Icma.az
close
up
RU
Metronun Dərnəgül elektrik deposu TİKİLİR

Metronun Dərnəgül elektrik deposu TİKİLİR

Icma.az, Modern.az saytına istinadən bildirir.

Bakı metropoliteninin “28 May” stansiyasında kəsişərək birləşən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tərkib hissələrindən biri kimi “Dərnəgül” elektrik deposunun inşasına başlanılır.
Modern.az xəbər verir ki, hazırda Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin hər ikisinə“Nərimanov” elektrik deposu xidmət göstərir. Depo bir xətt üçün nəzərdə tutulduğundan iki xəttin əsas tələbatını ödəmir. “Dərnəgül” elektrik deposunun ərazisi Binəqədi rayonu, M.Əliyev küçəsinin 3126-27-ci məhəlləsində ayrılmış 16,5 hektara yaxın torpaq sahəsində yerləşir. Deponun ərazisi dəmir yolu xəttinə çıxış sahəsi də daxil olmaqla hasarlanıb. Ərazinin fərqli və bəzi yerlərdə mürəkkəb relyefi nəzərə alınmaqla istinad divarlarının dəmir beton konstruksiyalarının tikintisi tamamlanıb. 3 nəzarət-buraxılış məntəqəsindən 2-si tam hazırdır.Depoların ən mühüm tələbi olan səthin hamarlanması işləri yerinə yetirilib. Ərazidə 7-mərtəbəli inzibati bina və 2-mərtəbəli istehsalat emalatxanalarının tikinti-quraşdırma işləri başa çatdırılıb.

Ərazidə 500 kubmetrlik 2 yanğın və 100 kubmetrlik içməli su anbarları, həmçinin xidməti və texniki otaqların tikintisi tamamlanıb. Dartı-alçaldıcı elektrik yarımstansiyasının və iki qazanxana binasından birinin inşa işləri qismən tamamlanıb.

Təməl qazıntı və konstruktiv elementləri əvvəlki dövrdən hazır olan qatarların dayanma-təmir sahəsində hərəkətinin təşkili və idarə edilməsi mərkəzi, vaqonların əsaslı təmiri, təkəryonma, təkər cütlərinin diaqnostikası, vaqonyuma və üfürmə sahələri, həmçinin dönmə dairəsi inşa ediləcək.

Depoda rels-qaynaq sexi, qazanxanalar, nasosxanalar, müxtəlif növ yağıntılar, işlənmiş mayelər üçün axar və çənlərin, habelə təmizləyici qurğuların və digər mühüm obyektlərin inşası da nəzərdə tutulub. Burada işçilərin əmək şəraitinin və asudə vaxtlarının səmərəli təşkili üçün lazım olan bütün infrastrukturyaradılacaq. Avtodayanacaq, söhbətgahlar, idman meydançası, istirahət guşələri ilə yanaşı, depo layihəsinə yaşıllıqlar və parkların salınması da daxildir. Ərazinin ekoloji layihələri çərçivəsində 1000-ə yaxın ağac əkiləcək, çəmənlik zonaları yaradılacaq.

Depo ərazisində inşa ediləcək yerüstü platforma yaxınlıqda yaşayan sakinlərin metrodan daha səmərəli və rahat istifadəsinə imkan verəcək. Burada platformanı keçidlə birləşdirən tunel və gözləmə zalı, açıq hava şəraitinin təsirlərindən mühafizə və xidməti infrastrukturinşa olunacaq.

Hazırda layihələrin son tamamlanması, ekspertizadan keçirilməsi, habelə inşaat və infrastrukturun qurulması istiqamətində işlər davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Aprel 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri