Zelenski: Rusiya Ukraynaya növbəti kütləvi zərbə endirməyə hazırlaşıb
Icma.az, Moderator.az saytına istinadən bildirir.
Rusiya qoşunları artıq Ukrayna ərazisinə yeni kütləvi zərbə endirməyə hazırlaşıb.
Moderator.az-ın "RBK-Ukrayna"ya istinadən verdiyi məlumata görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.
"Bu günlərdə daha da diqqətli olmaq lazımdır. Rusiya kütləvi zərbəyə hazırlaşıb və onu endirmək üçün anı gözləyir. Xahiş edirəm, bütün hava həyəcan siqnallarına diqqət yetirin. Hər bir vilayətdə insanlara dəstək vermək və operativ reaksiya göstərmək üçün tam hazırlıq olmalıdır", – deyə o vurğulayıb.
Zelenski hələ yanvarın 16-da Rusiyanın Ukraynaya yeni kütləvi zərbələrə hazırlaşdığını bəyan etmişdi. Onun sözlərinə görə, bu barədə məlumatı Ukrayna kəşfiyyatı əldə edib. Yanvarın 18-də isə dövlət başçısı tərəfdaşlara müraciət edərək, Ukraynanın daha çox müdafiəyə ehtiyacı olduğunu bildirib. Əsasən bu, hava hücumundan müdafiə sistemləri üçün yeni raketlərə aiddir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 19 Yanvar 2026 23:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















