“Dəyişən və ya yenilik kimi göstərə biləcəyimiz hansısa məqam yoxdu”
Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bildiyimiz kimi, ASCO “Səbail”in əsas sponsorudu. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin cari mövsümün sonunda premyer-liqanın sonuncu pilləsində qərarlaşan komandaya maliyyə dəstəyini dayandıracağı ilə bağlı xəbərlər yayılıb.
Belə ki, “dənizçilər”ə hər ay ayrılan 1,5 milyon manat mayın sonuna qədər tam şəkildə ödənəcək. Bundan sonra isə maliyyə dəstəyi dayanacaq. Görəsən, belə bir təhlükə varmı? Bu sualı “Səbail”in mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədova ünvanladıq:
“ASCO ilə klub arasında mövsümün sonuna qədər qüvvədə olan sponsorluq müqaviləsi var. Müqaviləyə uyğun şəkildə əməkdaşlıq davam edir. Əvvəlki mövsümlərdə də sponsorluq müqaviləsi 1 il müddətinə bağlanıb və növbəti ilin əvvəlində yenilənib. Yəni dəyişən və ya yenilik kimi göstərə biləcəyimiz hansısa məqam yoxdu”.
ƏSƏD SEYİDOV
Baxış sayı:138
Bu xəbər 18 Yanvar 2025 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















