Diabet riskini azaltmağın qeyri adi yolu tapıldı
Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Alimlər evin yaxınlığında bağ və parkların olmasının 2-ci tip diabetin inkişaf riskinin azalması ilə əlaqəli olduğunu müəyyən ediblər.
Demokrat.az xəbər verir ki, araşdırmanın nəticələri "BMC Public Health" jurnalında dərc olunub.
Tədqiqatçılar Britaniya Biobankının 400 mindən çox iştirakçısının məlumatlarını təhlil ediblər. Onların sağlamlıq vəziyyəti orta hesabla 15,4 il ərzində izlənilib.
Məlum olub ki, evdən 100 metr məsafədə şəxsi bağın olması diabet riskini 6,8 faiz, yaxınlıqda dörd və ya daha çox parkın yerləşməsi isə 5,7 faiz azaldır.
Müəlliflər mümkün mexanizmlərdən biri kimi fiziki aktivliyi göstərirlər. Parkların çox olduğu ərazilərdə yaşayan insanlar həftə ərzində orta hesabla 24 dəqiqə daha çox idman ediblər. Bundan əlavə, D vitamininin daha yüksək səviyyədə olması, psixoloji vəziyyətin yaxşılaşması və ətraf mühitin mikrobiomunun faydalı təsiri də rol oynaya bilər.
Tədqiqatçılar ayrıca şəxsi bağların əhəmiyyətini vurğulayıblar. Belə məkanlar insanlara sosial təzyiq olmadan təbiətdə vaxt keçirməyə və ictimai məkanlarla müqayisədə yaşıllıqlarla daha sıx təmasda olmağa imkan verir.
Tədqiqatın rəhbəri, Kvinslend Universitetinin epidemioloqu Çinonço Odebeatunun sözlərinə görə, yaşıllıqlara çıxış imkanları cəmiyyət arasında bərabər bölüşdürülməyib. Aşağı gəlirli ərazilərin sakinləri yaşıllıqlardan daha çox məhrum olurlar və həmin ərazilərdə diabetə yoluxma səviyyəsi də daha yüksəkdir.
Müəlliflər ictimai sağlamlığın qorunması tədbiri kimi sıx şəhərsalma şəraitində yaşıl zonaların yaradılmasını təklif edirlər.
Jalə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Şəkərli diabet riskini azaltmağın sadə yolu
06 Mart 2025 22:13
Xərçəng və diabet riskini azaltmağın YOLLARI
07 Aprel 2026 20:46
Xərçəng riskini azaltmağın sadə yolu tapıldı
23 Mart 2026 19:08
İnsultun təhlükəli nəticələrinin riskini azaltmağın bir yolu tapıldı
04 Mart 2025 22:52
Ağrıları azaltmağın yolu tapıldı
20 Mart 2025 19:51
Baxış sayı:152
Bu xəbər 14 Avqust 2026 16:01 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları