Icma.az
close
up
RU
Dilə dövlət qayğısı gənc nəslin ana dilinə sevgisini və hörmətini gücləndirir

Dilə dövlət qayğısı gənc nəslin ana dilinə sevgisini və hörmətini gücləndirir

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Azərbaycan dili türk mənşəli ümumxalq canlı danışıq dili zəminində əmələ gəlib şifahi ədəbi dilə çevirilənədək mürəkkəb inkişaf yolu keçmişdir. Azərbaycan dilinin dövlət dili kimi işlənməsi tarixi ilk dəfə S.İ.Xətainin ictimai-siyasi fəaliyyəti ilə bağlı olmuşdur. Tarixdən bildiyimiz kimi, Səfəvi dövlətinin iqtisadi əsasını Azərbaycan vilayətləri, etnik çoxluğunu isə Azərbaycan türkləri təşkil edirlər. Onlar dövlətin siyasi həyatında rəhbər rol oynayırdılar. Danılmaz faktdır ki, Respublikamız yalnız dövlət müstəqilliyi əldə etdikdən sonra ana dilimiz həqiqi mənada, əməli şəkildə dövlət dili hüququnu qazandı. Hər bir dilin dövlətçilik əlamətlərindən biri dövlətin siyasətini, mədəni fəaliyyətini cəmiyyətə çatdırmaqdır.

YUNESKO-nun təşəbbüsü ilə 2000-ci ilin 21 fevralından etibarən hər il “Beynəlxalq ana dili günü” qeyd edilir. Ümummilli lider Heydər Əliyev “Hər bir xalqın milli mənsubiyyəti, onun qurur mənbəyidir...” deməklə öz milli mənsubiyyətinə görə azərbaycanlı olması ilə fəxr etdiyini qeyd edir. Heydər Əliyev Azərbaycalı olduna fəxr etdiyini ifadə etməklə mənsub olduğu xalqın, dövlətin ən ali atributlarını daha da yüksəklərə qaldırır. Ana dilinə dərin rəğbətini, ehtiramını bildirən böyük öndər bu dilin saflığı uğrunda daim mübarizə aparmışdır. O, ana dilinin mənşəyinin, tarixi inkişafının, bugünkü funksional xüsusiyyətlərinin araşdırılması işinə həmişə diqqət vermişdir.

1 Avqust “Ana dili” günü kimi 2001-ci ildən etibarən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə qeyd olunur və Azərbaycan dilinin dövlət dili kimi qorunması, inkişaf etdirilməsi və təbliği məqsədi daşıyır. Ulu Öndər Heydər Əliyev 2001-ci ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbuluna təşəbbüs göstərdi. 2001-ci ildə “Azərbaycan dilinin elektron məkanda geniş istifadəsi ilə bağlı tədbirlər haqqında” fərman imzaladı.

Ana Dili Gününün rəsmi olaraq qeyd edilməsi həm də Azərbaycan dilinin zənginliyini və gözəlliyini təcəssüm etdirməklə gənc nəslin ana dilinə sevgisini və hörmətini gücləndirir. Bu həm də dilimizi təbliğ etmək və onun düzgün istifadə olunmasına diqqət çəkmək üçün mühüm fürsət idi. Lakin bundan da ön tarixlərdə Azərbaycan dilinə dövlət qayğısı vardır. 21 aprel 1978‑ci il tarixli qəbul edilmiş Konstitusiyanın VII sessiyasında dövlət dili olaraq Azərbaycan dilindən istifadə edilməsinin təşəbbüsçüsü də məhz ulu öndər Heydər Əliyev olmuşdu. Daha sonra Milli Məclisdə 1992‑ci ildə qəbul edilmiş "Dövlət dili" haqqında qanunla Azərbaycan dilinin statusu müəyyənləşdi. Heydər Əliyev bu qanunda hüquqi boşluqları və tarixi aspektləri əsas götürərək məsələni gündəmə gətirmişdi.

2001‑ci il 18 iyunda “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalanmış və Dövlət Dil Komissiyası yaradılmışdı. Bu sənəd dövlət dilinin tətbiq sahəsini genişləndirmək üçün ən önəmli atılmış strateji addım idi. 2001‑ci il 9 avqust ayında isə verilmiş fərmanla Azərbaycan əlifbası və Azərbaycan dili günü təsis edilmişdir. Hər il avqustun 1‑i xüsusi gün kimi qeyd edilməsi latın qrafikalı əlifbanın tam tətbiqinə dəstək olmuşdu. 2002‑ci ildə “Dövlət dili haqqında” qanun qəbul edilməsi Azərbaycan dilinin inkişafı, qorunması və dilçilik sahəsinə dövlət dəstəyinin vacibliyi rəsmən təsbit edilmişdir.

Ümumilli Lider Heydər Əliyevin dilə dair düşüncələri yalnız fərman və qanunlarla məhdudlaşmır. Onun nitqlərində dili müstəqilliyimizin simvolu və milli ruhun ifadəsi kimi təqdim etmişdir. O “Biz Azərbaycan dilinin inkişafı üçün qərar verdik... Latın qrafikasına keçdik... Bu bizim milli özünəməxsusluğumuzun sübutudur” deməklə Ana dilinə olan sevgisini bir daha nümayiş etdirmişdir. Heydər Əliyev Azərbaycan dilini milli kimliyin, dövlətçiliyin və mədəniyyətin əsas sütunu kimi görmüşdür. Ulu Öndər Heydər Əliyev hər şeyi özündən örnək olaraq başlayırdı. Təmiz Azərbaycan dilində danışırdı. Baxmayaraq ki, uzun müddət işi lə bağlı xarici ölkədə yaşamışdı. Dilin saflığını qoruyub saxlamağa müvəffəq olmuşdur. Heç bir çıxışında Ulu Öndər yad sözlərdən istifadə etmirdi. Azərbaycan dili bizim milli sərvətimizdir. Deyən Ulu Öndər “Hər bir azərbaycanlı bu dili qorumalı və inkişaf etdirməlidir” deməklə xalqımızı dilin qorunmasında daha məsuliyyətli olmağa çağırırdı. “Dilimiz bizim milli varlığımızın”, “Biz bu dili yaşatmalı, onun saflığını, gözəlliyini qoruyub saxlamalıyıq”, “Müstəqil Azərbaycanın dövlət dili yalnız Azərbaycan dilidir və bu, əbədi olacaqdır”, “Dilin saflığına, zənginliyinə fikir vermək, onu təhriflərdən qorumaq hər bir vətəndaşın borcudur”, “Ana dilini bilmək, sevmək hər bir azərbaycanlının borcudur. Ana dili xalqın mənəviyyatının əsasını təşkil edir” kimi fikirləri həm düşüdürücü, həm də məsuliyyətli idi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan dilinə dair fikirlərində ana dilinə dərin hörmətlə yanaşması, onun qorunmasının və inkişafının vacibliyini, milli-mənəvi dəyərlərini dəfələrlə vurğulamışdır. "Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir" deyərək dilə olan dəyəri ifadə edir. O bildirib ki, müstəqillik dövründə Azərbaycan dili dövlət dili statusu almış və bu, Ulu Öndər Heydər Əliyevin dil siyasətinin davamıdır. “Azərbaycan dili zəngin leksik imkanlara, səlis səslənməyə və qrammatik sabitliyə malikdir, və "xarici sözlərə ehtiyac yoxdur" deməklə Prezident İlham Əliyev dilimizdə müasir dövrdə daha çox işlənən yad sözlərə gərək olmadığını söyləmiş olur.

Prezident İlham Əliyev rəsmi çıxışlarında dillərarası zənginlikdən bəhs edərək gənclərə öz tövsiyyəsini verir: "Mən arzu edirəm ki, Azərbaycan gənci Şekspiri ingilis dilində oxusun... Nəsimini Azərbaycan dilində oxusun". Bir neçə dil bilməsinə baxmayaraq İlham Əliyev daim doğma ana dilində danışmağa üstünlük verib. Bunun ən bariz nümunəsi 44 günlük Vətən müharibəsi zamanı oldu.

Prezident İlham Əliyev jurnalistlərə müsahibə verərkən yüksək kübarlıq nümayiş etdirirdi. Azərbaycan dilində səlis danışırdı, heç zaman rus sözlərindən istifadə etmirdi. O bir natiq kimi zəngin söz ehtiyyatına malik olduğunu nümayiş etdirdi. Danışarkən duruxmaz, söz axtarışında olmaz, nitq söyləyərkən söz və ifadələrin təkrarına yol verməzdi. Düzgün seçilən nitqi təsirli idi. Onun nitqi estetik cəhətdən gözəl idi, çünki, çıxışı zamanı ifadəlilik vasitələri yerində işlədilirdi. Leksik və farazeoloji sinonimlər, nidalar, müraciətlər, ritorik suallar yerli-yerində idi. Bir Ölkə Başçısının kamil nitq siyasəti nümayiş etdirməsi üçün bu məziyyətlərin olması vacibdir və qürur hissi ilə deyə bilərik ki, bu Prezident İlham Əliyevdə var.

Azərbaycan dilinin sadəcə qorunması deyil, dinamik inkişafı və rəqabətə davamlı kommunikasiya vasitəsi kimi gələcək nəsillərə ötürülməsi deməkdir. Bu yanaşma ilə dil təkcə keçmişin mirası deyil, gələcəyin inşasında aparıcı qüvvə ola bilər.

İlhamə Qəsəbova

YAP Yasamal rayonu AMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 31 İyul 2025 23:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see299

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see222

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see221

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see215

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see199

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see147

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see147

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see141

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see134

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see134

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see133

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see133

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see131

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see130

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see128

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see127

“Qarabağ”da məcburi əvəzlənmə: Kadi Borges zədələndi

05 Noyabr 2025 22:23see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri