Icma.az
close
up
RU
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...” “Nazir hətta müəllimlərin məktəbdə harada oturub gözləyəcəyini də bilmir”

“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...” “Nazir hətta müəllimlərin məktəbdə harada oturub gözləyəcəyini də bilmir”

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Elçin Rəşid: “Görünən məqsəd müəllimlərin vaxtını əlindən alıb onların başqa yerdə dərs deməsinə mane olmaqdır”

“Müəllimi yorub əldən salmaq ölkədə təhsilin kəmiyyətini də, keyfiyyətini də salacaq”

Tanınmış iqtisadçı Elçin Rəşid öz “Facebook” səhifəsində təhsil naziri Emin Əmrullayevin müəllimlərin iş saatları ilə bağlı irəli sürdüyü təklifə münasibət bildirərək kəskin tənqidlər səsləndirib.

“AzPolitika” xəbər verir ki, iqtisadçı paylaşımına satirik bir misalla başlayıb: Çoban oğlunu elm dalınca Bakıya göndərir, oğlan 20 ildən sonra qayıdıb atasına deyir ki, qoyunları saymağın yeni üsulunu kəşf edib: ayaqlarını sayıb 4-ə bölmək”.

E. Rəşidin sözlərinə görə, təhsil nazirinin də hazırkı yanaşması eyni şəkildə mahiyyətsiz və qeyri-rasionaldır:m“Nazir çarəsiz şəkildə bir işə əl atıb: əmək haqqını müəllimə dərs saatlarına görə deyil, məktəbin ərazisində göründüyü müddətə görə vermək istəyir”.

O bildirib ki, nazir bu təklifə “islahat” adı versə də, əslində nəyə nail olmaq istədiyini bilmir və bunu islahat proqramı kimi təqdim etməsi yalnız mərkəzi nazirliklərin zəif iqtisadi potensialından xəbər verir.

“Təəssüf ki, mərkəzi nazirliklərimizin də iqtisadi potensialı çox aşağıdır və bunu islahat proqramı adı altında “yeyirlər””, – deyə o vurğulayıb.

E. Rəşid qeyd edib ki, əgər bir nazir dəyişiklik təklif edirsə, ilk növbədə bunun təhsilin kəmiyyətinə və ya keyfiyyətinə hansı formada fayda verməsini əsaslandırmalıdır:

“1. Təhsilin kəmiyyətinə və ya keyfiyyətinə təsirini izah etməlidir;

2. Mümkün riskləri və zərərləri göstərməlidir: pilot mərhələləri keçirmək, riskləri praktikada öyrənmək, nəticələri bölüşmək və risklərə qarşı tədbirləri açıqlamaq lazımdır;

3. Təklifin sahənin strateji xətti ilə əlaqəsini nümayiş etdirməlidir (hazırkı vəziyyətdə belə əlaqə yoxdur);

4. Deməlidir ki, hansı parametrlər üzrə davamlı monitorinq və məsələn, 2 ildən və 5 ildən sonra qiymətləndirmə aparacaq. O qiymətləndirmə hansı suallara cavab verəcək;

5. Nəticəyönümlü maliyyələşməyə (NYM) töhfəsini qeyd etməlidir. Elm və Təhsil Nazirliyi (ETN) yeri gəlmişkən, NYM üçün pilot nazirlik seçilib;

6. Büdcəyə təsirini qeyd etməlidir: bu avantüra nə qədər pul “yeyəcək”?”.

İqtisadçı vurğulayıb ki, nazir bunların heç birini açıqlamır, çünki bilmir: “Yox, o bunları demir, çünki bilmir. ‘Təhsil onsuz da dibə gedir, bir eksperiment edək, nə olar-olar’ yanaşmasıdır. O isə heç bilmir ki, o qədər müəllim məktəbdə harada oturub gözləyəcək.”

E. Rəşidin sözlərinə görə, müəllimlərə əlavə öhdəlik qoymaq lazımdırsa, bunu dərs saatlarına proporsional şəkildə etmək və ödənişi də dərs saatları üzərindən aparmaq daha şəffafdır: “Bir saata verilən əmək haqqını artır. Qoyunların ayağını sayıb 4-ə bölmə...”

O bildirib ki, nazir müəllimin boş vaxtını məktəbdə necə keçirəcəyini də izah etmir: “Valideynlərlə söhbət edəcək, şagirdlərlə söhbət edəcək – bu nağıldır. Bu söhbətlərin qalan iş saatına uyğunluğu nə hesablanıb, nə izlənməsi mümkündür. Tamamilə qeyri-şəffafdır, korrupsiyogendir”.

İqtisadçı daha sonra təklifin real təsirlərini sadalayıb:

“1. Resursun buxovlanması səbəbindən kiçilən təhsil sektoru və azalan ÜDM;

2. Büdcəyə əlavə xərc;

3. Bu xərcin də görülən işə görə və verdiyi nəticəyə görə deyil, müəllimin keçirdiyi saata görə paylanması;

4. Təhsilə zərər: müəllim təhsildə resursdur. Onu məktəbdə boş saxlamaq, yorub əldən salmaq ölkədə təhsilin kəmiyyətini də, keyfiyyətini də salacaq;

Haşiyə:

Görünən odur ki, məqsəd də budur: müəllimlərin vaxtlarını əlindən alıb onların başqa yerdə təhsil vermələrinə əngəl yaratmaq.

Nazir özü deməsə də, ona yaxın media məqsədin bu olduğunu “ağzından qaçırır”. Yəni, dövlətdən əlavə pul alıb, onu təhsili və təhsil resursunu boğmağa xərcləyəcək.

“5. Biri çox işləyib az pul alacaq, digəri tərsinə. Motivasiya nəzəriyyələri ilə tanış olanlar bilir ki, bu, sistem daxilində motivasiyanı dağıdan ən güclü amildir. Yəni təhsilin keyfiyyəti bir də bundan zərər görəcək;

6. Korrupsiya: direktorlar nəzarət edəcək və müəllimin boş oturmasına görə dövlətdən alınan pulu müəllimlə böləcək;

7. Güc asimmetriyası – direktorun müəllimlər üzərində (təhsilin keyfiyyətinə aid olmayan) balanssız səlahiyyəti... Müəllim biləcək ki, o, gördüyü işin keyfiyyətinə görə deyil, direktorla nə dərəcədə əlbir olmasına görə qiymətləndirilir, əmək haqqı alır, boş vaxt qazanır və ümumiyyətlə iş yerini qoruya bilir. Bu özü təhsilin keyfiyyətinə ayrılıqda daha bir mənfi təsir edəcək;

8. Güc asimmetriyası – nazirin direktorlar üzərində... Bu da yuxarıda deyilənə uyğun olaraq, məktəbin (təhsilin) keyfiyyətini salacaq;

9. Nəticəyönümlü maliyyələşmə (NYM) prinsipinə xəyanət.

NYM tətbiq olunanda bütün şöbələr, işçilər buna səfərbər olunmalıdır və mümkün olduqca eyni prinsiplə çalışmalıdır”.

E. Rəşidov NYM məsələsinə ayrıca toxunaraq xatırladıb ki, ETN bu sistem üçün seçilmiş 3 nazirlikdən biridir. Onun sözlərinə görə, 2020-ci ildə NYM planlaşdırılarkən Maliyyə Nazirliyi ilə keçirilən görüşdə ETN bir dənə də olsun düzgün nəticəyönümlü büdcə maddəsi təqdim edə bilməyib. Təqdim olunan yeganə “nəticə” – beynəlxalq tədbirdə 10 əməkdaşın iştirakı olub.

“Maliyyə Nazirliyi izah etməyə çalışsa da nəticə verməyib. 2023-cü ildə keçirilən növbəti görüşdə də bəlli olub ki, ETN hələ də nəticənin nə olduğunu anlamır və fəaliyyətlərini nəticə adı ilə təqdim edir”, - deyə o qeyd edib.

Rasim Əliyev
"AzPolitika.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 Noyabr 2025 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see179

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see174

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see158

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see153

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see143

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see140

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see136

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see136

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri