Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Milli dəyərlərimizi qoruyaq və yaşadaq

Milli dəyərlərimizi qoruyaq və yaşadaq

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Könül Quliyeva: “Ailə və məktəb gənclərin formalaşmasında, vətənpərvər ruhda böyüməsində birbaşa iştirak edir”

Ulu öndər Heydər Əliyev: “Biz öz milli dəyərlərimizlə fəxr etməliyik. Bizim milli dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Milli dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz... Biz heç vaxt öz milli dəyərlərimizi unutmamalıyıq. Onu yaşatmaq, ondan bəhrələnmək, ruhlanmaq həyatımızın əsas istiqaməti, gələcək işlərimizin zəmanətidir”.
Azərbaycan Respublikasinin Prezidenti İlham Əliyev: “Bizim üstünlüyümüz ondan ibarətdir ki, gənc və güclü dövlətimiz möhkəm təməl üzərində qurulub. Çoxəsirlik tarix, mədəniyyət üzərində qurulub. Milli-mənəvi dəyərlər bizim üçün ən vacib məsələdir. Biz təbii ki, ümumbəşəri dəyərləri bölüşürük. Ancaq bizim üçün başlıca dəyərlər öz milli Azərbaycan dəyərlərimizdir.
Azərbaycan xalqı hər zaman milli dəyərlərə sadiqliyini göstərib, bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirib. Tarixin hər bir dövründə ölkəmizdə milli dəyərlərimizin qorunması və onun gələcək nəsillərə çatdırılması aktual olub. Elə günümüzdə də bu müsbət tendensiya özünü qoruyub saxlayır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var.
Azərbaycan xalqı hər zaman milli dəyərlərə sadiqliyini göstərib, bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirib. Tarixin hər bir dövründə ölkəmizdə milli dəyərlərimizin qorunması və onun gələcək nəsillərə çatdırılması aktual olub. Elə günümüzdə də bu müsbət tendensiya özünü qoruyub saxlayır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var.
Milli ideologiyamızın mühüm tərkib hissələrindən biri ümumbəşəri dəyərlərdir. Bu barədə Ümummilli lider Heydər Əliyev deyib: “Mən bu gün bir azərbaycanlı kimi, özündə həm milli-mənəvi dəyərləri, həm də ümumbəşəri dəyərləri cəm edən bir insan kimi deyirəm ki, bizim xalqımızın mənəvi-əxlaqi mentaliteti onun ən böyük sərvətidir, milli sərvətidir. Bizdə nə qədər gözəl əxlaqi qaydalar var, bunlar əsrlər boyu formalaşıb, məsələn, kiçiyin böyüyə hörməti, böyüyün kiçiyə qayğısı, övladın valideynlərinə hədsiz hörməti, valideynlərin də öz övladlarına olan qayğısı və məhəbbəti. Bu, bizim xalqımızın mentalitetidir. Ümumbəşəri dəyərlər konstitusiyamızda öz əksini tapıbdır. Biz hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesi aparırıq. Bax bu bir cümlədə ümumbəşəri dəyərlərin ifadəsi öz yerini tapıbdır. Ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlərin vəhdəti, sintezi bizim milli ideologiyamızın bu günü və gələcəyidir”.
Milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında vətəndaş cəmiyyəti institutları da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Belə ki QHT-lər milli mənəvi dəyərlərimizin qorunub saxlanması, gələcək nəsillərə çatdırılmas və inkişaf etdirilməsi, onların yad təsirlərdən qorunması ilə bağlı ictimiayyət arasında uğurla maarifləndirici tədbirlər həyata keçirirlər. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bu il elan etdiyi qrant müsabiqəsində də bu mövzuya da geniş yer ayrılıb. Müsabiqədə qaliblərdən biri də “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyidir. Birliyin sdəri Könül Quliyeva qəzetimizə verdiyi açqlamada layihənin həyata keçirilməsindən bəhs edib. QHT sədri qeyd edib ki, milli-mənəvi dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri ilə yanaşı, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Milli-mənəvi, o cümlədən dini dəyərlərimizin, adət-ənənələrimizin dərindən öyrənilməsi və araşdırılması müasir cəmiyyətimizin prioritet istiqamətlərindən biridir: “Bu il həyata keçirəcəyimiz layihənin əsas məqsədi uşaqlar, yeniyetmələr və gənclərimizin milli ruhda, bizim milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə olunmasında, müasir tərbiyədə məktəbli-müəllim-valideyn münasibətlərinin yeni prizmada tənzimlənməsi, tərbiyə işində ideal məqsədin məzmununun müasir tələblər baxımından dəyişməsinə dəstək olmaq. Bu sahədə yaranan boşluqları aradan qaldırmaq üçün məktəb-ailə arasında əməkdaşlığı inkişaf etdirməkdir. Tərtər və Bərdə rayonlarının hər birində ayrı-ayrılıqda 2 tədbir keçirməyi, daha sonra layihə mövzuzuyla bağlı yerli internet tv-də 3 maarifləndirici veriliş hazırlamağı planlaşdırmışıq.”.
O, qeyd edib ki, Azərbaycan hər zaman milli-mənəvi və bəşəri dəyərlərə ehtiram göstərən məkan olub. Bu məmləkətdə əsrlərdən bəri multikulturalizm və tolerantlıq ənənələri mövcud olub, formalaşıb. Son illər ölkəmizdə milli-mənəvi dəyərlərimizin təbliği və inkişafı istiqamətində uğurlu işlər həyata keçirilir. Mənəvi aləmimizi zənginləşdirən, milli vəhdətimizi təmin edən dəyərlərimiz sayəsində var olmuşuq və bu gün də varıq. Hər bir şəxsiyyətin yetişməsində mühitdən də əvvəl ailənin böyük rolu var. Əbəs yerə ailəni kiçik dövlətə bənzətmirlər. Əsas dəyərlər ailədə formalaşmağa başlayır. Ədalət, humanizm, vətənpərvərlik, xeyirxahlıq, mərhəmət, cəsarət, mərdlik, dürüstlük, halallıq, milli-mənəvi dəyərlərə, soy-kökünə bağlılıq, böyüklərə ehtiram və əməksevərlik ruhunda tərbiyənin əsası ailədə qoyulur. Sonradan bu tərbiyənin təkmilləşməsində təhsil ocaqları, cəmiyyət mühüm rol oynayır. Böyüklərə hörmət və ehtiram, uşaqlara diqqət, qayğı və sevginin aşılanan, xalqın milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə rəğbət öyrədilən ailə adlı müqəddəs ocaqda, böyüyüb boya-başa çatan, təhsil aldığı məktəblərdə elmi biliklərə yiyələnməklə bərabər, həm də vətəndaşlıq ruhunda formalaşan gənclər ölkəsinin, xalqının adını daha da yüksəklərə qaldırırlar. Prezident İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin açılışında deyib: "Gənc nəsl milli ruhda böyüməlidir. Ona görə biz - bütün cəmiyyət daim diqqətli olmalıyıq. Tərbiyənin əsas mənbəyi ailə və məktəbdir. Bu, əsasdır. Təbii ki, cəmiyyət, cəmiyyətdə hökm sürən ümumi ab-hava, necə deyərlər, iqlim - bütün bunlar gənc nəslin şüuruna, gələcəyinə ciddi təsir göstərir. Ona görə bu məsələ daim diqqət mərkəzində olmalıdır. Əminəm ki, belə də olacaq". Biz heç vaxt öz milli dəyərlərimizi unutmamalıyıq. Onu yaşatmaq, ondan bəhrələnmək, ruhlanmaq həyatımızın əsas istiqaməti, gələcək işlərimizin zəmanətidir. "Gələcək nəsillərə maddi sərvətlər və iqtisadi mirasla yanaşı, həm də daha çox milli irs, milli mentalitet ərməğan edilməlidir" - prinsipi əsas götürülməlidir: “Cənab Prezident İlham Əliyev ötən il məlum andiçmə mərasimindəki çıxışında ailə və məktəbin rolu barədə bir sıra məqamlara toxunub. Ölkə başçısının fikrincə, biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, beyinləri saf olsun: “Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın və burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır. Xoşbəxtlikdən, Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir. İkinci yerdə məktəb tərbiyəsidir və belə müzəffər gənclərimizin yetişdirilməsində də Azərbaycan məktəbinin çox böyük rolu vardır. Gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi - bu vəzifə bizim hamımızın qarşısında durur, hər bir ailə qarşısında durur və dövlət qarşısında durur”.
Bu iki məsələnin vəhdəti çox vacibdir. Çünki ailə və məktəb gənclərin formalaşmasında, vətənpərvər ruhda böyüməsində birbaşa iştirak edir. Ailə və məktəb tərbiyəsi arasında dinamik əlaqənin təmin olunması, bu məsələdə fasilənin yaranmasına imkan verilməməsi və bir-birini tamamlaması çox vacibdir. Hər iki sahə ilə bağlı olan müvafiq icra, hökumət orqanlarının fəaliyyəti və s. amillər vacibdir. Təbii ki, ailə tərbiyəsi güclü olarsa, məktəbdə təhsilin səviyyəsi üstün olarsa, bunlar bir-birini tamamlayarsa bütün bunlar baş verməyəcək. Ancaq təssüflər olsun ki, yeniyetmə və gənclər arasında narkomaniyaya aludəçilik danılmazdır, məktəblərdə şagirdlər siqaret çəkir, tez-tez məktəblilər arasında bıçaqlanma hadisələri ilə üzləşirik, bir sıra ailələr uşağın təlim-tərbiyəsi ilə maraqlanmır və s. Boşluqları aradan qaldırmaq üçün məktəb ilə ailə, müəllim ilə valideyn arasında körpü yaratmaq, əməkdaşlıq vacibdir. Bizim layihəmiz buna istiqamətlənib. Hər il olduğu kimi bu il də donor təşkilatın dəstəyi ilə layihəmizi müvəffəqiyyətlə başa vuracağıq”.
K.Quliyevanın sözlərinə görə, milli-mənəvi dəyərlər cəmiyyəti ayaqda saxlayan, ictimai həmrəyliyi təmin edən əsas sütunlardır. Bu sütunlar nə qədər güclü olsa, cəmiyyət də bir o qədər mənfi yad təsirlərdən sığortalanmış olar. Prezident İlham Əliyev də andiçmə mərasimində məhz bu məqamı önə çəkir: “Bütövlükdə milli-mənəvi dəyərlərə gəldikdə, bu, bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir”.

Cavid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:331
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 09 Aprel 2025 23:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see686

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see487

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see281

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see279

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see265

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see262

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see255

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see250

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see249

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see248

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see246

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see236

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see232

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see227

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see227

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see223

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see222

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see215

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see214

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri