Icma.az
close
up
RU
Azərbaycanda ürək xəstəliklərinin real səbəbləri nələrdir? AÇIQLAMA

Azərbaycanda ürək xəstəliklərinin real səbəbləri nələrdir? AÇIQLAMA

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


“Neçə vaxtdır müzakirə olunur ki, Azərbaycan ürək, qan-damar sistemi xəstəliklərindən baş verən ölüm hallarına görə dünyada ikinci yerdədir. Amma hələ də ortada sona qədər gedən real təhlil yoxdur”.

Bakupost.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov bildirib.

“Peşəkarlar da, qeyri-peşəkarlar da tam eyni şeyi deyir: “Səbəb qida və stressdir”. Bəli, bunlar doğrudur. Hətta təhsilsiz adam da bunu deyəcək ki, səbəb stress və qidadır. Amma “qida pisdir” deməklə məsələ həll olunmur. Bu sahənin peşəkarları və cavabdehləri ümumi ifadələrlə fikir tamamlamamalıdır”.

Eldəniz Əmirovun sözlərinə görə, əvvəlcə konkret suallara cavab verilməlidir:

“O hansı qidadır? O qidanı kim istehsal edir? Xaricdən idxal edilirsə, konkret hansı kanallarla ölkəyə gəlir? Onun idxal strukturu necədir? İstehlak səviyyəsi nə qədərdir və son illərdə artım və ya azalma tendensiyası necədir?

Əgər stressdirsə, stressin mənbəyi nədir? Əmək mühiti? Gəlir gözləntisi? Həkimə müraciət mədəniyyəti? Profilaktikanın olmaması?”

İqtisadçının fikrincə, ciddi analiz aparılsa, səbəblər iki mərhələdə müəyyənləşdirilə bilər:

“Birincisi, birbaşa risk faktorları, daha sonra həmin risk faktorlarını yaradan struktur səbəblər.

Bu gün Azərbaycan tibbi kifayət qədər inkişaf edib, diaqnostika səviyyəsi yüksəkdir. Bu göstəricinin səbəbləri əlbəttə ki, dəqiq aşkar oluna və bunun da ardından müvafiq tədbirlər görülə bilər. Amma hələ də bu mövzuda konkret, analitik, əsaslandırılmış və A-dan başlayıb Z-də bitən bir hesabat yoxdur.

Ona görə də məsələ ümumi ifadələrlə deyil, konkret və ardıcıl səbəb zəncirlərinə əsaslanan faktoloji araşdırmalarla izah edilməlidir. Yəni problemi doğuran bütün faktorlar elmi əsaslarla tam identifikasiya edilməli və ən sonda həmin zəncirin “kranı” bağlanmalıdır. Hər bir səbəb, hər bir boşluq, hər bir risk mənbəyi sistemli şəkildə aradan qaldırılmalıdır.

Bu, ölkə üçün strateji məsələdir. Ürək xəstəlikləri yalnız tibbi problem deyil. Bu bir iqtisadi itkidir. İşçi qüvvəsinin itirilməsi, ailə yükü, sosial təminat xərcləri və ən əsası bu insan həyatının itirilməsidir.

Və hər ürək dayananda, bir ailənin bütün arzuları, bütün planları, bütün gələcək xəyalları da həmin saniyədə sönür. Geridə qalanlar isə ömür boyu davam edən bir boşluqla yaşamalı olur”.

Lalə, BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 07 Noyabr 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri