“Dəyərini bilən qadınam”
Icma.az bildirir, Axsham.az portalına istinadən.
Müğənni Safurə Əliyeva doğum günü ilə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, sənətçi özəl günündə həyatından, ailəsindən və özünə olan sevgisindən söz açıb. O, həyat yoldaşının sevgisi və dəstəyinə, övladlarına, yaşadığı gözəl anlara görə minnətdar olduğunu bildirib.
Safurə paylaşımında çətinliklərin onu daha da gücləndirdiyini qeyd edib:
“Bu gün özümü qeyd edirəm. Dəyərini bilən, özünü sevən, rahatlığını qoruyan və heç kimin onun dəyərini sorğulamasına icazə verməyən qadın olduğum üçün özümü qeyd edirəm. Qəlbimdə qəzəb və kin daşımıram. Sevirəm, bağışlayıram, qayğı göstərirəm və hər zaman xeyirxahlığı seçəcəyəm.
Məni seçən insanları seçirəm. Bu gün həyatım, övladlarım, həyat yoldaşım, onun sevgisi və dəstəyi, gözəl anlar və məni daha güclü edən çətinliklər üçün minnətdaram.
Ən çox isə özümə görə minnətdaram – qəlbimə, gücümə, zərifliyimə və kim olduğumu heç vaxt itirmədiyim üçün. Sevgini seçirəm. Xeyirxahlığı seçirəm. Sülhü seçirəm. Hər zaman özümü seçəcəyəm – günahkarlıq hissi və peşmanlıq duymadan. Doğum günüm mübarək. Olduğum qadınla fəxr edirəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 20 Sentyabr 2026 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















