Icma.az
close
up
RU
Hidrogenin istehsal edilməsi çox baha başa gəlir EKSPERT FİKRİ

Hidrogenin istehsal edilməsi çox baha başa gəlir EKSPERT FİKRİ

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Hidrogen enerjisi tək Azərbaycanda deyil, bütün dünyada ən təmiz enerji sayılır. Bu barədə uzunmüddətli tədqiqat işləri aparılır. Hidrogenin yanacaq kimi verdiyi enerji effektivliyinə görə də çox yüksəkdir. Neft, dizel, benzində alınan enerji 45-47- MJ/kg-dirsə, hidrogen yanacaq kimi istifadə edilən zaman alınan enerji 135-140 MJ/kg -dir. Hidrogen enerjisi təmiz enerjidir, yanarkən heç bir emissiya yaranmır, eyni zamanda yanacaq kimi istiadəsində yanması çox sürətli gedir. Tullantı kimi ayrılan su yəni H₂O olur". Bu sözləri enerji məsələləri üzrə ekspert Sadiq Həsənov SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, hidrogenin istehsal edilməsi çox baha başa gəlir: "Dünyanın bir çox elmi mərkəzlərində ABŞ-da, Avropada hidrogenlə bağlı tədqiqat işləri mövcuddur.Ən ucuz başa gələn sudan ayrılan hidrogendir hansı ki, 9 litr suyun parçalanmasından 1kq-a yaxın hidrogen almaq olur. Bu zaman 34-35 kVt-saat elektrik enerjisi verməklə kimyəvi proses aparılır. Burada elektroliz üsulundan istifadə olunur və elektroliz vasitəsilə suyun parçalanması həyata keçirilir. Həmin elektrik enerjisinin hesabına su parçalanır və hidrogen alınır.

Dünyanın bir çox elmi mərkəzlərində aparılan araşdırmalara, əsasən, yekun qərara gəlinib ki, bu iqtisadi cəhətdən səmərəli deyil. Çünki alınan 1kg hidrogenin xərci çox baha başa gəlir baxmayaraq ki təmiz enerji sayılır. Hidrogeni eyni zamanda metan qazından da almaq mümkündür. Metan qazının parçalanması və H₂-nin yəni Hidrogen qazının alınması üçün müxtəlif kimyəvi texnoloji qurğulardan və proseslərdən istifadə olunur.

Hidrogenin metan qazından alınması daha baha başa gəlir. Bunun üçün daha çox texnoloji avadanlıq, qurğular lazımdır. Burada müxtəlif reaksiyalar mövcuddur: karbon-monoksid reaksiya + suya yüksək temperatur verməklə, CO+H2O= CO2+H2 alınır. Bu zaman 360-400oC istilik və 10-15 bar təzyiq lazım olur. Eyni zamanda yüksək temperatur (700-1000°C qədər) və yüksək təzyiq verməklə texnoloji qurğularda proses zamanı Metan qazından H2 yəni hidrogen qazı alınır, CH4 (+yüksək təzyiq və temperatur)=H2+CO2. eyni zamanda yüksək təzyiq altında hidrogen alınır. Bu çox bahalı bir prosesdir. Müxtəlif sənaye müəssisələrində bunu istifadə etmək olar. Avtomobildə yanacaq kimi istifadə etmək baha başa gəldiyindən, bir çox sənaye mərkəzləri, institutlar buna meyl etmirlər. Bu ancaq tədqiqat mərkəzinin diqqətini cəlb edir. Əgər bu proses bahalı olmasaydı, biz çoxdan hidrogen yanacağına, ən təmiz enerji kimi ondan istifadə edə bilərdik".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Fevral 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri