Icma.az
close
up
RU
Digər səbəb isə özəl universitetlərin yüksək təhsil haqqıdır MÜNASİBƏT BİLDİRİLDİ

Digər səbəb isə özəl universitetlərin yüksək təhsil haqqıdır MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"İlk növbədə qeyd edim ki, Azərbaycanda valideynlərin böyük əksəriyyəti övladlarını özəl universitetlərdə oxutmaq fikrindən çəkindirir. Bunun bir neçə əsas səbəbi var: özəl universitetlərin cəmiyyət arasında etibarının aşağı olması, yüksək təhsil haqqı və məzunlarının əmək bazarında çətinlik çəkməsi". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, cəmiyyətin böyük bir hissəsi hələ də hesab edir ki, keyfiyyətli ali təhsil yalnız dövlət universitetlərində mümkündür: "Azərbaycanda özəl universitetlərə qarşı yaranmış neqativ münasibət əsasən onların keçmişdəki fəaliyyətindən qaynaqlanır. 1990-cı illərdə bir çox özəl universitetlər açılmış, lakin onların bir qismi keyfiyyətsiz təhsil verməsi səbəbindən bağlanmışdı. Bəzi valideynlər hələ də özəl universitetləri həmin dövrdəki imici ilə müqayisə edərək övladlarını orada oxutmaqdan çəkinirlər. Halbuki hazırda fəaliyyət göstərən bəzi özəl universitetlər beynəlxalq standartlara uyğun təhsil versə də, cəmiyyətin düşüncəsində bu yanaşma hələ tam dəyişməyib.

Digər əsas səbəb isə özəl universitetlərin yüksək təhsil haqqıdır. Azərbaycanda bəzi özəl universitetlərdə illik təhsil haqqı 3000-5000 manat arasında dəyişir. Bu, orta statistik azərbaycanlı ailəsi üçün ciddi bir maliyyə yüküdür. Xüsusilə, bir ailədə bir neçə övlad varsa, valideynlər onları dövlət universitetlərinə yönəltməyə çalışır, çünki orada təhsil ya pulsuzdur, ya da nisbətən ucuz başa gəlir. Bəzi valideynlər düşünür ki, əgər övladı dövlət universitetinə daxil ola bilməyibsə, xaricdə təhsil almaq üçün yollar axtarmaq daha məqsədəuyğundur.

Özəl universitetlərdə təhsil alan məzunların iş tapmaq problemi də valideynlərin narahat olduğu əsas məsələlərdəndir. Əmək bazarında bəzi işəgötürənlər dövlət universitetlərinin məzunlarına daha çox üstünlük verir. Bu da ona gətirib çıxarır ki, valideynlər özəl universitetlərə külli miqdarda pul xərclədikdən sonra övladlarının iş tapmaqda çətinlik çəkəcəyindən qorxurlar. Bəzi özəl universitetlərin diplomları cəmiyyətdə kifayət qədər tanınmadığı üçün məzunlar işə düzəlməkdə əlavə maneələrlə qarşılaşır.

Bununla yanaşı, valideynlər özəl universitetlərdə təhsilin keyfiyyətindən tam əmin olmadıqları üçün övladlarını oraya göndərməkdən çəkinirlər. Bəzi özəl universitetlərdə dərs keyfiyyəti aşağı səviyyədə olduğu üçün valideynlər düşünür ki, “universitet diplomu alsa da, iş həyatında uğurlu olmayacaqsa, bu təhsilə ehtiyac yoxdur”. Xüsusilə, praktiki bilik və bacarıqlar tələb edən sahələrdə özəl universitetlərin məzunlarının dövlət universitetləri ilə rəqabət apara bilməməsi valideynləri bu fikirdən çəkindirən əsas amillərdən biridir.

Bəzi valideynlər isə özəl universitetlərin qəbul prosesinin asan olmasını problem kimi görürlər. Onların düşüncəsinə görə, “asan daxil olunan universitetin məzunu yaxşı mütəxəssis ola bilməz”. Halbuki, bu, tam doğru yanaşma deyil. Çünki dünyanın bir çox inkişaf etmiş ölkələrində ali təhsilə qəbul prosesi daha açıq və geniş imkanlar yaradan sistemə malikdir. Amma Azərbaycan cəmiyyətində hələ də ali təhsilin çətin əldə olunan bir dəyər olması fikri kök salıb. Bu səbəbdən də valideynlər “asan qəbul olunan universitetin diplomu da dəyərsizdir” düşüncəsi ilə övladlarını özəl universitetlərdən uzaq tutmağa çalışırlar".

"Digər bir faktor isə mühit və sosial çevrə məsələsidir. Dövlət universitetlərində daha çox müxtəlif sosial təbəqələrdən gələn tələbələr təhsil aldığı halda, özəl universitetlərdə əsasən daha imkanı olan ailələrin övladları oxuyur. Bəzi valideynlər düşünür ki, övladları özəl universitetdə daha məhdud çevrədə olacaq və bu, onların gələcək sosial imkanlarına mənfi təsir edə bilər.

Bütün bu faktorlar valideynlərin özəl universitetlərə qarşı skeptik münasibət formalaşdırmasına səbəb olur. Halbuki, bu, təkcə universitetlərin problemi deyil, həm də ölkədə ali təhsilin və əmək bazarının quruluşu ilə bağlı fundamental məsələlərdən qaynaqlanır. Əgər özəl universitetlər cəmiyyətin etimadını qazanmaq istəyirsə, onlar şəffaf qəbul qaydaları, yüksək keyfiyyətli təhsil proqramları və məzunlarının iş bazarına inteqrasiyası üçün real addımlar atmalıdır. Eyni zamanda, dövlət bu universitetlərin təhsil keyfiyyətini tənzimləməli və onlara olan inamı artırmalıdır. Əks halda, valideynlər özəl universitetlərə qarşı olan indiki skeptik yanaşmanı davam etdirəcək və minlərlə gənc dövlət universitetlərinə daxil ola bilmədikdə ya təhsildən uzaq qalacaq, ya da xaricə üz tutmaq məcburiyyətində olacaq" - deyə o, əlavə edib.

Günel Əliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 Mart 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri