Müharibə əlilinin ailəsi icra başçısından şikayətçidir
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Siyəzən rayonu, Molla Vəli Vidadi küçəsi, ev 45 ünvanında yaşayan, 2-ci qrup müharibə əlili mərhum Zeynalov Qabil Mabəddin oğlunun ailəsi ciddi sosial problemlərlə üzləşib.
“Cebheinfo.az” xəbər verir ki, mərhum əlilin həyat yoldaşı Zeynalova Nənəqız bu barədə redaksiyamıza şikyətində bildirib.
O qeyd edib ki, dövlət siyasətinin mühüm istiqamətlərindən biri şəhid ailələrinə, müharibə iştirakçılarına və qazilərə diqqət və qayğı olsa da, ailə uzun müddətdir işsizlik problemi ilə üzləşib:
“Dəfələrlə müraciət etməyimizə baxmayaraq, ailəmizin işlə təmin olunması məsələsi indiyədək həllini tapmayıb. Bəs dövlətimizin şəhid və qazi ailələrinə diqqət və qayğı göstərilməsini nəzərdə tutan siyasəti yerli səviyyədə nə dərəcədə həyata keçirilir? Nə üçün bizim kimi qazi ailəsinin işsizlik problemi bu günədək həll olunmayıb? Həyat yoldaşım 27 aprel 2025-ci il tarixində vəfat etdikdən sonra ailəmizin əsas gəlir mənbəyi kəsilib.
Beş nəfərlik ailəmizdə işləyərək gəlir əldə edən yoxdur. Heç bir ailə üzvümüz əmək haqqı, pensiya və ya sosial müavinət almır. Nəticədə ailəmiz ağır sosial və maddi çətinliklərlə üz-üzə qalıb. Mərhum həyat yoldaşım sağlığında ailəmizin əsas təminatçısı idi. Onun vəfatından sonra ailəmizin dolanışığı daha da çətinləşib.
Hazırda ailəmizin ən böyük ehtiyacı əmək qabiliyyətli üzvlərimizin işlə təmin olunması, öz əməyimizlə gəlir əldə etməyimiz və ailəmizin gündəlik ehtiyaclarını qarşılamaq imkanına sahib olmağımızdır. Mən heç kimdən xüsusi imtiyaz və ya əsassız üstünlük istəmirəm. İstəyim yalnız ailəmin əmək qabiliyyətli üzvlərinin uyğun işlə təmin olunması, öz zəhmətimizlə dolanmağımız və ailəmizin sosial vəziyyətinin yaxşılaşdırılmasıdır”.
Şikayətçi bilrib ki, vəziyyətlə əlaqədar Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzova dəfələrlə müraciət edilsə də, çoxsaylı müraciətlərə baxmayaraq, konkret nəticə əldə edilməyib:
“Novruz Novruzov yeddi ildən artıqdır ki, bu rayona rəhbərlik edir. Bu müddət ərzində ailəmizin işlə təmin olunması ilə bağlı dəfələrlə müraciət etməyimizə baxmayaraq, problemimiz indiyədək həll olunmayıb. Novruz Novruzov yeddi ildən artıqdır Siyəzən rayonuna rəhbərlik etdiyi halda, nə üçün bizim kimi qazi ailəsinin işlə təmin olunmasına indiyədək real kömək göstərilməyib? Məhz buna görə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edərək ailəmizin vəziyyətinin obyektiv araşdırılmasını və işsizlik problemimizin həllinə kömək göstərilməsini xahiş edirəm”.
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 29 Oktyabr 2026 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















