Dərnəgül elektrik deposu tarixində ilk qatarı qəbul edib
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İnşaat işlərinin ikinci mərhələsi yekunlaşan "Dərnəgül" elektrik deposu tarixində ilk qatarı qəbul edib.
Bu barədə Bakıvaxtı.az-a "Bakı Metropoliteni" QSC-də məlumat verilib.
Bildirilib ki, deponun qismən istismara verilməsi üçün sınaq qatarının hərəkəti uğurla tamamlanıb, depo yolları bütün lazımi texniki parametrlər üzrə yoxlanılıb.
Yeni depoda Yaşıl xətdə hərəkət edəcək qatarların təmir-baxışı, qulluğu, gecələməsi və digər zəruri tədbirlər həyata keçiriləcək.
"Dərnəgül" deposunun istismara verilməsi Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsinin tərkib hissəsi kimi, metropolitendə xidmət keyfiyyətinin artırılması, sıxlıq və intervalların azaldılmasında xüsusi əhəmiyyət daşıyır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 11 Avqust 2026 20:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















