Icma.az
close
up
RU
Diabet xəstələrinin ayaqlarındakı yaralar necə meydana gəlir? Həkim DANIŞIR

Diabet xəstələrinin ayaqlarındakı yaralar necə meydana gəlir? Həkim DANIŞIR

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Lent.az Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkim-infeksionisti Türkan Əhmədzadənin müsahibəsini təqdim edir:

- Türkan xanım, ilk öncə bilmək istərdik ki, diabetik ayaq infeksiyası nədir?

- Diabetik ayaq infeksiyası diabet xəstələrində ayaqlarda yaranan yaraların mikrobla çirklənməsi nəticəsində meydana gəlir. Sinir zədələnməsi (neyropatiya) və qan dövranı pozğunluğu diabet xəstələrinin ayaqlarında zədələnmələrin hiss etməsini çətinləşdirir. Nəticədə yaranan yaralar gec sağalır və infeksiyaya həssas olur. Diabetik ayaq infeksiyaları infeksionist, mikrobioloq, terapevt, endokrinoloq, ürək damar cərrahı, dermatoloq, ortopeddən ibarət heyət tərəfindən multidissiplinar olaraq izlənilməlidir. Müalicə olunmadığı zaman infeksiya irəliləyərək, toxuma itkisinə və s. səbəb ola bilər.

- Diabetik ayaq infeksiyaları hansı yaş qrupunda daha çox müşahidə olunur?

- Diabetik ayaq infeksiyaları əsasən 40 yaşdan yuxarı insanlarda və xüsusilə yaşlı xəstələrdə (60 yaşdan sonra) daha çox rast gəlinir. Uzunmüddətli diabet zamanla sinir və qan dövranı sisteminə təsir edərək, neyropatiya və qan dövranının zəifləməsinə səbəb olur.

Nəzarətsiz qlikemiya, yəni qan şəkərinin yüksək qalması immun sistemin zəifləməsinə və yaraların gec sağalmasına yol açır.

Digər yanaşı xəstəliklər, məsələn yaşlılarda hipertoniya, böyrək xəstəlikləri və damar problemləri də risk faktorlarını artırır. Bundan əlavə, uzunmüddətli siqaret istifadəsi və hərəkətsizlik qan dövranını pozaraq, ayaq infeksiyalarına zəmin yaradır.

Bununla belə, xüsusilə də, uşaqlıqdan və ya gənclikdən diabetlə yaşayan şəxslərdə və qanda şəkərin yaxşı idarə olunmadığı hallarda diabetin ağırlaşmaları gənc yaşlarda da görülə bilər. Profilaktika üçün düzgün ayaq baxımı və vaxtında tibbi müdaxilə çox önəmlidir.

- Doktor, diabetik ayaq infeksiyasının səbəbləri hansılardır?

- Neyropatiya ayaqlarda hissiyatın azalması və ya itməsinə səbəb olur. Nəticədə xəstə yaranı vaxtında hiss etmir.

Diabetik ayaq infeksiyasının qan dövranı pozğunluğu, yəni zədələnmiş damarlar toxumalara yetərli qan və oksigen çatdırmadığı hallarda yaraların gec sağalmasına yol açır. Eyni zamanda, immunitetin zəifləməsi ilə bağlı diabet xəstələrində orqanizmin infeksiya ilə mübarizəsi zəifləyir.

- Xəstəlik hansı əlamətlərlə təzahür edir?

- Diabetik ayaq infeksiyası zamanı ayaqda qızartı, şişkinlik və hərarət artımı, habelə yaraların dərinləşməsi və sağalmaması ilə özünü büruzə verə bilər.

İrəliləmiş hallarda isə hərarət və zəifliklə ortaya çıxması ehtimalı var.

- Diaqnoz nəyə əsasən qoyulur?

- İrinli axıntı ilə bərabər, ağrı, temperatur yüksəlməsi, qızartı, şişkinlik kimi iltihab əlamətlərindən ən azı ikisinin tapılması ilə klinik olaraq infeksiya diaqnozu qoyulur. Diaqnozu təsdiqləmək məqsədilə müayinə üçün yaranın təmizlənmə və sarğılanmandan sonra dərin toxumadan alınan biopsiya və ya materialın nümunəsi tövsiyə olunur. Hətta bu zaman prosesin sümüyə keçməsi ilə osteomielit yaranma ehtimali da nəzərə alınır. Osteomielitin diaqnostikasında isə ən dəyərli üsul Maqnit Rezonans Tomoqrafiyadır (MRT).

- Diabetik ayaq infeksiyalarının gedişatını ağırlaşdıran əsas yanaşı xəstəliklər və vəziyyətlər hansılardı?

- Periferik damar xəstəlikləri, diabetik neyropatiya, Hipertoniya (yüksək qan təzyiqi), xroniki böyrək xəstəliyi, ürək-damar xəstəlikləri, piylənmə kimi yanaşı xəstəliklər və vəziyyətlər iltihablı proseslərini sürətləndirir.

Bundan əlavə, tütünçəkmə, immunitet zəifliyi, anemiya, diabetik retinopatiya və görmə problemləri infeksiyanın ağırlaşmasına səbəb olur.

Bu xəstəliklərin idarə olunması diabetik ayaq infeksiyalarının qarşısını almaq və gedişatını yüngülləşdirməkdə mühüm rol oynayır.

- Müalicə taktikası necə seçilməlidir?

- Diabetik ayaq infeksiyalarının müalicəsi kompleks yanaşma tələb edir. Müalicənin məqsədi infeksiyanı aradan qaldırmaq, toxuma regenerasiyasını dəstəkləmək və yaranın sağalmasını sürətləndirməkdir.

Əsas müalicə üsullarına yaranın təmizlənmə və sarğılanması prosesi, qan şəkərinin nəzarəti (insulin terapiyası və ya digər antidiabetik dərmanlarla qan şəkəri normada saxlanılması) aiddir. Bundan əlavə, əsas risk faktorlarının idarəedilməsi (tütünçəkmədən imtina və qan təzyiqinin normallaşdırılması) vacibdir. Böyrək, ürək-damar və digər yanaşı xəstəliklərin idarə olunması sağalma prosesinə müsbət təsir edir. Eyni zamanda, abseslər və ya dərin infeksiyalar varsa, cərrahi müdaxilə tələb oluna bilər.

Erkən müdaxilə və düzgün müalicə ilə ağırlaşmaların qarşısını almaq mümkündür. Profilaktik tədbirlər isə infeksiyaların yaranmasını əhəmiyyətli dərəcədə azaldır.

- Hansı profilaktik tədbirlərlə bu xəstəliyin qarşısını almaq olar?

- İlk öncə hər gün ayaqlarınızı yoxlamaq və gigiyena qaydalarına riayət etmək tövsiyə olunur. Məqsədəuyğundur ki, hava keçirməsinə imkan verən rahat ayaqqabılar və ayaqları sıxmayan corabları seçilsin.

Bundan əlavə, diabet xəstələri qan şəkərini normal səviyyədə saxlamalıdırlar. Ayaqlarda hər hansı yara və ya dəyişikliyi vaxtında aşkarlamaq üçün zamanında həkimə müraciət etmək lazımdır.

Diabetik ayaq infeksiyalarının erkən diaqnozu və müalicəsi əzaların itirilməsinin və digər ağırlaşmaların qarşısını almaq üçün çox vacibdir.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://lent.az
archiveBu xəbər 20 Dekabr 2024 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see126

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see126

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri