Icma.az
close
up
RU
“DİL ÖZBAŞINALIĞI0”... Azərbaycanda işə qəbul elanları rus dilində verilməlidirmi?

“DİL ÖZBAŞINALIĞI0”... Azərbaycanda işə qəbul elanları rus dilində verilməlidirmi?

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

“Askona” şirkəti rus dilini “əla bilmək” şərtini qoyur, amma...

Azərbaycanda müxtəlif reklam və elanların əcnəbi dillərdə verilməsi adi hal alıb. Təəssüf ki, qanunvericilikdə buna birbaşa qadağa qoyulmayıb. Bundan istifadə edən bir çox şirkətlər hətta işə qəbul elanlarını belə xarici dildə verirlər. Hansı ki, məntiqlə işə qəbul üçün azərbaycanlılara müraciət olunursa, elan da Azərbaycan dilində verilməlidir...

Bununla yanaşı, Azərbaycan Respublikasının "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanununun 7-ci maddəsinə əsasən, reklamlarda və elanlarda (o cümlədən iş elanları bu kateqoriyaya daxil edilə bilər, çünki onlar ictimai elanlardır) dövlət dili (Azərbaycan dili) mütləq istifadə olunmalıdır. Elanlarda Azərbaycan dili əsas olmalıdır, xarici dil əlavə olaraq istifadə edilə bilər. Xarici dil hissəsi Azərbaycan dili hissəsindən kiçik ölçüdə olmalı və ondan sonra yerləşdirilməlidir.

Məsələn, mətbuatda son günlər Azərbaycanda mebel satan Rusiya kapitallı “Askona” şirkətinin işə qəbul elanına rast gəlinir. Elan rus dilində verilir. Media orqanlarımz da həvəslə həmin elanı yayımlayırlar(təki pul gəlsin...). Lakin zəhmət çəkib elanın heç olmasa, rus dili ilə yanaşı, həm də Azərbaycan dilindəki variantını vermək istəmirlər. Bununla da sözügedən şirkət kimi, mediamız da dilimizə qarşı hörmətsizlik etmiş olur... Üstəlik, şirkətin elanında deyilir ki, işə qəbul olunmaq istəyən şəxs “rus dilini əla bilməlidir”. Məsələnin hüquqi tərəfini bir yana qoyaq, məsələn, Rusiyada hansısa Azərbaycan şirkəti işə qəbul üçün bu cür elan verə və işə düzəlmək istəyən ruslardan “Azərbaycan dilini əla bilməsini” tələb edə bilərmi?

Ümumiyyətlə, ölkəmizdə biznes strukturlarından bəzi dövlət orqanlarına qədər Azərbaycan dilinin istifadəsi məsələsi bərbad vəziyyətdədir. Araşdırsanız, əksər iri şirkətlərdə çox vaxt daxili yazışmalar rus, ya da ingilis dilində aparılır. Bir çox nazirliklərdə də eyni hala rast gələ bilərsiniz. Əksər dövlət qurumları və nazirliklərdə, xüsusilə yüksək vəzifəlilər arasında rus dili hələ də Azərbaycan dlindən qat-qat daha çox istifadə olunur. Küçə reklamlarında, ticarət, iaşə obyektlərinin üzərində dilimizin istifadə səviyyəsindənsə ümumiyyətlə danışmağa dəymir. Bir sözlə, əsl “dil özbaşınalığıdır”...

Bir daha qeyd edək ki, işə qəbul elanlarının əcnəbi dildə verilməsinə və əcnəbi dili “əla bilmək” tələbinə qanunvericilik birmənalı qadağa qoymur və əsas məsələlərdən biri də budur. Bu məsələyə Milli Məclis səviyyəsində baxılmasına və qanunvericiliyə müvafiq dəyişiklik edilməsinə ehtiyac var. Əlbəttə, hansısa spesfik sahədə işə qəbul üçün xarici dil tələbinin qoyulması anlaşılandır. Ancaq hansısa mebel satan rus şirkətinin belə gəlib Azərbaycan bazarında mal satmaq üçün “rus dilini əla bilmək” tələbini qoyması absurddur. Belədirsə, sabah Azərbaycanda İran malı satan şirkət azərbaycanlılardan fars, fransız malı satan fransız və s. dili tələb etməlidir?

Bu məsələyə qanunla düzən verilməyincə və ümumiyyətlə dil haqqında mövcud qanunvericiliyimizə məhəl belə qoyulmayınca, bu cür absurd və dilimizə qarşı hörmətsiz münasibət də davam edəcək...

C.Məmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 Dekabr 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see569

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see302

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see292

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see286

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see280

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see280

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see273

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see252

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see247

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see240

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see239

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see231

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see226

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see226

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see226

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see221

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see220

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see219

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see218

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri