Icma.az
close
up
RU
Dializ alan şəxslərin sayı açıqlandı

Dializ alan şəxslərin sayı açıqlandı

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2023-2025-ci illər ərzində 650.000-dən çox hemodializ seansı icra olunub.

Bu barədə “Yeni Sabah”a TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, xroniki böyrək xəstəliyindən əziyyət çəkən şəxslərə keyfiyyətli və təkmil tibbi xidmətin təşkili ilə bağlıdır. Bu məqsədlə TƏBİB tərəfindən 2023-cü ildə "Xroniki böyrək çatışmazlığından əziyyət çəkən şəxslərə tibbi xidmətlərin təşkili və təkmilləşdirilməsinə dair Komissiya" yaradılmışdır. Komissiya yarandığı gündən etibarən, bu sahədə fəaliyyətin düzgün koordinasiya edilməsi, mövcud çatışmazlıqların aradan qaldırılması və müasir dövrün tələbinə uyğun dializ xidmətinin verilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Hazırda komissiya hər həftənin ikinci günü TƏBİB tərəfindən müəyyən olunmuş tibb müəssisəsi - Kliniki Tibbi Mərkəzdə təşkil olunur.

Hemodializə ehtiyacı yaranan xəstələr, müvafiq həkim rəyləri əsasında, laborator və instrumental müayinə nəticələri ilə birlikdə Komissiyaya müraciət hüququ qazanır. Komissiya müraciətləri təhlil edərək, hemodializ proseduru təyin olunan xəstələrə, həmin dövr üçün yeni xəstə qəbul edə bilmək imkanı olan mərkəzlər arasından, xəstənin yaşayış ünvanına ən yaxın yerləşən hemodializ şöbələri ilkin seçim olaraq təklif olunur.

Qeyd edək ki, 2023-2025-ci illər ərzində xroniki böyrək çatışmazlığından əziyyət çəkən vətəndaşlar Komissiya tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq müvafiq tibb müəssisələrinə yönləndirilmiş və həmin dövr üzrə “Dövlət Proqramı” çərçivəsində təqribən 650.000-dən çox hemodializ seansı icra olunub.

Hazırda ölkə üzrə 4200-ə yaxın pasiyent dializ (hemodializ və peritoneal dializ) xidməti ilə təmin olunur.

“Xroniki böyrək çatışmazlığından əziyyət çəkən şəxslərə tibbi xidmətlərin təşkili və təkmilləşdirilməsinə dair Komissiya” nın əsas funksiyalarından biri də ölkə üzrə mövcud Hemodializ şöbələrinin fəaliyyətinə nəzarəti həyata keçirməkdir. Belə ki, bu şöbələrdə mütəmadi olaraq auditlər keçirilir, Dövlət Proqramı əsasında verilən tibbi sərfiyyat və dərman vasitələrinin səmərəli, düzgün, klinik müayinə nəticələrinə əsaslanaraq istifadə olunması üçün Hemodializ şöbələrinin qarşısında tələblər qoyulur.

Əlavə olaraq yeni hemodializ cihazlarının alınması, istehlak müddətini başa vurmuş cihazların yenisi ilə əvəzlənməsi, təmirə yararlı cihazların təmiri prosesi mütəmadi olaraq həyata keçirilir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 27 Noyabr 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri