Icma.az
close
up
RU
“Dəyərlər sisteminin sıradan çıxarılması istiqamətində ciddi layihələr həyata keçirilir”

“Dəyərlər sisteminin sıradan çıxarılması istiqamətində ciddi layihələr həyata keçirilir”

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əli Zülfüqaroğlu: “Bir sıra beynəlxalq təşkilatların arxasında qlobal imperializm dayanır”

“Dünyada bir sıra beynəlxalq təşkilatlar milli dövlətlərə zərbə vuran proseslərin reallaşdırılması istiqamətində böyük layihələr həyata keçirir və buna milyardlarla vəsait ayırırlar. Təbii ki, bunun arxasında qlobal imperializm dayanır, məqsəd dövlət ənənələrinin dağıdılmasıdır".

Bunu Demokrat.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

Əli Zülfüqaroğlunun sözlərinə görə, bir sıra beynəlxalq təşkilatlar tərəfindən dövlətlərin əsas sütunlarından olan dəyərlər sisteminin sıradan çıxarılması istiqamətində ciddi layihələr həyata keçirilir və maliyyələşdirilir: "Bu sıraya bir sıra beynəlxalq təşkilatlar daxildir və bunlardan biri də USAID-dir. USAID 50 milyard dollarlıq böyük büdcəyə sahib olsa da, lakin o sadəcə icraçı qurumdur. Yəni qərarların qəbul olunmasında rol oynayan daha böyük təşkilatlar mövcuddur. Onların sırasına “Bilderberq Klubu” və digər böyük təşkilatlar daxildir. Ümumiyyətlə, dünyada fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatların arxasında qlobal imperializm dayanır. Bu təşkilatlar beynəlxalq maliyyə institutlarının törəmə quruluşları sayılır və qida sektorundan insan hüquqlarına qədər bütün sahələrdə fəaliyyət göstərirlər. USAID də bunlardan biridir və onun əsas məqsədlərindən biri dəyərlər sisteminin sıradan çıxarılması, "yeni dəyərlər"in yaradılması və bunun təbliğidir".

Politoloq deyib ki, dəyərlər sistemi "yeni dəyərlər" vasitəsilə sıradan çıxarılır: "Dəyərlər sisteminin sıradan çıxarılması və "yeni dəyərlər"in formalaşdırılması ictimai şüurun dəyişdirilməsi ilə mümkün olur. Məsələn, LGBT kimi pozğun meyillər "yeni dəyərlər" adı altında cəmiyyətə təqdim olunur və bunun propaqandası aparılaraq cəmiyyətdə normal hal kimi qəbul etdirilir. Təəssüflər olsun ki, bu proses artıq bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda da müşahidə olunur. Hesab edirəm ki, USAID və bənzər təşkilatların fəaliyyəti dövlətlər üçün ciddi təhdid yaradır. Birləşmiş Ştatlarda hakimiyyətdə olan milli dövlət ideologiyasının tərəfdarı olan qüvvələr, yəni Tramp administrasiyası bu cür qeyri-ənənəvi dəyərləri yaymağa çalışan təşkilatları təhlükə kimi qiymətləndirir və onların fəaliyyətinin məhdudlaşdırılmasına çalışır. Birləşmiş Ştatlar daxilində qlobal imperializmin maraqlarına xidmət edən bu tip təşkilatların sıradan çıxarılması hazırda prioritet məsələdir. Ona görə də hesab edirəm ki, nə qədər ki, milli dövlətləri dəstəkləyən qüvvələr hakimiyyətdədir, Azərbaycan kimi ənənəvi dəyərlərə önəm verən ölkələrlə Birləşmiş Ştatlar arasında münasibətlərdə yaxınlıq müşahidə olunacaq. Təbii ki, ABŞ-də hazırku hökumətə qarşı təzyiqlər kifayət qədər güclüdür və vəziyyət tam nəzarət altında deyil. Yəni Tramp hökuməti hər şeyə nəzarət edəcək səviyyədə güclü dayaqları formalaşdırmağa çalışsa da, buna tam nail ola bilməyib və ciddi təhdidlərlə üz-üzədir. Ona görə də, Birləşmiş Ştatlarda hökumət üçün ciddi problemlərin yaranması istisna olunmamalıdır. Hazırda Azərbaycan dövləti ilə Birləşmiş Ştatlar hər iki ölkə və onların cəmiyyətləri üçün zərərli ola biləcək bu tip təşkilatların fəaliyyətinin məhdudlaşdırılması istiqamətində praktiki addımlar atırlar".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 10 Sentyabr 2025 23:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see224

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see205

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see193

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see192

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see192

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see175

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see167

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see160

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see160

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see154

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see152

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see148

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see147

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see147

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see146

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see145

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see136

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri