Icma.az
close
up
RU
Dietoloq adı altında profillər yaradırlar, guya həkimdirlər Ləman Süleymanova

Dietoloq adı altında profillər yaradırlar, guya həkimdirlər Ləman Süleymanova

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Cəmiyyət arasında belə bir fikir formalaşıb ki, insanlar artıq çəkili olduqları zaman gözəl olmurlar. Odur ki, çəki kompleksi yaşayanlar bundan qurtulmaq üçün yollar axtarırlar.

Qeyd edək ki, sosial şəbəkələrdə artıq çəkidən qurtulmaq üçün dərman vasitələri reklam olunur. Bu növ dərman vasitələri ilə arıqlamaq mümkündürmü?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında həkim-dietoloq Ləman Süleymanova bildirib ki, müasir cəmiyyətimizin ən qlobal problemlərindən biri də piylənmədir. Onun sözlərinə görə, piylənmənin səbəbləri müxtəlifdir:

"Bəzən olur ki, artıq çəkili insanlar uzun müddət çəki yığırlar və birdən qəflət yuxusundan ayılırlar, - buna psixoloji oyanıqlıq deyilir, - sonra isə tez bir zamanda və daha rahat şəkildə artıq çəkidən qurtulmaq istəyirlər. Çox təəssüflər olsun ki, sosial şəbəkələrdə həkim olmadan, asudə vaxtlarını əyləncəli keçirmək məqsədilə dietoloq adı altında profillər yaradırlar, guya həkimdirlər. İnsanları öz uydurduqları yalançı diet marafonlarına cəlb edirlər. Pasiyent artıq çəkidən əziyyət çəkirsə, birinci onunla psixoloji söhbət aparılmalı, piylənmənin səbəbləri araşdırılmalı, müxtəlif analizlər olunmalıdır və sonra pasiyentə individual fərdi müalicə təyin edilməlidir”.

Ləman Süleymanova onu da qeyd etdi ki, arıqladıcı kokteyllər, eləcə də digər arıqladıcı dərman vasitələri xərçəng hüceyrələrini aktivləşdirir:

"Hətta illər öncə televiziya kanallarında çıxışım zamanı studiyaya zəng gəldi, xanım qoşulub müraciət edəcəyini bildirdi. Bir neçə müddətdən sonra zəng edib dedi ki, övladımı yanınıza gətirmək istəyirəm. Sosial şəbəkədə arıqladıcı kokteyl məsləhət görüblər və uşaq istifadə etdikdən sonra immuniteti düşüb, ağır vəziyyətdə idi. Övladı 2 il şok vəziyyətində qalıb, sonra isə rəhmətə gedib. Səbəbi isə arıqladıcı kokteyllər və dərmanlardır.

Dietoloq bildirdi ki, sağlam yolla arıqlamaq üçün pasiyent həkimə müraciət etməlidir.

"Sonra onunla psixoloji söhbətlər aparılmalıdır, çünki stress halları varmı, bunu bilmək lazımdır. Ümumi analiz toplanılmalıdır və ehtiyac olarsa, qan analizi və USM müayinəsi olunduqdan sonra pasiyentə fərdi proqram tərtib olunur. Müxtəlif arıqladıcı kokteyllər, arıqladıcı dərman vasitələri piy kütləsini şar kimi boşaldır və iki qat artırır və insanlar yenidən kökəlir”, - deyə həmsöhbətimiz vurğuladı.

BƏNÖVŞƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Yanvar 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri