Dieqo Maradona barədə cizgi serialı çəkiləcək
Icma.az bildirir, Moderator.az portalına istinadən.
Argentinalı əfsanəvi futbolçu Dieqo Maradona haqqında animasiya serialı çəkiləcək.
Moderator.az "Variety"ə istinadən xəbər verir ki, çəkiliş hüququnu Hindistan şirkəti "Reliance Animation" əldə edib.
"Reliance Entertainment"in bir bölməsi olan şirkət Maradonanın erkən yaşlarından şöhrətə gedən yolunu əks etdirəcək.
"Dieqo Maradonanın qeyri-adi hekayəsini animasiya vasitəsilə yeni nəslə çatdırmaqdan məmnunuq. Onun dözümlülüyü, futbol ehtirası və nailiyyətləri dünyanın hər yerindəki tamaşaçılara ilham verəcək", - deyə "Reliance Entertainment"in baş direktoru Şibaşiş Sarkar bildirib.
Xatırladaq ki, Dieqo Maradona 25 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib.
Bu mövzuda digər xəbərlər:“Qarabağ” “Dieqo Armando Maradona” stadionunda FOTO
24 Noyabr 2025 22:58
İdman tarixində bu gün: Dieqo Maradona 37 yaşında karyerasını bitirib
30 Oktyabr 2026 11:47
Prison Break serialı yenidən çəkiləcək
05 İyun 2025 17:42
Məşhur Avlu serialı yenidən çəkiləcək
20 Oktyabr 2025 10:44
Baxış sayı:101
Bu xəbər 26 Noyabr 2025 09:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















