Icma.az
close
up
RU
“Dəyərlərimizi qoruyaq!” layihəsinə başlanılıb

“Dəyərlərimizi qoruyaq!” layihəsinə başlanılıb

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 3 mart, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Dəyərlərimizi qoruyaq!” layihəsinə başlanılıb.

Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində məktəblərdə “Xalqımızın milli-mənəvi dəyərlər sistemində ailənin rolu”, “Mənəvi dəyərlərə söykənən münasibətlər mədəniyyəti” və “Türk tarixinə səyahət” mövzularında tədbirlərin təşkili nəzərdə tutulur.

Bununla yanaşı, “Dəyərlərimizi qoruyaq!” adlı ədəbi-bədii kompozisiyalar, konsert proqramları, “Açıq dərs”lər, sinif təşkilat saatları, dəyirmi masalar, diskussiyalar, intellektual müsabiqə və yarışlar, sosial aksiyalar, Novruz tədbirləri, məktəblilərin əl işlərindən ibarət sərgilər təşkil olunacaq. Xalqımızın adət-ənənələrini əks etdirən kinofilmlərin nümayişi, mənəvi dəyərlərə həsr olunmuş guşə və divar qəzetlərinin hazırlanması da planlaşdırılır.

“Qardaşlaşmış məktəblər” təşəbbüsünə və OCEP proqramına qoşulmuş təhsil müəssisələrində, eləcə də UNESCO Assosiativ Məktəblər Şəbəkəsi (ASPnet) üzvü olan məktəblərdə “Dəyərlərimizi qoruyaq!”, məktəb kitabxanalarında “Dəyərlərimiz bədii ədəbiyyatda” adlı tədbirlər keçiriləcək. Həmçinin “Mətbəx mədəniyyətimiz” adlı kulinariya günləri və “Milli musiqimiz xalqımızın milli dəyəridir” mövzusunda musiqi günləri təşkil ediləcək.

Layihə çərçivəsində istedadlı şagirdlər tərəfindən milli və mənəvi dəyərlərin qorunmasına dair müxtəlif dillərdə materialların hazırlanaraq internet resurslarında yerləşdirilməsi, mənəvi dəyərləri əks etdirən bədii əsərlər əsasında tamaşaların nümayişi də nəzərdə tutulur.

Bundan əlavə, “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Dəyərlərimizi qoruyaq: keçmişdən gələcəyə Türk ocağı” adlı tamaşanın səhnələşdirilməsi və “Tarixin səsi” adlı podkastın yayımı planlaşdırılır.

Qeyd edək ki, layihənin əsas məqsədi milli-mənəvi dəyərlərin qorunması və zənginləşdirilməsi, təhsilalanların bu dəyərlərə məhəbbət ruhunda tərbiyə olunması, türk xalqlarının qədim tarixinin öyrənilməsi və şagirdlərdə yaradıcı düşüncə bacarıqlarının inkişaf etdirilməsidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Mart 2026 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see302

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see294

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see266

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see240

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see236

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see234

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see229

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see227

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see225

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see215

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see199

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see197

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see196

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see195

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see193

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see191

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri