Icma.az
close
up
RU
Dəyərlərimizi dəyərdən salanlar KÜNCDƏN BAXIŞ

Dəyərlərimizi dəyərdən salanlar KÜNCDƏN BAXIŞ

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Elçin Bayramlı

Psixologiya elmi tibbi sahədir, amma bu gün ortalıq minlərlə elmsiz psixoloqla dolub. Təsəvvür edin ki, mən sosial şəbəkələrdə dost təkliflərinə baxıram, hər 10 nəfərdən 7-i psixoloqdur. Belə çıxır ki, istənilən şəxs müvafiq təhsili oldu-olmadı, özünü psixoloq kimi təqdim edib pul qazanmağa çalışır. Çünki indi psixoloq olmaq daha asan başa gəlir və xüsusi bir həkimlik təhsili lazım deyil. Ümumi internetdən əzbərlənmiş sözlər və sistemlərdir. Bunu belə edin, onu elə edin. Cəmiyyətimizə ən böyük zərbəni elə bu "psixoloq"lar vurdu.

Gənclərin və yeniyetmələrin tərbiyəsinin pozulmasının, ailə institutumuzun dağılmasının əsas səbəbkarlarından biri də onlardır. Bunlar gecə-gündüz dayanmadan həm uşaqlarla, həm də böyüklərlə təbliğat apardılar, Qərb dəyərlərini gətirib bizim ölkəyə sırıdılar. Bəziləri məqsədli şəkildə bütün mənəvi dəyərlərimizi məhv eləməyə çalışırlar. Guya yeni psixoloji metodlar müasirlik və çərçivəsiz azadlıqdan ibarətdir. Beləliklə ailə institutumuzu dağıtdılar. Boşanmaların səviyyəsi 50 faizə çatıb.

Bu cür psixoloqlara nəinki uşaq tapşırmaq, yanlarına getmək belə düzgün deyil. Maraqlıdır ki, bu psixoloqların çox böyük əksəriyyəti gənc qızlardır. Yaşlı qadın və kişi psixoloqlar çox azdır. Yəni, bəzi avara qızlar bir ara onlar özlərini model adıyla təqdim edirdilər, indi də psixoloq adı ilə ortalığa düşüblər, çünki bu işdə yaxşı pul var. Necə deyərlər, həm ziyarət, həm ticarət. Əlbəttə, hamısı belə deyil, içində normal, ağıllı, əxlaqlı, təhsilli psixoloqlar var. Amma bir çoxu belədir. Bunları cəmiyyət boykot etməlidir. Birincisi, bunlara bu imkanlar necə verilir? Hərə gedib yalançı təhsil müəssisəsindən sertifikat alır gəlir camaatın başında dələklik edir.

Biz görürük ki, psixoloqlar çoxalandan insanların psixologiyası necə dəyişib. Artıq bütün yaxşı şeylər pis sayılır, pis şeylər yaxşı. Hər şey tərsinə olub. Ona görə də, hamını belə psixoloqlardan uzaq durmağa çağırıram. Ümumiyyətlə, normal insan niyə psixoloqa gedməlidir. İnsan psixiatra gedə bilər. Psixoloq nə işlə məşğuldur, mənə hələ də çatmır. Problem onlarda deyil, onlar pul qazanırlar. Əsas problem insanlardadır. Belələrinin yanına getməsinlər. 100 manat pul verib gedir psixoloqun yanına, o da ümumi sözlərdən danışıb pulu alır qoyur cibinə. Deməli günah bizdədir.

Son vaxtlar cəmiyyətimizdə zorlamalar, fahişəlik, qadın alveri, boşanmalar, həyat yoldaşına xəyanət halları sürətlə artır. Mənəvi-əxlaqı deqradasiya pik həddinə gedir. Maddi dəyərlər mənəvi dəyərlərin önünə keçib. Qlobal mərkəzlərdən idarə olunan qruplar cəmiyyətimizdə əxlaqsızlığı normaya çevirmək, mənəvi dəyərləri tamam məhv etmək üçün var gücü ilə çalışır. Bu işlə təkcə saxta psixoloqlar deyil, çox sayda digər peşə sahibləri də məşğul olur- yazıçılar, jurnalistlər, sosioloqlar, müğənnilər, telemenecerlər və s.

Əvvəllər milli-mənəvi dəyərlərimiz həyatımızın əsas sütunu idi. El arasında "yazılmamış qanunlar" adlandırılan ictimai davranış kodeksləri var idi və buna əməl olunurdu. 21-ci əsrə keçid sanki başqa bir dünyanı gətirdi. Pul və vəzifə uğrunda amansızcasına mübarizə mənəvi dəyərləri tədricən arxa plana keçirdi. Təhsilə, elmə, mədəniyyətə marağı əyləncənin əvəz etməsi, ağsaqqal-qarasaqqal münasibətlərinin çərçivədən çıxması, özəl TV-lərdən şou, serial və kriminal verilişlərlə kütləvi əxlaqsızlaşdırma, psixotron terror, davamlı reklam təcavüzü ilə zövqlərin, xüsusiyyətlərin, davranışların, dəbin hansısa şübhəli xarici mərkəzlərdən formalaşdırılması… siyahı təəssüf ki, xeyli uzundur.

Bəli, bu gün, bəzi qlobal mərkəzlər tərəfindən cəmiyyətimizə yad dəyərlər oturdulur, hər şey tədricən dəyişdirilir. Bunun nəticəsində, indi müsbət şeylər mənfi sayılır, mənfi şeylər müsbət. Mənfilər çoxaldıqca müsbətlər azalır. Azlıq çoxluğa tabe olur.

İndiki qloballaşma dövründə milli-mənəvi dəyərlərimizi daha çox qorumalıyıq, çünki indiyədək heç vaxt olmadığı qədər güclü təzyiq və terror altındadır. Elmə-təhsilə daha çox fikir verib irəli getməliyik. Sağlam düşüncəli, savadlı uşaqlar yetişdirib tərbiyə etməli, xalqımızı, ölkəmizi dünyanın inkişaf etmiş ölkəsinə çevirəcək insanları qorumalı, küçə müğənnilərini və yarıçılpaq modelləri dinləmək əvəzinə alimləri, ziyalıları dinləməliyik. Yalnız bu yolla bir millət kimi yaşaya və inkişaf edə bilərik.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Oktyabr 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see460

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see343

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see261

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see252

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see242

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see223

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see220

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see209

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see203

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see197

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see196

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see196

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see196

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see192

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see190

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see184

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see170

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see165

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see164

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri