Icma.az
close
up
RU
Dermatoloq xəbərdarlıq edir: Bu vasitələr uşaqlar üçün risklidir

Dermatoloq xəbərdarlıq edir: Bu vasitələr uşaqlar üçün risklidir

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mağazalarda məhz azyaşlı uşaqlar üçün nəzərdə tutulan kosmetik vasitələr, kremlər, losyon, hətta uşaqlar üçün dodaq boyaları və digər makiyaj məhsullarının sayında artım müşahidə olunur. Valideynlər bu məhsulları adətən “uşaq üçün xüsusi hazırlanıb” ifadəsinə güvənərək təhlükəsiz hesab edirlər. Halbuki uşaqların dərisi böyüklərlə müqayisədə daha incə, daha həssas və xarici təsirlərə qarşı daha müdafiəsizdir.
Valideynləri maraqlandıran suallardan biri isə erkən yaşda kosmetik vasitələrdən istifadənin gələcəkdə dəri problemlərinə səbəb ola bilməsidir. 

Bəs uşaqlar üçün satılan həmin vasitələr təhlükəsiz hesab olunurmu?
Ölkə.az xəbər verir ki, sfera.az-a bu haqda açıqlama verən dermatoloq Cavad Paşabəylinin fikirlərinə əsasən, uşaqlara bu vasitələr iki cür təsir göstərə bilər.

Onun sözlərinə görə, belə keyfiyyətsiz məhsullarda dərini qıcıqlandıran və ya dəridə reaksiya yaratmaq qabiliyyətinə sahib olan maddələrin miqdarı çox olur:
“Bu vəziyyət sadə kontakt dermatit adlanır. Digər tərəfdən, istifadə olunan boyalar və ya makiyaj vasitələri keyfiyyətli olsa belə, əgər uşaq atopik dermatitlidirsə, yüksək allergiyası varsa və ya allergiyaya meyillidirsə, bu zaman allergik kontakt dermatit əmələ gələ bilər. Ona görə də istənilən halda valideynlər uşaqlara makiyaj vasitələri tətbiq edərkən diqqətli olmalıdırlar”. 
Mütəxəssis məsələyə birtərəfli yanaşmamağı bildirib:
“Birincisi, valideyn uşağın dərisinin həssaslığını bilməlidir. Uşaq indiyə qədər hər hansı xırda nüansa reaksiya veribmi? Hər hansı qidaya qarşı allergik reaksiya, dəridə səpki, qızartı və ya qaşınma olubmu? Bunları mütləq nəzərə almalıdırlar. Körpə vaxtı diatezi, hər hansı dəri reaksiyaları və ya allergiyası olub-olmadığı da dəyərləndirilməlidir. Tətbiq edərkən makiyaj vasitələrinin tərkibinə və saxlanma şəraitinə mütləq diqqət yetirilməlidir ki, daha az hipoallergen vasitələrdən istifadə edilsin. Valideynlərə tərkibində kimyəvi maddələr daha az olan vasitələri seçməyi tövsiyə edirəm, çünki uşaq dərisi böyüklərin dərisinə nisbətən daha həssasdır. Sadəcə valideynlər övladlarının dərisinin xüsusiyyətlərini, allergiyasının olub-olmadığını bilməli və məhsulların tərkibinə mütləq diqqət yetirməlidirlər. Əks halda dəridə allergik, sadə və ya atopik qıcıqlanma, kontakt dermatit, eləcə də ekzema kimi xəstəliklər yarana bilər”. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 Yanvar 2026 19:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see586

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see539

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see495

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see398

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see310

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see289

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see271

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see260

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see250

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see247

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see245

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see210

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri