Icma.az
close
up
RU
Diabet və ürək xəstəliklərinin əsas səbəbləri

Diabet və ürək xəstəliklərinin əsas səbəbləri

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Şəkərlə şirinləşdirilmiş içkilərin istifadəsi hər il dünyada 2,2 milyon yeni 2-ci tip diabet və 1,2 milyon ürək-damar xəstəliyi hadisəsinə səbəb olur.

Ölkə.az milli.az-a istinadən xəbər verir ki, bu nəticə Tafts Universitetinin Qida Elmi və Siyasəti Məktəbinin alimlərinin apardığı tədqiqatda açıqlanıb. Araşdırmanın nəticələri "Nature Medicine" jurnalında dərc edilib.

Mütəxəssislərin sözlərinə görə, qazlı içkilər, şirələr və enerji içkiləri qida dəyərindən məhrumdur və orqanizmdə sürətlə mənimsənilir. Bu, qanda şəkərin kəskin yüksəlməsinə səbəb olur. Bu cür içkilərin müntəzəm istifadəsi isə çəki artımı, insulin rezistentliyi və metabolik pozğunluqlar yaradır.

Araşdırmada inkişaf etməkdə olan və aşağı gəlirli ölkələrin tibbi məlumatları təhlil edilib. Şirin içkilərin qəbulu ilə əhalinin sağlamlıq vəziyyətinin pisləşməsi arasında ciddi əlaqə müəyyən olunub.

Xüsusilə ağır vəziyyət Saxaradan cənubda yerləşən Afrika ölkələrindədir. Bu ölkələrdə şirin içkilər yeni diabet hallarının 21%-dən çoxuna səbəb olur. Latın Amerikası və Karib hövzəsində isə bu göstərici 24%-ə çatır. Bundan əlavə, bu regionlarda yeni ürək-damar xəstəliklərinin 11%-dən çoxu da bu içkilərin qəbulu ilə əlaqələndirilir.

"Maye şəkər"in sağlamlığa ən çox mənfi təsir göstərdiyi ölkələrdən Kolumbiya, Meksika və CAR (Cənubi Afrika Respublikası) fərqlənir. Kolumbiyada yeni diabet hallarının 48%-i, Meksikada isə təxminən üçdə biri şirin içkilərlə əlaqələndirilir. CAR-da belə içkilər diabet hallarının 27,6%-i və ürək-damar xəstəliklərinin 14,6%-i ilə bağlıdır.

Alimlər maarifləndirmə kampaniyalarının keçirilməsini, həmçinin şirin içkilərin satışına daha ciddi nəzarət tətbiq edilməsini tövsiyə edirlər. Bu tədbirlər xəstəliklərin artmasının qarşısını almaq və səhiyyə sisteminə düşən yükü azaltmaq üçün vacibdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:247
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 Yanvar 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri