Icma.az
close
up
RU
Diasporumuza qarşı diversiya ittihamı: Kreml sərhədi aşır

Diasporumuza qarşı diversiya ittihamı: Kreml sərhədi aşır

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya dövlət təbliğat maşını Azərbaycanı hədəfə alan yeni bir informasiya hücumu mərhələsinə keçib. Bu dəfə Moskva açıq şəkildə Azərbaycan diasporunu Ukrayna kəşfiyyatının hərbi-sabotaj əməliyyatlarına cəlb etməkdə ittiham edir.

Rusiyanın ultra-millətçi və Kreml nəzarətində olan “Tsargrad TV” kanalı vasitəsilə yayımlanan süjetlərdə iddia olunur ki, Ukraynanın “Pautina” (“Hörümçək toru”) adlı əməliyyatı – Rusiya ərazisində yerləşən strateji bombardmançı təyyarə bazalarına qarşı həyata keçirilmiş diversiya – guya Azərbaycan diasporunun köməyi və maliyyə dəstəyi ilə baş tutub.

Bu iddialar ilk baxışdan absurddur, lakin məqsəd aydındır: Rusiyada yaşayan milyonlarla azərbaycanlını, xüsusilə ictimai fəallıq göstərən diaspora liderlərini ləkələmək, hədəfə qoymaq və hüquqi və ya fiziki təzyiqlərlə üz-üzə buraxmaq. Daha əvvəl də Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı aktivistləri saxlayıb, evlərində axtarışlar aparıb, bəzi hallarda isə hətta qətllər baş verib. Yekaterinburq hadisələri hələ də yaddaşlardadır. Eləcə də bir neçə gün öncə Moskva vilayətində Azərbaycan diasporunun rəhbərlərindən biri olmuş Elşən İbrahimovun deportasiyası bu qəbildəndir.

Lakin ilk dəfədir ki, Kreml təbliğatçıları bu qədər irəli gedərək Azərbaycanı birbaşa Ukrayna kəşfiyyat əməliyyatına ortaq kimi təqdim edirlər.

Akif Nağı: "Rusiya Azərbaycana qarşı aqressiv münasibət sərgiləməyi vərdiş halına salıb"

Azad Vətən Partiyasının sədri Akif Nağı Musavat.com-a açıqlamasında bildirib ki, Rusiyanın bu davranışlarının bir neçə səbəbi var:

“Ən əsas səbəb Rusiyanın regionda təsir imkanlarının azalması və Zəngəzur dəhlizi ilə bağlı danışıqlardan kənarda qalmasıdır. Hətta Rusiyanın Ermənistandakı təsir imkanları da xeyli məhdudlaşıb. Rusiya Azərbaycanda illər əvvəlki nüfuzunu bərpa etməyə çalışır, lakin dövlətimiz buna müqavimət göstərir. Buna görə də Rusiyada ölkəmiz əleyhinə süjetlər hazırlanır, təbliğat aparılır”.

Akif Nağının sözlərinə görə, Rusiyada Azərbaycan haqqında süni təəssürat yaradılaraq, guya ölkənin çökməkdə olduğu və yalnız Rusiyanın onu "xilas edə biləcəyi" iddia olunur. İdxal statistikası manipulyasiya edilərək təqdim edilir, azərbaycanlıların çalışdığı bazarların bağlanacağı ilə bağlı hədələr səsləndirilir, diaspor nümayəndələri kriminal əlaqələrdə ittiham edilir.

"Azərbaycan diasporasının Ukrayna kəşfiyyatı ilə əlaqəsi iddiası əsassızdır"

Partiya sədri Azərbaycan diasporasının Ukrayna kəşfiyyatı ilə iş birliyində ittiham edilməsini tamamilə əsassız sayır:

“Minlərlə azərbaycanlı Rusiya ordusunda xidmət edir və bir çoxu müharibədə həlak olub. Belə ittihamlarla onların ruhu təhqir olunur. Azərbaycan diasporası heç vaxt Ukrayna kəşfiyyatı ilə ittifaq qurmaz”.

O əlavə edib ki, Rusiyadakı diaspora təşkilatları ilə sıx əlaqələri var və son olaylar, xüsusilə Elşən İbrahimovun deportasiyası bu təzyiqlərin bariz nümunəsidir:

“Elşən İbrahimov Moskva ətrafındakı diaspora təşkilatlarının lideri idi. Onun vətəndaşlığını əlindən alıb, deportasiya etdilər. Onunla şəxsən görüşdüm, hələ də nə baş verdiyini bilmir. Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski də çox nüfuzlu şəxsdir, Rusiyada xeyriyyə işləri ilə məşğuldur və heç vaxt qanun pozuntusuna yol verməyib”.

Akif Nağı bildirib ki, Rusiyanın məqsədi Azərbaycana siyasi təzyiqlər göstərməkdir:

“Ötən gün dövlət başçısı İlham Əliyev də Xankəndidə keçirilən forumda çıxışı zamanı bildirdi ki, təyyarənin vurulması ilə bağlı Rusiya cavab verməlidir. Azərbaycanın Rusiyadan asılılığı yoxdur, istəyərsə, başqa iqtisadi bazarlar da tapar. Çinlə, Avropa ilə əlaqələrimiz mövcuddur. Azərbaycan hələ ki səbirli davranır. Görək, daha nə qədər sarsaqlayacaqlar”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:50
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 20 İyul 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see269

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see160

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see158

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see155

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see154

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see148

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see148

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri