Icma.az
close
up
RU
Deşam Azərbaycan yığması üzərində qələbəni belə şərh etdi

Deşam Azərbaycan yığması üzərində qələbəni belə şərh etdi

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununa çıxıb. D qrupunda yer alan komandamız Parisdə Fransa seçməsinə 0:3 hesabı ilə uduzub. 

Fanat.Az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "xoruzlar"ın baş məşqçisi Didye Deşam jurnalistlərin suallarını cavablandırıb:

 - Birinci hissədə gördükləriniz sizi qane edir?

- İstədiyimiz nəticəni əldə etdik. Amma xeyr, qane etmədi. Komandada yorğunluq var idi. Topun hərəkətində şaqulilik az idi. İstədiklərimizi etməyə çalışarkən çətinlik çəkirdik. Futbolçulara demişəm ki, intensiv oynamaq lazımdır. Bunu yetərincə etmədik. Rəqibi çətinliyə sala bilmədik. Çünki yorğunluq hiss edilirdi. Sevincdən göylərə qalxmayacam. Daha çox qol vura bilərdik.

 - Tovanın qol vurması haqda nə deyərdiniz?

- Bizim üçün də, onun üçün də yaxşıdır. Özü üçün geridönüşdür. Qol vurmaq keyfiyyəti var. Top ayağına gəldisə, qol vurmağa çalışacaq. Məmnunam ki, qol vura bildi.

 - Kilian Mbappe ayağındakı problemindən nə xəbər var? Çünki lider rolunu oynayırdı...

- Ayaqlarını çox sürətlə hərəkət etdirir. Topa toxunan kimi, sürətlənir. Lider və kapitandır. Vəziyyəti yaxşıdır. Kapitan olaraq rolu budur ki, komandaya rəhbərlik etsin. Ayağında problem var. Zərbəni də təəssüf ki, eyni yerdən aldı. Ağrısı çox idi.

 - Bu cür matçlardan dərs çıxarmaq olar?

- Hər zaman dərs almaq lazımdır. Çünki fərdi və kollektiv olaraq bunu etmək lazımdır. Dərs çıxararkən, rəqibi də  nəzərə almaq lazımdır. Gəlmişik işimizi görməyə .Daha yaxşısını edə bilərik.

 - Nəticəni kənara qoysaq, ən çox nə xoşunuza gəldi?

- Elementar oyun idi. Yeddi qol imkanımız var idi, üçünü vurduq.

 - 1995-ci ildə Azərbaycana qarşı oynamısınız. Həmin matçda 10:0 qalib gəlmişdiniz. Bir ildən sonra dünya çempionu oldunuz. Sizə elə gəlmir ki, Fransa yenə bir ildən sonra dünya çempionu olacaq?

- İstəyimiz ora düşməkdir. Azərbaycana qarşı oyun uzun illər əvvəl olub. Səhv etmirəmsə, Oserdə oynayırdıq. O vaxtı indiki oyunçularım dünyaya gəlməmişdilər. Oyunçulara vaxt vermək lazımdır, gəncdirlər.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://fanat.az
archiveBu xəbər 11 Oktyabr 2025 02:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri