Icma.az
close
up
RU
Dərslər başlayıb Kirayə mənzil bazarında qiymətlər necə dəyişib?

Dərslər başlayıb Kirayə mənzil bazarında qiymətlər necə dəyişib?

Banco.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yeni tədris ilinin başlaması ilə tələbələrin kirayə mənzil axtarışı da gündəmə gəlib. Hazırda Bakıda kirayə mənzil bazarında qiymətlər necə dəyişir və paytaxtın hansı rayonlarında kirayə mənzillər daha əlçatandır?

Banco.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc  deyib ki, avqust və sentyabr aylarında kirayə mənzil bazarında müraciətlərin artması ənənəvi olaraq qiymətlərin yüksəlməsinə səbəb olur. Lakin bu il əvvəlki illərdən fərqli vəziyyət yaranıb.

Onun sözlərinə görə, ötən illərdə oktyabrın əvvəllərində müraciətlərin sayı azalır, bir müddət sonra bazara yeni təkliflər daxil olurdu. Təkliflərin artması isə qiymətlərin sabit qalmasına şərait yaradırdı.

“Hazırda təkliflərin sayında xüsusi artım hiss olunmur. Kirayə mənzil bazarına müraciətlər davam edir. Bu onu göstərir ki, ölkəmizin kirayə mənzil bazarı mövsümi təsirlərə məruz qalsa da, davamlı artımın və müraciətlərin olduğu bazara çevrilir”, – deyə V.Oruc bildirib.

AQC sədri qeyd edib ki, mövcud vəziyyət kirayə qiymətlərinin son iki ayla müqayisədə az da olsa artacağını proqnozlaşdırmağa imkan verir.

O bildirib ki, bazarda təkliflərin məhdudluğu yüksək qiymətlərin qorunmasına, orta qiymətlərin artmasına, ucuz mənzillərin isə qısa müddətdə kirayəyə verilməsinə səbəb olur.

V.Orucun sözlərinə görə, universitetlərin, metro stansiyalarının və iş mərkəzlərinin yerləşdiyi, nəqliyyat əlçatanlığının yüksək olduğu, infrastrukturu inkişaf etmiş ərazilərdə qiymət artımı daha çox hiss olunur.

“Rayonlar üzrə Səbail, Nəsimi, Yasamal, Xətai və Nərimanovda qiymət artımı daha yüksəkdir. Binəqədi, Sabunçu və Suraxanıda orta, Qaradağ, Pirallahı və Xəzər rayonlarında isə aşağı artım səviyyəsi müşahidə olunur”, – deyə o vurğulayıb.

V.Oruc qeyd edib ki, şəhər mərkəzindən uzaqlaşdıqca metro stansiyaları ətrafında kirayə qiymətlərinin artım tempi azalır. Bununla belə, metronun təmin etdiyi nəqliyyat əlçatanlığı həmin ərazilərdə qiymət artımının davam etməsinə təsir göstərir.

Onun sözlərinə görə, “Nizami” və “28 May” istisna olmaqla, digər metro stansiyalarının yaxınlığında kirayə mənzillərə üstünlük verilir. Bu ərazilərdə qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 12–15 faiz artıb.

V.Oruc “Nizami” və “28 May” stansiyalarının bağlı olduğunu bildirərək, onların ətrafında qiymət artımının digər stansiyalarla müqayisədə təxminən 50 faiz aşağı olduğunu deyib. O, bunu qarşıdakı 10–11 ay ərzində həmin ərazilərdə nəqliyyat əlçatanlığının məhdudlaşması ilə əlaqələndirib.

AQC sədri əlavə edib ki, kirayə mənzillər ucqar ərazilərdə və köhnə binalarda daha ucuzdur. Binəqədi, Sabunçu, Suraxanı, Qaradağ, Pirallahı və Xəzər rayonlarında qiymətlər digər rayonlarla müqayisədə daha əlçatandır. (trend)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://banco.az
archiveBu xəbər 05 Oktyabr 2026 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see722

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see585

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see301

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see298

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see290

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see289

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see268

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see267

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see263

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see251

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see250

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see248

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see245

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see244

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see243

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see240

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see225

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see218

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see208

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri