Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Röya tanınmaz obrazda (Foto/Video)

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Baş idarə rəisinə yeni rütbə verildi

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

Azərbaycan dilinə verilən davamlı dövlət qayğısı

Azərbaycan dilinə verilən davamlı dövlət qayğısı

Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

1 avqustun Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilməsi, dilimizə verilən yüksək dəyərin bariz nümunəsidir

Azərbaycan dili – tariximizin, mədəniyyətimizin, milli şüurumuzun əsası və xalqımızın mənəvi varlığının ayrılmaz hissəsidir. Minilliklər boyu formalaşaraq bu günə qədər gələn ana dilimiz təkcə ünsiyyət vasitəsi deyil, həm də milli kimliyimizin, müstəqilliyimizin və dövlətçiliyimizin rəmzidir. Bu səbəbdən, onun qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. 20-ci əsrin sonları və 21-ci əsrin əvvəlləri Azərbaycan üçün həm siyasi, həm də mədəni baxımdan mühüm mərhələlərdən biri idi. SSRİ-nin süqutundan sonra ölkəmiz öz müstəqilliyini bərpa etdi və bununla paralel olaraq milli-mənəvi dəyərlərin, o cümlədən dövlət dilinin qorunması məsələsi daha da aktuallaşdı. Məhz bu mərhələdə Azərbaycan dilinin dövlət statusunun möhkəmləndirilməsi və ümummilli səviyyədə dəyərləndirilməsi zərurəti ortaya çıxdı.

Ulu Öndər Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanı bu istiqamətdə mühüm tarixi hadisə oldu. Fərmana əsasən, hər il 1 avqust ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Bu qərar təkcə bir tarix təyini deyil, həm də ana dilimizin ictimai-siyasi və mənəvi həyatımızdakı yerinin rəsmi şəkildə tanınması idi. Həmçinin bu tarixi qərar milli-mənəvi dəyərlərimizin qorunması və yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan dili xalqımızın kimliyinin, milli ruhunun və tarixi yaddaşının daşıyıcısıdır. Qloballaşma dövründə dilimizin saflığının qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi məsələsində Ulu Öndərin gördüyü işlər və göstərdiyi prinsipial mövqe xalqımız üçün əvəzolunmaz töhfələrdən biridir. Heydər Əliyev Azərbaycan dilinin dövlət dili statusunda möhkəmlənməsinə, onun tədrisinin genişlənməsinə və beynəlxalq aləmdə tanıdılmasına daim xüsusi diqqət göstərmişdir. Bu istiqamətdə atılan hər bir addım dilimizin qüdrətini və xalqımızın milli mənsubiyyətini daha da möhkəmləndirmişdir. Ümummilli lider Heydər Əliyev demişdir: “Mən hər bir dilə öz hörmət və ehtiramımı bildirirəm. Amma hesab edirəm ki, öz dilimizlə, Azərbaycan dili ilə hər birimiz fəxr edə bilərik. Çünki bu, zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın adı da tanınıb, respublikamızın adı da tanınıb, dilimizin adı da tanınıb”.

Ulu Öndər Heydər Əliyev dil məsələsinə hər zaman xüsusi həssaslıqla yanaşmış, onu milli dövlət quruculuğunun əsas sütunlarından biri hesab etmişdir. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan əlavə, latın qrafikalı Azərbaycan əlifbasına keçid də məhz Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsidir. Bu keçid milli mədəniyyətimizin müasir dövrdə beynəlxalq inteqrasiya prosesinə uyğunlaşdırılmasına şərait yaratdı.

Qloballaşmanın sürətlə artdığı müasir dünyada bir çox kiçik xalqların və dillərin assimilyasiyaya uğraması reallıqdır. Bu baxımdan Azərbaycan dilinin qorunması və inkişafı yalnız dövlətin deyil, hər bir vətəndaşın mənəvi borcudur. Azərbaycan dilinin tədrisinin genişləndirilməsi, onun elmi, texniki və rəqəmsal sahələrdə istifadəsinin təmin olunması, ədəbi dil normalarının qorunması bu sahədə əsas hədəflərdən biridir. Hazırda Azərbaycan dili təkcə ölkə daxilində deyil, eyni zamanda xaricdə yaşayan soydaşlarımız üçün də ana dili funksiyasını daşıyır. Diaspor təşkilatları, mədəniyyət mərkəzləri və təhsil ocaqları vasitəsilə Azərbaycan dili təbliğ olunur və gələcək nəsillərə ötürülür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Ulu Öndərin bu sahədəki siyasətini uğurla davam etdirir. Prezident İlham Əliyev Azərbaycan dili haqqında demişdir: “Azərbaycan dilinin qorunması hər kəsin borcudur. Zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır. Son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilin dəyişilməsinə səbəb olur. Dilin orijinallığının qorunması məsələsi media ilə bağlı qurumların, eləcədə telekanalların da öhdəsinə yeni vəzifələr müəyyən edir. Ümummillli Lider də öz çıxışlarında Azərbaycan dilinin saflığının qorunması üçün çağırışlar edir, dilimizin türk dilləri ailəsində xüsusi müstəqil mövqeyini vurğulayırdı. Ümummmili Liderin təşəbbüsü ilə hər il Azərbaycanda avqustun 1-i Azərbaycan əlifbası və dili günü kimi qeyd olunur”. Ölkə başçısının Azərbaycan dili ilə bağlı imzaladığı sərəncamlar və sonrakı illərdə reallaşdırılan layihələr ana dilimizin gələcək nəsillərə təmiz, zəngin və müasir tələblərə cavab verən şəkildə çatdırılmasına xidmət edir. Xüsusən müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Bundan əlavə, Azərbaycan Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyi, Medianın İnkişafı Agentliyi və digər qurumlar tərəfindən dilin inkişafına dair müxtəlif elmi-praktik tədbirlər həyata keçirilir, ədəbi dilin norma və qaydaları təbliğ olunur. 

1 avqustun Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilməsi, dilimizə verilən yüksək dəyərin bariz nümunəsidir. Bu gün, eyni zamanda, hər bir azərbaycanlının ana dilinə olan sevgisinin, hörmətinin və məsuliyyətinin təcəssümüdür. Dilimizi yaşatmaq, onu inkişaf etdirmək və gələcək nəsillərə saf şəkildə ötürmək həm vətəndaşlıq borcumuz, həm də milli kimliyimizi qorumağın ən vacib yollarından biridir.

Ulu Öndər Heydər Əliyevin dövlət dili uğrunda apardığı mübarizə milli ideologiyanın əsas dayaqlarından birinə çevrilmişdir. Onun ana dilinə olan sevgisi, bu dilin hüquqlarının qorunması və inkişafı istiqamətində atdığı cəsarətli addımlar sayəsində bu gün Azərbaycan dili müstəqil dövlətimizin rəsmi dili olmaqla yanaşı, həm də xalqımızın milli kimliyinin rəmzinə çevrilmişdir. Bu mübarizə Ulu Öndərin tarixi irsinin ən şərəfli səhifələrindən biri olaraq daim yaşayacaq və gələcək nəsillər üçün örnək olacaqdır.

 Zenfira Nurullayeva 

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin 

xor ixtisası üzrə müəllimi, 

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:306
embedMənbə:https://adalet.az
archiveBu xəbər 02 Avqust 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see350

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see340

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see337

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see333

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see318

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see270

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see270

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see257

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see244

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see220

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see219

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see215

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see214

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see213

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see212

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see208

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see198

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see195

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri