Icma.az
close
up
RU
Deyilənlər yalandır, həmin hadisəyə görə atası medal verdi ABŞ də polis işləyən azərbaycanlı

Deyilənlər yalandır, həmin hadisəyə görə atası medal verdi ABŞ də polis işləyən azərbaycanlı

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Əslən Lerikin Gəndob kəndindən olan, Sumqayıda dünyaya gələn həmyerlimiz Zaur Cəlil Telman oğlu yaxın günlərdə ABŞ-nin paytaxtı Vaşinqtonda xüsusi təyinatlı polis zabiti təyin olunub.

Ölkə.Az Zaur Cəlillə müsahibəni təqdim edir:

- Əvvəlcə sizi tanımayanlar üçün özünüz haqqında bir az mlumat verərdiniz.

 - 1985-ci ildə Sumqayıtda doğulmuşam. 1992-ci ildə Sumqayıt şəhər 25 saylı orta məktəbə daxil olmuşam. 2003-cü ildə 5 saylı orta məktəbi bitirmişəm. 2004-cü ildə hərbi xidmətə yollanmışam.
Hərbi xidmətimi bitirəndən sonra – 2006-cı ildən ABŞ-yə köçmüşəm. Bura gəlişim Nyu-York şəhərindən başlandı. Bir müddət sonra isə Minnesota ştatına köçdüm.
Uşaqlığımdan cüdo idman növü ilə məşğul olduğum üçün bunu Amerikada da davam etdirdim. Yarışlara qatılmağa başladım və bir müddətdən sonra öz zalımı açdım.
Azərbaycanımız təmsil edib 3 dəfə ABŞ çempionu olmuşam və bayrağımızı zirvələrə qaldırmışam. 4 il ardıcıl ABŞ Cüdo Fedarasiyası tərəfindən “ən yaxşı cüdoçu” sertifikatı ilə təltif olunmuşam.
Lap balaca yaşlarımdan arzum polis məmuru olmaq idi. Minnesotada yaşadığım müddətdə tibb sahəsi üzrə təhsil alırdım. Təhsilimi yarımçıq qoysam da, sonradan davam etdirməyi düşünürdüm. Belə alındı ki, oradan Virciniya ştatına - Vaşinqton ərazisinə köçdüm. 

Polis olmaq arzum məni Amerikada ən çətin təhsil müəssisəsi olan ABŞ Polis Akademiyasına gətirib çıxardı. İki ilə yaxın təhsil aldım. Bütün çətinliklərə baxmayaraq akademiyanı fərqlənmə diplomu və medalı bitirdim və paytaxt Vashinqton DC-yə xüsusi təyinatlı polis zabiti təyin olundum. 
Bu mənim üçün böyük bir qürurdur ki, bir azərbaycanlı olaraq burada polis zabitiyəm. Xidmətdə olduğum müddətdə də amerikanlar mənə yaxınlaşır, haralı olduğumu soruşurlar. Azərbaycanlı olduğumu biləndə xüsusi təşəkkür edirlər ki, mən ABŞ-yə xidmət edirəm.

-    Sizcə, Azərbaycanda polis olmaq çətindir, yoxsa ABŞ-də? Bizdə yol polisi, post patrul və s. var. Bəs orada necədir?

-    Azərbaycanla ABŞ-nin bu peşədə fərqini tam deyə bilməyəcəyəm. Əlbəttə, onu deyə bilərəm ki, ABŞ-də polis olmaq asan deyil. Olduqca çətin və məsuliyyətlidir, çünki burada insanların çoxunda silah var. Buna görə kriminal hadisələr də çox olur. Burada polis zabitləri çox diqqətli olmalıdırlar. 

Azərbaycandan fərqli olaraq ABŞ-də yol polisi və ya digər polislər fərqlənmir, ümumidir. Burada şeriflər hər şeyə baxır: kriminala da gedir, cərimə də yazır, adam da tutur. 

-    Sizin təyinat xəbəriniz Azərbaycan mətbuatında tirajlananda yazırdılar ki, "ABŞ-də vəzifə verilən azərbaycanlı müğənni imiş". İdman fəaliyyəti, qalibiyyətlər, polislik, təhsil və s.-dən sonra adınız müğənni kimi hallandı. Bu başlıqlar sizi narahat etmədi ki?

-    Azərbaycanda mətbuat olsun, başqa insanlar olsun, haqqımda nə isə yazırlarsa, çox vaxt doğru xəbərlər olmur. Bəzən şişirdilmiş və ya çatışmayan xəbərlər olur. Ona görə də belə məsələlədə axtarıb-araşdırmağa, nəyisə dəqiqləşdirməyə çalışmıram, çünki buna zamanım yoxdur. Özümü kiməsə sübut etmək fikrində də deyiləm. Məni tanıyan tanıyır. 

1991-ci ildən cüdo ilə məşğulam. Bu günə kimi də davam edirəm. Həm tələbələr yetişdirirəm, həm də yarışlara qatılıram. 

Müğənnilik məsələsinə gəldikdə isə mən bununla uşaqlıqdan məşğulam. Tam olaraq müğənnilik etmirəm, mənim üçün hobbidir. “Müğənnilik sənətimdir” deyə bilmərəm. Düzdür, müəllim yanına getmişəm, vokal dərsləri almışam, amma dediyim kimi, heç vaxt müğənnilik etmək, toylara getmək fikrim olmayıb. 

Düzdür, ara-sıra tədbirlərə dəvət alıram, mahnılar yazdırıram, amma bu o demək deyil ki, sırf bu işlə məşğulam. Əsas sənətim idman və polislikdir. 
Hətta Bakıda da efirlərdə çıxış etmişəm.

Azərbaycanda haqqımda yazdılar ki, müğənni polis olub və s. bu məsələ məni çox da narahat etmir. Çünki hərə bir şey yazır. Müğənnilik fəaliyyətim ciddi olmasa da, uzun illərə dayanmır. 30 ildən artıqdır cüdo ilə məşğulam. Onu o qədər böyütmürlər, amma müğənniliyi qabartmağa çalışırlar. Yəni fikir vermirəm.

-    Karyeranızla bağlı ən böyük hədəfiniz nədir?

-    Gələcəkdə fikrim daha yüksəklərə getməkdir. Əlbəttə, zaman lazımdır və elə də tez olmayacaq. Bundan ötrü də çox çalışacağam. Yerimdə saymağı heç vaxt sevməmişəm, Həmişə irəliyə baxmışam. İstəyirəm ki, gələcəkdə desinlər ki, Azərbaycanın bir nümayəndəsi Vaşinqton DC-də böyük vəzifədə çalışır.

-    Avropa ölkələrində yaşayan azərbaycanlılarla söhbətimiz zamanı iş məsələsində digər millətlərdən olan şəxslərin yerlilərlə müqayisədə şanslarının az olduğunu söyləmişdilər. Bəs siz ABŞ-də polis olana qədər hansısa diskriminasiyaya məruz qalmısınızmı?

-    Düzü, belə bir halla rastlaşmamışam. 2006-cı ildən idman sahəsində nailiyyətlərim olub. Öz yaşadığım ştatda seçilmişəm. Bu da amerikanların dəstəyi ilə olub. 
Polis akademiyasını da fərqlənmə ilə bitirdim. Bizim qrupda o qədər insan içərisində mən yeganə azərbaycanlı idim ki, 3 fəxri fərman, bir medal və bir kubokla seçildim. ABŞ-də amerikanların məndən üstün tutulduğunu görmədim. Buna görə də onlara xüsusi təşəkkürümü bildirirəm. 
Bilmirəm, bəlkə də belə şeyləri görsəydim, həvəsdən düşərdim, ya da ola bilərdi ki, daha çox çalışım. 

-    40 yaşınız olsa da, foto və videolara baxanda sizə 28-29-dan artıq yaş vermək olmaz... 

-    Həqiqətən də indiyə kimi mənə öz yaşımı verən olmayıb. Uzağı mənə 30-32 yaş verirlər. Mən özümü də daha gənc və gümrah hiss edirəm. Güzgüdə baxanda o yaşı vermirəm. Çünki ətrafımdakı həmyaşıdlarıma baxıram ki, həqiqətən də məndən daha yaşlı görünürlər. Bəlkə də bu genetikdir. Çünki babam da, atam da yaşını göstərmirdi. 
Digər tərəfdən bu, uzun illər idmanla məşğul olmağımla da əlaqəlidir. Musiqi ilə də məşğulam. Bu da mənəvi baxımdan məni gənc saxlayan amillərdən ola bilər. Çalışıram ki vaxtlı-vaxtında idmanımı edim. Yeməyimə fikir verirəm, amma istədiyim yeməyi də yeyirəm. 

-    Hər nə qədər etik olmasa da, Azərbaycanda gəlir məsələsi insanların xüsusi maraq dairəsindədir. İndiki qazancınızı ABŞ şərtləri ilə necə qiymətləndirirsiniz?

-    Burada iş çoxdur. İnsanlar bəzən 2,3, 4 işdə işləyə bilir. Hətta mən də vaxtilə 5 işdə işləmişəm. Adam fikirləşir ki, necə? Amma onun da bir yolu var. Çatdıra da bilirdim. Bu gün isə qazandığım maaş mənə bəs edir, narazılığım yoxdur. Çünki ABŞ-də polis işçilərinə normal maaş verilir. Bizdə il ərzində bir neçə dəfə artım olur.

-    Yaşadığınız ərazidə Azərbaycanı tanıyırlarmı? Tanıyırlarsa, nəyə əsasən tanıyırlar?

-    Əlbəttə, ABŞ-də azərbaycanlıları avropalılar, bir də ən çox afrikalılar tanıyırlar. Amma amerikanların çoxu Azərbaycanı tanımır. Tanıyanlar da ən çox idmanla tanıyırlar. Müəyyən insanlar siyasəti ilə tanıyır, amma təəssüf ki, musiqisi, mədəniyyəti ilə tandıqlarını deyə bilməyəcəyəm. 
Burada yaşayan azərbaycanlılar da öz vətənlərini tanıtdırırlar. Mən də onlardan biriyəm. 19 ildən artıqdır burada yaşayıram. Bu illər ərzində bəlkə də 1000-dən çox insana ölkəmizi tanıtdığımı desəm, yanılmaram. Çünki idman yarışlarında iştirak etmişəm və çox vaxt birinci olanda Azərbaycan bayrağı ilə çıxmışam. İnanıram ki, Azərbaycanımızı yaxın gələcəkdə daha da çox tanıyacaqlar. 
Son 10-15 il ərzində ölkəmizi daha çox tanıyırlar. Formula-1, idman yarışları və s. ölkəmizin tanınmasında çox kömək olur.

-    ABŞ-də bir polisin iş günü necə keçir?

-    Burada polis işi çox fərqlidir. Çünki həm qanuni, həm də qanunsuz silah gəzdirənlərin sayı çoxdur. Başqalarına maraqlı gələ bilər, amma gedirsən görürsən ölüm hadisəsidir, adam sarsılır.

Bu yaxınlarda bir hadisə baş verdi. Bir nəfər itmişdi, onu tapdıq, ailəsinə təhvil verdik. Ailəsi də çox sevindi və mənə təşəkkür medalı göndərdi. Belə şeylər insana çox xoş təsir bağışlayır. 

-    Necə bir medal?

-    Tapdığımız şəxsin atası uzun illər polisdə çalışıb. Hazırda da Nyu-York polisində vəzifə daşıyır. O öz işlədiyi yerdən polislərə aid olan bir medalı təqdim etmişdi. Hansı ki bu, xüsusi təşəkkür medalı idi. 

-    Eşitmişdim ki, ABŞ-də gündəlik insanlar bir-birlərinə söysə də, əlbəyaxa davadan çəkinirlər.

-    ABŞ-də söyüş... Normal deməyim, amma dava edərkən söyüşlə danışanlar çoxdur. Elə insanlar var ki, bir-birlərini söyüşə görə öldürürlər. Bununla bağlı bizə də çox sayda şikayətlər gəlir. Daha çox hədə xarakterli sözlərlə bağlı şikayətlər daxil olar. 

Azərbaycanda bəlkə kimsə dava edəndə sözgəlişi “səni öldürərəm” deyəndə o qədər də ciddi qəbul edilmir, amma burada fərqlidir. 

-    Ailənizdə başqa polis varmı? Övladlarınızın da polis olmasını istəyərdinizmi?

-    Nəslimizdə yeganə polis mənəm. Hətta Vaşinqton DC-də ilk azərbaycanlı polis mənəm. 
Ailə məsələsinə gələndə 3 övladım var, ikisi qız biri oğlandır. Bizdə müəyyən məsələlər baş verdi, ayrılıq oldu. Bunu da gizlətməyimin bir adı yoxdur. 

-    Övladlarımın gələcəkdə polis olmaq istəmələri onlardan asılıdır. Əgər istəyərlərsə, hər zaman arxalarında duraram. Ümumiyyətlə, hər bir işdə onlara dəstək olmağa hazıram. 

-   Tibb təhsiliniz yarımçıq qalsa da, bir az oxumusunuz. Tibbi biliklərinizin heç köməyinizə çatdığı olubmu?

-   Əlbəttə, olur, ilk yardımı çox vaxt biz edirik.

-    Nə vaxtsa Azərbaycana qayıtmaq fikriniz varmı?

-    Yəqin ki, nə vaxtsa qayıdaram. Tez-tez vətənə gəlib-gedirəm, amma yaxın müddətdə Azərbaycana köçməyi düşünmürəm. Amma ola bilər elə bir təklif gəlsin ki, razılaşıb qayıdım.

Qeyd edək ki, Z.Cəlilin atası Telman Cəlil Əməkdar artistdir. O, vaxtilə İncəsənət Universitetində müəllim kimi çalışıb, xoreoqrafdır. Hazırda isə Nyu-Yorkdakı Azərbaycan Mədəniyyət Mərkəzinin prezidentidir. 

Billurə Yunus

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:25
embedMənbə:https://olke.az
archiveBu xəbər 05 İyun 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın Azərbaycana qarşı növbəti təzyiq mexanizmi

25 İyul 2025 00:06see581

Şörzingerin Azərbaycanca öyrəndiyi söz…

24 İyul 2025 01:29see257

Şəmkirdə 15 yaşlı qızın ehtiyatsızlığı faciə ilə nəticələndi

24 İyul 2025 01:38see251

Qurban Qurbanov: Qələbəni unudub cavab oyununa ciddi hazırlaşacağıq

24 İyul 2025 01:30see146

Uşağın smartfona erkən çıxışı psixi sağlamlıq problemlərinə gətirib çıxarır

24 İyul 2025 04:25see142

BYD və “Geely”də saxtakarlıq aşkarlandı Subsidiyalar bu mexanizmlə mənimsənilir

23 İyul 2025 20:07see140

ABŞ da qırmızı ət qiymətləri rekord həddə çatdı

23 İyul 2025 20:13see139

Goji berry nədir? Goji giləmeyvəsinin faydaları

24 İyul 2025 17:12see139

YPG Suriyada silahları təhvil verməyəcəyini açıqlayıb

24 İyul 2025 02:48see133

Təmiz enerji dövrünü necə sürətləndirmək olar ANALİZ

24 İyul 2025 16:58see132

“Qarabağ”ın darmadağınla qələbəsi Video

24 İyul 2025 02:30see132

Avropa və ABŞ razılaşacaqlar Ticarət gərginliyi aradan qalxacaq

24 İyul 2025 17:15see131

Bu şəhərdə 22 min abonentin qaz təchizatı dayandırılacaq

24 İyul 2025 17:01see131

Qız Qalasında “Vyetnam Günləri : Şərqin incə zərifliyi İçərişəhərdə FOTO

24 İyul 2025 17:07see128

Türkiyədə oxuyan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə hüququndan məhrum edilib?

25 İyul 2025 01:36see125

Dondurma yeyəndə dişlərimiz niyə sızıldayır? Səbəbi

24 İyul 2025 15:59see124

Azərbaycanda reklama görə 4 blogerdən ŞİKAYƏT EDİLDİ RƏSMİ

24 İyul 2025 10:47see122

“Sumqayıt” fransalı müdafiəçi transfer etdi

24 İyul 2025 06:24see119

Çoxumuzun sevimli xalq artisti...

24 İyul 2025 21:42see118

Bir səfərin izi ilə Fransa sənədli filminin təqdimatı keçirilib

24 İyul 2025 20:43see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri