Icma.az
close
up
RU
Dilimizin bəlası

Dilimizin bəlası

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Əslində tariximizin bəlasıdır, bizi qarabaqara izləyir, dəyişir, dəyişdirir, yeni üfüqlər açır, təzə problemlər yaradır. Tarixin bəlasına düçar olduğumuz kimi, dilin də bəlasına düşürük. Get-gedə dərinləşən problemlərimiz həm də yeni fürsətlər yaradır, yeni suallar ortaya çıxır, qayğılar artır.

Görəsən mən eşitdiyim, yazdığım, qoruyub-saxlamağa çalışdığım dil - Nərgiz nənəmin o füsünkar dili, ondan əvvəl necə idi? Məsələn, mənim də, Nərgiz nənəmin də ulu nənəsi Şərəf xanım necə danışırdı? Yazdığı məktubların mətni hansı üslubda idi? Kaş ki, onun bircə sətir yazısı qalaydı... 

Bax burda, bu yazı-pozu məsələsində keşişi ağlamaq tutur. Yazı yoxdur, olan-qalan da yerdəyişmələr, müharibələr, işğal və soyqırmılar vaxtı it-bata düşüb. Əgər bir ailənin (nəslin) yazılı tarixi, yoxdursa, ha danış, ha de, aləmi-biyabandır. 

Neçə vaxtdır, dil müzakirələri aparan insanlar əslində üstündə yaşadıqları, var ola bildikləri bir planetdən danışırlar. Amma özlərini elə aparırlar ki, guya bu planetdə yaşamır, əksinə, aralıda, uzaqda gözdən itib-geməkdə olan digər ulduzdan bəhs edirlər. Yazıdan, oxudan qorxan bütün küyçülərin köhnə xasiyyətidir. Ətrafımızda isə min ildir, bizə fikir vermədən öz rəqsini edən əsrarəngiz dilimiz var. Belə baxanda, yazdığım bu sətirlər də onun yaşaması üçündür. Görünür, sadəcə biz var olmalıyıq ki, o da var olsun. İndən sonra, onun bizsiz də yaşaya bilmək fürsəti var, amma onu həm də bizim əcdadlar yaradıb, tarixə qovuşduraraq bu günümüzə gətirib. 

Əgər nənəm sağ olsaydı, onu çox hörmətli dilçi alim, akademik Filankəslə beşcə dəqiqə danışdırardım. Çünki nənəm çox asta, səlis və şirin danışırdı. Lüğəti də zəngin idi. Mən onun səsini hələ də eşidirəm, tərtib etdiyim lüğətini hələ də zənginləşdirirəm. Üstəlik, anamın, atamın sözlərini də nənəmin sözlüyünə qatıb saxlayıram. 

Baxın, nə gözəl dildir, necə, nə cür deyilməsindən asılı olmayaraq: ağzından artıq-urtuq, yalan-palan, doğru-düzgün, mənasız-məzmunsuz söz çıxarıb o sözü tuta bilməyən hər kəsin özünəcə söz vurmaq imkanı var: 

- Dilimin bəlasına düşdüm.

Məncə, çox da şey eləməyin... 

Məqsəd Nur

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 May 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see256

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see248

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see240

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see236

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see234

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see230

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see224

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see218

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see217

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see216

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see205

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see203

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see200

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see200

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see200

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see199

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see198

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see197

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see194

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri