Icma.az
close
up
RU
Heç bir yalançı pəhriz ilə insan arıqlamır Ləman Süleymanova

Heç bir yalançı pəhriz ilə insan arıqlamır Ləman Süleymanova

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Son dövrlərdə geniş müzakirə olunan mövzulardan biri də aralıqlı oruc metodudur. Bu yanaşma insanın günün müəyyən saatlarında yeməkdən uzaq durması, yalnız məhdud zaman aralığında qidalanması prinsipinə əsaslanır.

Bəs bu metod sağlamlıq üçün nə qədər uyğundur?

Mövzu ilə bağlı Redaktor.az-a danışan dietoloq Ləman Süleymanova bildirdi ki, hər bir insanın ətrafa baxışı və psixoloji vəziyyəti fərqlidir.

Onun sözlərinə görə, dietologiya elmi dedikdə hər bir nəfər öncə pəhriz sözünü duymaq istəyir:

"Çox təəssüflər olsun ki, müəyyən işbazlar, həkimlik savadı olmayanlar yalandan dietoloq adı altında fəaliyyət göstərirlər. Ucuz marafonlar təşkil edir, standart pəhrizləri insanlara yazırlar. Arıqlama üçün yanaşma tərzi tamam fərqlidir.

Mən dietologiya elmini Azərbaycanda inkişaf etdirən həkim olaraq qeyd etmək istəyirəm ki, dietologiya dedikdə pəhriz anlayışının başa düşülməsi düzgün deyil. Pəhrizlər müxtəlif olur. Aralıqlı oruc müəyyən qədər insanların diqqətini cəlb edir".

Dietoloq qeyd etdi ki, aralıqlı oruc metodu yalnışdır.

"Ümumiyyətlə, mütəxəssis kimi qeyd etmək istəyirəm ki, heç bir yalançı pəhrizlə insan arıqlamır. Yalnız və yalnız bədəndən müəyyən su kütləsi xaric olunur. Ondan sonra bütün su balansında problem yaranır. Yalandan 2 kilo arıqlayır, daha sonra 10 kilo çəki alırlar. Yalançı pəhriz nədir? Yağ yemə, duz yemə… Bunlar insan orqanizmi üçün böyük təhlükədir. Aralıqlı oruc, yəni insanlar 16 saat oruc tuturlar, digər 8 saatı isə qida balansını məhdudlaşdırırlar. 8 saat ərzində qidalanırlar. Bu tamam yanlış bir metoddur. Ümumiyyətlə, mədə-bağırsağa ciddi zərər verən üsuldur. İnsanlar 16 saat oruc tutub sonra yemək yeyirlər. Bu, aclıq hormonuna təsir göstərir. Mədəaltı vəzi üçün bu təhlükədir. Qaraciyər üçün ağır prosesdir. Qaraciyərdə yağlanma başlayır", - deyə o vurğuladı.

Ləman Süleymanovanın sözlərinə görə, arterial təzyiqi yüksək olan və şəkər xəstəsi olanlar 16 saat oruc tutub 8 saat qidalanarsa, bu, şəkərin artımı, paralel zamanda təzyiqin artması ilə müşahidə oluna bilər:

"Bunu araşdırmışıq ki, aralıqlı orucda insanların çoxusunda təzyiq və şəkərin artması böyük risk, təhlükədir. Mədə yalandan istirahət etməyə başlayır. Qalan 8 saatda qidalanır. İnsan bu formada qidalana bilməz. Belə olduqda orqanizmdən bütün faydalı yağlar xaric olunur. Nəticədə immunitet zəifləyir.

Xüsusilə avqust, sentyabr, oktyabr aylarında oruc tutmaq immuniteti aşağı salır. Ətraf mühitin infeksiyalarına qarşı orqanizmin qorunmasına təsir göstərir. Saç tökülmələri, dırnaq çürümələri ən yüngül hallardır".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 İyul 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see356

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see325

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see316

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see316

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see301

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see287

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see283

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see266

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see257

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see248

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see247

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see238

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see228

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see221

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see211

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see192

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see191

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see183

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri