Icma.az
close
up
RU
Dərslik xəritəsində səhv Nazirlikdən AÇIQLAMA

Dərslik xəritəsində səhv Nazirlikdən AÇIQLAMA

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Orta məktəblərin altıncı sinif coğrafiya dərsliyində yer alan siyasi xəritədə Azərbaycanın sərhədləri ilə bağlı qeyri-dəqiqlik müşahidə olunur. Xəritəyə baxarkən ərazi təsvirində sərhədlərlə bağlı uyğunsuzluq açıq şəkildə nəzərə çarpır. Bu hal sosial şəbəkədə ciddi narazılıqla qarşılanıb. Eyni zamanda, bəzi suallar yaradıb: Dərsliklər təsdiqlənməzdən əvvəl hansı yoxlama mərhələlərindən keçir? Xüsusilə xəritələr kimi vizual materialların dəqiqliyini təmin etmək üçün hansı mexanizmlər tətbiq olunur? Bütün bu mərhələlərə baxmayaraq, dərsliklərdə belə ciddi fakt və təsvir xətalarının - məsələn, Azərbaycanın sərhədləri ilə bağlı yanlışlıqların yer alması hallarında hansı addım atılır?

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib ki, Azərbaycan Respublikasında ümumi təhsil pilləsi üçün hazırlanan dərsliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 fevral tarixli 67 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası"ndakı meyarlar əsasında qiymətləndirilərək keçid balını topladıqdan sonra istifadə üçün təsdiq olunur.

Nazirlikdən bildirilib ki, dərsliklərin qiymətləndirmə meyarlarından biri isə "dərsliyə daxil edilmiş materialların elmi etibarlılığı, dəqiqliyi, inkişafyönümlülüyü, tərbiyəyönümlülüyü, dəyəryönümlülüyü, şagirdlərin yaş xüsusiyyətlərinə uyğunluğu"dur ki, həmin meyar çərçivəsində dərsliklərdə dəqiqliyin, elmi etibarlığın gözlənilməsi, eləcə də səhv məlumatlara yol verilməməsi fənlər üzrə mütəxəssislər tərəfindən yoxlanılır.

Dərslikdəki xəritə ilə bağlı məsələyə gəldikdə isə nazirlikdən qeyd edilib ki, xəritə tərtib etmək kifayət qədər həcmli və məsuliyyətli dövlət əhəmiyyətli iş olduğu üçün dərsliyi hazırlayan müəssisənin və müəllif heyətinin xəritə yaratmaq səlahiyyəti yoxdur:

"Bu səbəbdən, dərslikdə yer alan xəritələr mötəbər elmi və təsdiqini tapmış mənbələrdən əldə edilir. Sözügedən dərslik onu hazırlayan nəşriyyat-poliqrafiya müəssisəsinə təqdim edilib və müvafiq addımların atılması bildirilib".

Aləmdə Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 May 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see367

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see278

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see234

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see217

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see216

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see209

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see200

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see196

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see192

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see187

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see180

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see175

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see170

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see160

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see157

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see157

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see156

Azərbaycanda general vəfat etdi FOTO

16 Avqust 2026 12:16see155

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see151

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri