Icma.az
close
up
RU
Dilimizin saflığı milli ləyaqət məsələsidir FOTOLAR

Dilimizin saflığı milli ləyaqət məsələsidir FOTOLAR

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Respublikasının Dövlət dili olan Azərbaycan dilinin saflığının qorunması hər zaman ziyalıların diqqət mərkəzində olmuş və olaraq qalır. Azərbaycanın azadlığı uğrunda mübarizədə saç ağartmış insanların yeganə təşkilatı olan Azadlıq Hərəkatçıları İctimai Birliyi bu mövzuda çoxsaylı layihələr, tədbirlər həyata keçirmişdir. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il qrant müsabiqəsinə də birlik “Dilimiz varlığımızdır...” adlı layihə ilə müraciət etmiş və müsabiqənin qaliblərindən olmuşdur. Layihənin məramı, məqsədi və nəzərdə tutulan işlər barədə fikirlərini oxucularımızla bölüşmək üçün layihənin rəhbəri, Azadlıq Hərəkatçıları İctimai Birliyinin sədri, yazıçı-publisist Təhmasib Novruzova müraciət etdik:

- Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev Respublikamıza rəhbərlik etdiyi bütün dönəmlərdə xalqımızın milli varlığının inikası olan Azərbaycan dilinin saflığının qorunmasına və inkişafına xüsusi qayğı ilə yanaşmışdır. Hələ sovetlər dönəmində SSRİ-də rus dilinin hakim dil olmasına, digər xalqların dillərinin assimlasiya olunmasına yönəlik siyasi xəttin mövcudluğuna rəğmən ötən əsrin 70-ci illərini dilimizin tarixdə ən yüksək inkişaf dövrlərindən biri kimi qiymətləndirmək olar. Məhz Ulu Öndərin qətiyyəti sayəsində Azsüərbaycan Səfəvi Dövlətininin süqutundan sonra ilk dəfə olaraq Azərbaycan SSR-in Konstitutsiyasında Azərbaycan dili Dövlət dili kimi təsbit olundu. Dilimizi dünyanın ən zəngin və ən ləzzətli dillərindən biri kimi qiymətləndirən Ulu Öndərin layiqli siyasi və mənəvi davamçısı, Fateh Liderimiz, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev digər sahələrdə olduğu kimi Azərbaycan dilinin saflığının qorunması və inkişafı sahəsində də mühüm tarixi addımlar atmışdır. Ölkəyə rəhbərlik etdiyi 22 il ərzində dilimizin saflığı və inkişafı ilə bağlı dörd Fərman və iki Dövlət Proqramı imzalaması dediklərimizin bariz nümunəsidir. Nəticədə dilimizə münasibət ilbəil müsbət mənada dəyişir və insanlar milli varlığımızın inikası, mənəvi pasportumuz olan, min illərlə qorunub, inkişaf edib günümüzə qədər yaşadılan dilimizə həssaslıqla yanaşmağı özünün milli ləyaqət borcu hesab etməyə başlayıb.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və suverenlik ili” elan edilməsi hər bir Azərbaycan vətəndaşının üzərinə böyük məsuliyyət qoyur.Məhz ölkənin Ali Qanununda – Konstitusiyada Dövlət dili kimi təsbit edilmiş Azərbaycan dilinin saflığının qorunması və inkişafı sıradan bir vəzifə deyil, hər bir vətəndaşın Konstitusiya qarşısında məsuliyyəti kimi qəbul edilməlidir. Bu baxımda məhz “Konstitusiya və suverenlik ili”ndə belə bir layihənin həyata keçirilməsi dövlət və dövlətçilik nöqteyi-nəzərindən xüsusi əhəmiyyət kəsb edir.

Təəssüflə də olsa deməliyik ki, heç də hər yerdə dilimizə, onun saflığına münasibət hələ də ürəkaçan deyil. Xüsusilə, dilin təbliğində daha böyük rola malik olan televiziya-radio proqramlarında, reklam lövhələrində, reklam çarxlarında, informasiya texnologiyalarından istifadədə, film və seriallarda, mahnıların mətnlərinin səsləndirilməsində ciddi qüsurlara rast gəlinir ki, bu da Dövlət dili olan Azərbaycan dilinin saflığının pozulmasında mühüm rol oynayır. Bir filmdə 300-dən çox, bədii serialın bir bölümündə 100-dən çox , bir saatlıq televiziya verilişində 50-dən çox öz dilimizdə qarşılığı olan əcnəbi sözlər işlədilirsə, bu, həyacan təbili çalmaq üçün əsas hesab edilməlidir. Bütün bunları nəzərə alaraq təşkilatımız Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üçün elan etdiyi qrant müsabiqəsinə “Dilimiz varlığımızdır” mövzusunda verilişlərin hazırlanması və efirdə nümayişi” adlı layihə təqdim etdi. Layihə müsabiqənin qalibi oldu və artıq onun icrasına başlamışıq. Müxtəlif sahələrdə dilimizin saflığının pozulması faktlarının araşdırılaraq aşkar edilməsi, dilçi-alimlərlə birlikdə onların təhlil edilməsi və televiziya verilişlərində geniş müzakirə olunması nəzərdə tutulur. Layihə rəhbəri olaraq çalışacağıq ki, dilçi-alimlərlə birlikdə layihədə qarşıya qoyduğumuz əsas məqsədə - dilimizə həssas münasibətin aşılanmasına nail olaq.

İnanıram ki, nəzərdə tutulan beş televiziya verilişində istəyimizi gerçəkləşdirə biləcəyik və nəticədə dilimizin saflığı və inkişafı istiqamətində Dövlətin həyata keçirdiyi qətiyyətli və ardıcıl siyasi xəttə vətəndaş cəmiyyəti olaraq dəstək vermiş olacağıq.

Azadlıq Hərəkatçıları İctimai Birliyinin Mətbuat Xidməti

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 May 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri