Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 25 aprel, AZƏRTAC
2025-2026-cı tədris ilinə ümumi təhsil müəssisələrinin II və VI sinifləri üçün təkmilləşdirilmiş və ya yeni hazırlanmış dərslik və onunla komplekt təşkil edən metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsi prosesinə başlanılıb.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, dərslik komplektlərinin layihələri www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsində yerləşdirilir. Yaxın müddətdə bütün layihələrin sayta yerləşdirilməsi başa çatacaq.
Sayta daxil olaraq qeyd edilən bölmədə yerləşdirilmiş dərslik komplektlərinin məzmunu ilə tanış olmaq, xüsusi ayrılmış sahədə irad və təklifləri qeyd etmək mümkündür. İrad və təkliflər [email protected] elektron ünvanına da göndərilə bilər.
Elm və Təhsil Nazirliyi alimləri, təhsil işçilərini, valideynləri, aidiyyəti dövlət qurumlarını, ictimai birlikləri və bütün maraqlı tərəfləri müzakirəyə çıxarılmış dərslik layihələrinə dair rəy, irad və təkliflərini bildirməyə dəvət edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 25 Aprel 2025 18:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















