Icma.az
close
up
RU
Emmanuel Makron yeni etiraz aksiyaları ərəfəsində müdafiə şurasını toplayıb

Emmanuel Makron yeni etiraz aksiyaları ərəfəsində müdafiə şurasını toplayıb

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Paris, 29 oktyabr, AZƏRTAC

Fransa Prezidenti Emmanuel Makron ölkədə oktyabrın 31-də və noyabrın 5-də keçirilməsi planlaşdırılan etiraz aksiyaları ərəfəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə Yelisey sarayında müdafiə şurasının iclasını keçirib.

AZƏRTAC xəbər verir ki, iclasda oktyabrın 17-də keçirilən nümayişlər zamanı yaranmış çətinliklər nəzərə alınaraq, mümkün iğtişaşların qarşısının alınması və ictimai asayişin qorunması məsələləri müzakirə olunub. Ötən həftəsonu aksiyalar ciddi insidentlər olmadan başa çatsa da, hakimiyyət orqanları yüksək hazırlıq səviyyəsini saxlamaq niyyətindədir.

Hökumətin sözçüsü Mod Brejonun bildirdiyinə görə, Makron qarşıdurmaların və hüquqpozma hallarının qarşısının alınmasının vacibliyini vurğulayıb. Prezident, eyni zamanda, lisey şagirdlərinin, tələbələrin və sosial hərəkat iştirakçılarının tələblərinin dinlənilməsinin, etirazçılarla dialoqun davam etdirilməsinin zəruriliyini qeyd edib.

Sosial iğtişaşlardan zərər çəkən sahibkarlara dəstək tədbirləri də nəzərdə tutulur.

Ticarət naziri Serj Papin bildirib ki, qarət və dağıntılardan zərər görmüş, işçi sayı 50 nəfərdən, illik dövriyyəsi isə 10 milyon avrodan az olan müəssisələrə 10 min avroyadək birbaşa yardım göstərilə bilər.

Nazirliyin qiymətləndirməsinə görə, zorakılıq halları təxminən 3 min müəssisəyə ziyan vurub. Hökumət qismən işsizlik və sığorta mexanizmləri vasitəsilə də sahibkarlara dəstək göstərməyi planlaşdırır.

İlin sonu bayramları ərəfəsində hakimiyyət nümayişlərin şəhər mərkəzlərindəki ticarət fəaliyyətinə təsirini də azaltmağa çalışır. Bu məqsədlə yürüş marşrutlarının bəzi hissələrinin dəyişdirilməsi nəzərdən keçirilir. Qarşıdakı aksiyalar hökumətin sosial gərginliyə və ictimai asayişlə bağlı çağırışlara reaksiyası baxımından mühüm sınaq olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Oktyabr 2026 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri