Icma.az
close
up
RU
Kolleclər ali təhsil müəssisələrinə birləşdirilməlidir MÜNASİBƏT BİLDİRİLDİ

Kolleclər ali təhsil müəssisələrinə birləşdirilməlidir MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Yüksək texniki peşə təhsilini bitirən şəxslər kollecləri bitirən subbakalavrlara bərabər tutulur". Bu sözləri SİA-ya danışan təhsil eksperti Elşən Qafarov deyib.

O bildirib ki, onların burada topladığı kreditlər, yəni diplom ilə eyni ixtisas üzrə ali məktəblərə birbaşa qəbul oluna bilirlər: "Bundan əlavə də ümumi orta təhsil bazasından, yəni 9 illikdən peşə təhsili müəssisələrinə gedənlər peşə ixtisasları ilə yanaşı onlara tam orta təhsildə olan fənlər də tədris olunur ki, sonda tam orta təhsil haqqında attestat əldə edirlər. Həmin attestatla da ali məktəblərə sənəd verirlər. Peşə təhsilini bitirənlər əgər 9 illik bazadan gediblərsə, burada attestat alırlar, tam orta təhsil haqqında attestatla ali məktəbə sənəd verə bilirlər. Yüksək texniki peşə təhsilini bitirənlər isə oxuduqları müddətdə topladıqları kreditlər əsasında ali təhsil müəssisələrində eyni ixtisasla birbaşa daxil ola bilirlər.

Peşə təhsili, kollec təhsili, ali məktəbin hərəsinin statusuna görə öz vəzifələri var. Peşə təhsili üç səviyyədən ibarətdir. İlk peşə, texniki peşə, yüksək texniki peşə səviyyəsidir. İlk peşə səviyyəsini bitirənlər işçi kadrlardır. Texniki peşə səviyyəsini bitirənlər isə usta statusu alırlar. Yüksək texniki peşə təhsili isə artıq subbakalavr dərəcəli kadr hazırlığı keçirir. O cümlədən kollec dediyimiz orta ixtisas təhsili müəssisələri də subbakalavr təhsili verir. Ali təhsil müəssisələri bakalavriatda yüksək ixtisaslı kadr hazırlayır. Magistraturada elmi-pedaqoji, doktoranturada elmi kadr hazırlığı həyata keçirilir".

Onun sözlərinə görə, təhsilin hər pilləsinin və hər səviyyəsinin öz statusu, öz vəzifələri var: "Təbii ki, dünyada təhsil sistemində peşə təhsili müəssisələri, bir də ali təhsil müəssisələri var. Kolleclər, yəni orta ixtisas ayrıca pillə deyil. Ali təhsil bizdə üç səviyyədən ibarətdir: bakalavriat, magistratura, doktorantura. Amma xaricdə isə ali təhsil dörd səviyyədən ibarətdir: subbakalavr, bakalavr, magistratura, doktorantura. Kolleclər ümumilikdə ali təhsil müəssisələrinə birləşdirilməlidir. Ali təhsilin bir səviyyəsi olmalıdır, ayrıca təhsil müəssisəsi statusunda olmamalıdır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Fevral 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see357

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see350

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see342

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see342

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see339

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see336

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

12 Sentyabr 2026 20:27see314

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

12 Sentyabr 2026 19:28see301

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see290

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see260

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see260

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see253

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see247

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see227

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see225

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see225

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see218

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see216

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see206

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri