Dəsmallar niyə bir müddət sonra bərkiyir? Bu üsulla əvvəlki halına qaytarmaq olur
Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Duşdan çıxanda o yumşaq dəsmala bürünmək istəyirsiz, amma dəsmal bədəninizdəki suyu çəkmək əvəzinə elə bil daş parçasına çevrilib? Hamımız bahalı dəsmallar alırıq, bir neçə aydan sonra isə onlar suyu hopdurmayan, bədəni cızan bir əski parçasına dönür. Əslində günahı istehsalçıda yox, özümüzdə axtarmalıyıq. Çünki dəsmalları öz əlimizlə "öldürürük".
Məsələnin kökü çox sadədir. Biz elə bilirik ki, paltaryuyan maşına nə qədər çox yumşaldıcı töksək, dəsmallar bir o qədər pambıq kimi olacaq. Bax, ən böyük səhv elə budur. Yumşaldıcılar dəsmalın liflərini nazik, yağlı və su keçirməyən təbəqə ilə örtür. Nəticədə dəsmal yumşaq görünsə də, suyu çəkmək funksiyasını tamamilə itirir. Üstəlik, aşağı temperaturda yumaq da liflərin arasındakı kiri tam təmizləmir, ütünün yüksək istiliyi isə təbii lifləri sanki yandırır.
Dəsmalları xilas etməyin çox ucuz və effektiv yolu var. Yumşaldıcıdan tamamilə imtina edin. Dəsmalları ilıq suda yuyun və yaxalama mərhələsində maşına bir stəkan ağ sirkə əlavə edin. Sirkə liflərdə yığılıb qalan kimyəvi qalıqları parçalayır və dəsmalı ilk günkü vəziyyətinə qaytarır. Ekspertlər də təsdiqləyir ki, təbii üsullar hər zaman kimyəvi vasitələrdən daha yaxşı nəticə verir.
Yeni dəsmal alarkən isə o rəngbərəng görünən mikrofiber və sintetik materiallardan qaçın. Onlar həm suyu çəkmir, həm də tez bir zamanda xoşagəlməz qoxu yaradır. Ən yaxşısı 100 faiz pambıq və ya kətan tərkibli olanları seçməkdir. Dəsmalın sıxlığına da diqqət edin, çünki keyfiyyət elə o sıxlıqda gizlənir. Bir dəfə düzgün seçim edib düzgün qulluq etsəniz, duşdan sonrakı o "əzablı" qurulanma prosesi həqiqətən komforta çevriləcək.
Aytən
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Niyə soyuducuya kağız dəsmallar qoymaq lazımdır? SƏBƏB
27 Mart 2025 18:54
Bu aktyorlara Hollivudun əvvəlki nüfuzunu qaytarmaq tapşırıldı
17 Yanvar 2025 01:49
Səhər depressiyası bu üsulla yox olur
11 İyun 2026 07:00
Yuyulduqdan sonra yığılan gödəkçəni əvvəlki halına qaytarmağın yolları
25 Oktyabr 2026 00:27
Bu üsulla taxta qaşıqları cəmi 5 dəqiqəyə ilk günkü halına qaytarın
19 May 2026 07:02
Baxış sayı:176
Bu xəbər 09 Aprel 2026 01:04 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları