Icma.az
close
up
RU
“Dəyərdən düşmüş Avropa “həqiqət anı“ ərəfəsində“ “The Wall Street Journal“

“Dəyərdən düşmüş Avropa “həqiqət anı“ ərəfəsində“ “The Wall Street Journal“

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Mesaj aydındır: Avropanın təhlükəsizliyini qorumaq üçün öhdəliklər götürməyin zamanı yeyişib..."

Tramp və Putin Avropanı sıxışdırır...

Avropa Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında sıxışdırılıb. Eyni zamanda, Avropa paytaxtlarında "həqiqət anı"nın yaxınlaşdığı hiss olunur.

Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.

Bu həftə ABŞ və Rusiya Ukraynanın gələcəyi və Avropanın təhlükəsizliyi barədə danışıqlara başlayır. Vaşinqton və Moskvanın mövqelərində ümumi cəhət avropalı liderlərə açıq etinasızlıqdır.

Avropa vaxtı

Hadisələrin inkişafı həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda olan Avropa demokratik alyansı müharibədən sonrakı ənənəvi mexanizmlərin əvvəlki gücünü itirdiyi beynəlxalq arenada təsirli oyunçu olaraq qala biləcəyini müəyyən edəcək.

"Mesaj aydındır: öz təhlükəsizliyimizi qorumaq üçün öhdəliklər götürməyin vaxtı gəlib", - Fransanın Avropa məsələləri naziri Benyamin Haddad bildirib. "İlk sınaq Ukraynada təslimçilikdən imtina olardı".

Əsas sual Avropa qitəsi liderlərinin son onilliklərin ən böyük təhlükəsizlik böhranı adlandırdıqları bu çağırışla mübarizə apara biləcəkləridir. Bu, müdafiə xərclərinin dərhal artırılması, siyasi birliyin gücləndirilməsi və 1945-ci ildən bəri Avropa siyasətini müəyyən edən transatlantik əlaqələrin rolunun yenidən düşünülməsini tələb edəcək.

"Əsas sual budur: Birləşmiş Ştatlara etibar edə bilərikmi?" - Almaniya Müdafiə Nazirliyinin keçmiş yüksək vəzifəli rəsmisi və Münhen Təhlükəsizlik Konfransının baş elmi işçisi Niko Lanqe qeyd edib. "10 illik xəbərdarlıqlardan sonra avropalılar üçün növbəti xəbərdarlıq siqnalı hava hücumu siqnalı ola bilər".

Bu böhran çətin bir vaxta təsadüf edir. Avropanın ən böyük iqtisadiyyatı olan Almaniya seçki prosesindədir və hələ aylarla sabit hökumətə sahib olmayacaq. Fransada azlıq hökuməti fəaliyyət göstərir ki, bu da onun mövqeyini zəiflədir. Bu arada Macarıstan və Slovakiya kimi ölkələr hələ Donald Tramp hakimiyyətə gəlməmişdən əvvəl Moskva ilə yaxınlaşmağa çalışıb.

Fransa prezidenti Emmanuel Makron vəziyyətə cavab olaraq Böyük Britaniya baş naziri Kir Starmer də daxil olmaqla, əsas avropalı liderləri bazar ertəsi Parisdə təcili sammitə toplayır.

"Hamı başa düşür ki, indi Avropa vaxtıdır. Sual yalnız ondadır ki, pasiyentin oyanması üçün təkan kifayət qədər güclü olacaqmı?", - Litvanın keçmiş xarici işlər naziri Qabrielius Landsberqis bildirib. "Mən narahatam ki, təkan pasiyenti öldürə bilər".

Putin-Tramp: Avropanın alçaldılması ritorikası

Putin iqtisadiyyatı Rusiya iqtisadiyyatını xeyli üstələməsinə baxmayaraq, Avropanı ciddi geosiyasi oyunçu kimi uzun müddətdir ki, nəzərə almır. O, bu münasibətini ifadə edərək bildirib ki, Donald Tramp Avropada "nizamı bərpa edəcək" və region ölkələrinin "hamısı sahibin ayaqları altına yığışacaq və quyruqlarını yavaşca yelləyəcəklər".

Bu bəyanatı Tramp tez bir zamanda sosial şəbəkələrdə yayıb. Bu arada vitse-prezident Cey Di Vens Münhen Təhlükəsizlik Konfransında çıxışında qeyd edib ki, Avropa üçün əsas təhdid Rusiya və ya Çin deyil, kütləvi immiqrasiya və elitaların ultrasağ siyasi hərəkatları nəzərə almamasıdır.

Vensin ritorikası avropalı rəsmilər arasında narazılıq doğurub və xüsusilə Almaniyada "Almaniya üçün Alternativ" partiyasını açıq şəkildə dəstəkləyən İlon Maskın Avropa ultrasağ partiyalarına verdiyi dəstək ilə səsləşib.

Alçaldılma şənbə günü də davam edib, Trampın Ukraynadakı xüsusi elçisi, istefada olan general-leytenant Kit Kelloq avropalı liderlərə bildirib ki, onları Ukraynanın gələcəyi ilə bağlı danışıqlara buraxmayacaqlar, baxmayaraq ki, ABŞ Avropadan bərpa işlərinin maliyyələşdirilməsini və mümkün atəşkəsin nəzarətini gözləyir.

Öz qərarını əsaslandıraraq Kelloq 2015-ci ildə Fransa və Almaniyanın vasitəçiliyi ilə əldə olunan Minsk razılaşmalarının uğursuzluğunu xatırladıb.

"Çox açıq bir şey deyirəm", - o, bildirib. "Minsk-2-yə baxanda, masa ətrafında əslində müəyyən bir sülh prosesini həyata keçirmək imkanı olmayan çoxlu insanlar oluv və bu, bərbad şəkildə uğursuz olub. Buna görə biz bu yolla getməyəcəyik".

Bu vəziyyət fonunda Çin öz alternativlərini təklif etmək fürsətindən istifadə edib. Münhen Təhlükəsizlik Konfransında Vensdən sonra çıxış edən Çin xarici işlər naziri Van Yi beynəlxalq hüququn və BMT Nizamnaməsinin əhəmiyyətini vurğulayıb, bu prinsiplər avropalılar üçün hələ də əsasdır. "Çin Ukraynanı dost və tərəfdaş kimi qəbul edir və həmişə Çin-Ukrayna münasibətlərini uzunmüddətli perspektivdə inkişaf etdirir", - Van qeyd edib.

"Hibrid müharibə müharibədir"

Bu arada Avropa liderləri Putinin strateji məqsədlərinin yalnız Ukrayna ilə məhdudlaşmadığını dərk edir. Onlar narahatdır ki, Rusiya qüvvələrini gücləndirmək və sanksiyaların mümkün ləğvindən istifadə edərək, bu dəfə Avropa İttifaqı və NATO ölkələrinə qarşı yeni bir təcavüzə başlaya bilər.

"Əgər Rusiyanın dayanacağına inanmırıqsa, bu, aparmalı olduğumuz müzakirələri tamamilə dəyişdirir və mən düşünmürəm ki, onlar dayanacaqlar", - Danimarka baş naziri Mette Frederiksen qeyd edib. "Artıq sülh dövründə olduğumuzu iddia edə bilmərik. Hibrid avtomobil avtomobil olaraq qalır, elə deyilmi? Hibrid müharibə müharibədir."

Alman hərbi analitiklərinin qiymətləndirmələrinə görə, sursat istehsalını fəal şəkildə artıran Rusiya artıq 2029-cu ilə qədər Avropaya qarşı genişmiqyaslı müharibəyə hazır ola bilər.

Avropalılar Rusiyanın resurslarını tükəndirən Ukraynanın müqaviməti sayəsində müvəqqəti bir imkan pəncərəsi əldə edib. Lakin hərbi xərclərin əhəmiyyətli dərəcədə artırılması, orduların genişləndirilməsi və müdafiə sənayesinin gücləndirilməsi olmadan, Avropa potensial yeni təhdidə hazırlıq baxımından gecikmə riski ilə üzləşir.

"Əgər Rusiya ÜDM-in 10 faizini hərbi xərclərə və büdcənin 40 faizini müdafiəyə sərf edirsə, bu, qısamüddətli bir şey deyil. Bu, uzunmüddətli hədəfləri olan hərbi iqtisadiyyatdır", - Xorvatiya baş naziri Andrej Plenkoviç vurğulayıb. "Və bu, sülh danışıqları kontekstində nəzərə alınmalı olan bir məsələdir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Fevral 2025 20:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri