Icma.az
close
up
RU
Deyirlər, Oqtay Əliyevin vəfatından sonra Dilarə daha çox parladı

Deyirlər, Oqtay Əliyevin vəfatından sonra Dilarə daha çox parladı

Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əməkdar artist Dilarə Əliyeva həyat yoldaşı, prodüser Oqtay Əliyevin vəfatından sonra həyatındakı dəyişikliklərdən danışıb.

Axşam.az xəbər verir ki, aktrisa “Hərşeyşünas” yutub layihəsinin aparıcısı Aynur Xəlilovanın suallarını cavablandırıb. D.Əliyeva bildirib ki, hazırda gündəmdə çox olmasına səbəb sosial şəbəkələrdir. 

A.Xəlilovanın “Gah deyirlər, ölənlə ölən olmaz. Gah da, cəmiyyət deyir ki, yazıq ölənin canına. Oqtay Əliyevi itirəndən sonra daha parıldadınız, gözəlləşdiniz, gəncləşdiniz, daha yüksəlişə keçdiniz. Bu fikirlər birmənalı qarşılanmadı. Cəmiyyət bir insanın yasına nə vaxt inanır? Dərisi solğunlaşanda, saçı ağaranda? Budurmu yasın göstəricisi” sualına D.Əliyeva belə reaksiya verib:

“Ona da inanmırlar, söz olur. Bu düşüncədə olan insanların fikri məni narahat etmir. Bildiyim kimi həyatımı yaşayıram, uğurlarımı əldə edirəm. Bacarırlar, sevinirlər. Sevinməyənlərin, etdiklərimin başına ip çevirənlərin fikri mənə maraqlı deyil. Mənim kimi taleyi yaşayan qadınlar belə söhbətlərin altında əzilirlər. Qətiyyən bu hissləri özümə yaxın buraxmıram.

Bəlkə də, ilk və son dəfə açıqlayıram: Oqtay Əliyev dünyada olanda beş aparıcıdan biri idim. Dilarəni ulduz etdi, meydan yaratdı, xalqa tanıtdı. Layihələr, filmlər Oqtayın prodüserliyi ilə ərsəyə gəldi. O vaxt yutub, instaqram, TikTok yox idi. İndikindən də çox çalışırdım. İndi isə gördüyün işi min səhifə paylaşır. Camaatın qarşısına çıxırsan və elə düşünürlər ki, daha çox parlayırsan.

Gözəlləşməyə gəlincə, 2015-ci ildə arıqlamışdım, gözəl fotosessiya etmişdim. Sadəcə, instaqrama iki ildir gəlmişəm. Paylaşımlar edirəm”.

Qeyd edək ki, Oqtay Əliyev 2023-cü il martın 22-də baş vermiş ağır avtomobil qəzası nəticəsində dünyasını dəyişib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://axsam.az
archiveBu xəbər 28 Oktyabr 2026 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see288

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see283

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see279

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see267

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see266

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see250

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see244

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see240

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see220

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see207

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see201

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see200

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see199

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see197

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see195

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see191

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see180

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see178

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see176

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri