Icma.az
close
up
RU
Dili itirmək, kimliyi itirmək deməkdir Elmlər doktoru Prezidentin çağırışına qoşuldu

Dili itirmək, kimliyi itirmək deməkdir Elmlər doktoru Prezidentin çağırışına qoşuldu

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyev AMEA-nın 80 illik yubiley yığıncağında çıxışı zamanı dilimizin saflığının qorunmasından danışıb. Ölkə başçısı qeyd edib ki, Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır.

"10 il bundan əvvəl mən bu məsələni qaldırmışdım. Çünki bu, məni narahat edirdi. On il ərzində lazımi tədbirlər görüldü ki, biz dilimizi kənar kəlmələrdən qoruya bilək. Amma yenə də oradan-buradan eşidirəm, - həm televiziyalarda, həm yazılı mediada, həm bəzi insanların çıxışlarında, - buna heç bir gərək yoxdur. Yəni, biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər. Əminəm ki, mənim sözlərim hər kəsə çatacaq və özüm də daim bu məsələ ilə bağlı məşğul olacağam, izləyəcəyəm, lazımi tədbirlər görəcəyəm. Azərbaycan alimlərindən də bax, bu məsələyə də öz münasibətini və dəstəyini göstərmək çağırışını edirəm", - deyə İlham Əliyev müraciətində bildirib.

Redaktor.az Prezident İlham Əliyevin çıxışında dilimizin qorunması haqqında söylədiyi fikirlərlə bağlı Qarabağ Universiteti Elm şöbəsinin müdiri, filologiya elmləri doktoru, türkoloq alim Elçin İbrahimovla müsahibəni təqdim edir:

- Prezident İlham Əliyev çıxışında Azərbaycan dilinin saflığının qorunmasının vacibliyini vurğuladı. Siz bu fikirə necə yanaşırsınız?

- Cənab prezidentin dil mövzusu ilə bağlı söylədikləri, əslində, təkcə dil məsələsi deyil - milli kimlik məsələsidir. Azərbaycan dili bizim tarixi yaddaşımızın, mədəni irsimizin və milli mənsubiyyətimizin özəyidir. Ona görə də dilin qorunması yalnız dilçi alimlərin işi deyil; bu, cəmiyyətin bütün təbəqələrinin ortaq məsuliyyətidir. Son illər dilimizin işlənmə dairəsinin genişlənməsi, dil siyasətinin sistemli şəkildə aparılması artıq nəticə göstərir. Lakin cənab prezidentin vurğuladığı kimi, tam arxayınlaşmaq olmaz. Xüsusən də danışıq dilində və media mühitində yad sözlərin məqsədsiz şəkildə artması müəyyən narahatlıq doğurur. Halbuki Azərbaycan dili özünün söz yaratma imkanları ilə çox zəngindir və biz çox vaxt olan sözü kənardan gətirilən ifadə ilə əvəz edirik. Bu isə dilin strukturuna və ifadə mədəniyyətinə xələl gətirir.

- Sizcə, bu sahədə hansı işlər görülməldir?

- Əvvəlcə bu sahə ilə məşğul olan qurumların fəaliyyəti cənab prezidentin çağırışlarına uyğun şəkildə sistemli olaraq qurulmalıdır. Çünki prezidentimizin də vurğuladığı kimi, bu, sıradan bir dil məsələsi deyil - milli məsələdir. İnsan dilə necə yanaşırsa, milli kimliyə də o münasibəti göstərir.

Dilin saflığını qorumağın əsas istiqamətlərini belə görürəm:
1.    Təhsil və maarifləndirmə - məktəbdən başlayaraq ədəbi dil norması şüurlu şəkildə öyrədilməlidir;
2.    Media məsuliyyəti - televiziya və onlayn platformalarda dil mədəniyyətinə nəzarət gücləndirilməlidir;
3.    Şəxsi nümunə - hər kəs öz danışığı ilə dilin təmizliyinə xidmət etməlidir;
4.    Mütaliə mədəniyyətinin inkişafı - mütaliə insanın söz ehtiyatını artırır, dil düşüncəsini formalaşdırır və danışıq mədəniyyətini zənginləşdirir. Oxuyan insanın dili daha dəqiq və ifadəli olur. Bu istiqamətlər sadə görünə bilər, amma təsir gücü çox böyükdür. Dil öz-özünə yaşamır - onu yaşadan bizik.

- Yekun olaraq nə demək istərdiniz?

- Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil - o, bir millətin özünü tanımasıdır. Əgər biz dilimizi qoruyuruqsa, özümüzü qoruyuruq. Dili itirmək, kimliyi itirmək deməkdir. Azərbaycan dövlətinin dil siyasəti bu istiqamətdə ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilir. 2012-2013-cü illərdə qəbul olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə dair Dövlət Proqramı”, 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam, eləcə də 1 noyabr 2018-ci ildə imzalanmış “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin təkmilləşdirilməsi haqqında” Fərman bu siyasətin məntiqi davamıdır. Bu sənədlər təkcə hüquqi baza deyil, həm də dilə münasibətimizin strateji çərçivəsidir. Əsas məsələ isə bu siyasətin icrasında ictimai həmrəyliyin təmin edilməsidir. Dövlətin atdığı addımların tam mənada nəticə verməsi üçün hər birimiz dilə sahib çıxmalı, onu gündəlik həyatımızda yaşatmalı və gələcək nəsillərə olduğu kimi ötürməliyik.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Noyabr 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri