək".

İcraçı direktor vurğulayıb ki, yeni sistem vətəndaşlar üçün də açıq olacaq: “Vətəndaşlar sistemə daxil olaraq dərmanın onlara təyin edilib-edilmədiyini görə biləcəklər. Əgər hansısa səbəbdən dərman təmin olunmayıbsa, bu barədə dərhal tədbir görüləcək. Bu yanaşma həm hesabatlılığı artıracaq, həm də dərman təminatında şəffaflıq və dayanıqlılığı təmin edəcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Dekabr 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri