Icma.az
close
up
RU
“Dilin lüğət tərkibinin zənginləşməsinin müxtəlif yolları və elmi əsasları var” FİLOLOQ DANIŞDI

“Dilin lüğət tərkibinin zənginləşməsinin müxtəlif yolları və elmi əsasları var” FİLOLOQ DANIŞDI

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

“Ana dilimizin qorunması və inkişafı problemi sistemli yanaşma tələb edir. Məktəbəqədər, məktəb dövrü və ümumiyyətlə təhsil sistemi ana dilinin mənimsənməsində mühüm rol oynayır. İlk növbədə dili sevdirmək və ona qarşı laqeyd münasibətin törədəcəyi acı nəticələri yeniyetmələrə, gənclərə izah etmək lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında filologiya elmləri doktoru, professor AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri Tahirə Məmməd deyib.
O bildirib ki, azyaşlıların baxdığı televiziya verilişləri, cizgi filmləri, oxuduqları kitablar, əzbərlədikləri şeirlər, ifa etdikləri nəğmələr onların söz ehtiyatını zənginləşdirməlidir: “Sinifdən-sinfə keçdikcə məktəblilərin istifadə etdiyi söz bazası yalnız elmi terminologiya ilə deyil, həm də milli dil ehtiyatının zənginləşməsi xeyrinə artırılmalıdır. Terminlərin dərsliklərdə olması təbiidir, ancaq onların izahı, öyrədilməsi zamanı mümkün qədər dilimizin lüğət tərkibindən geniş istifadə edilməlidir. Təəsüf ki, dərsliklər dili servdirmək və mənimsətmək istiqamətində tələblərə cavab vermir və şagirdin yaradıcılıq üfüqlərini genişlətmir, mətn və onu öyrənən arasında məsafə qoyur və azyaşlıları yorur. Dili inkişaf etdirmək üçün ona yaradıcı yanaşmalı, doğma söz ehyiyatlarına, dialekt və qohum dil sözlərinə, arxaikləşmiş ifadələrə, lazım gəldikdə, müraciət olunmalıdır. Dialekt və şivələr zəngin söz ehtiyatı kimi dəyərləndirilir, ədəbi dilin zənginləşməsinin mühüm və doğma qaynağıdır. Onun toplanması, qorunması vacibdir. Bu sahədə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Dialektologiya şöbəsinin fəaliyyəti təqdirəlayiqdir.

Dilin lüğət tərkibinin zənginləşməsinin müxtəlif yolları və elmi əsasları var. Xarici dillərin mənfi təsirini stimullaşdıran, dili çirkləndirən səbəblərdən biri də mağazaların, şadlıq evlərinin, gözəllik salonlarının və s. alınma söz və ifadələrlə adlandırılmasıdır. Uşaq bağçalarına belə ad verərkən, bəzən, alınma sözlərə müraciət edilir. Bu, bir qisim insanda etiraz, məyusluq doğursa da, digər qismi özünə cəlb edir, onlara belə qarışıq dil daha cəlbedici və kübarca görünür.

Televiziya kanallarında da dilin qarışdırılması halları təsadüfi xarakter daşımır. Dil milli kimliyin ən mühüm göstəriciləri sırasında yer alır. Ona dəyən zərbə milli kimliyə vurulan zərbədir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev AMEA-nın 80 illik yubiley tədbirindəki məruzəsində dilin qorunması və inkişafının vacibliyini vurğuladı və ziyalıları, alimləri bu sahədə səfərbər olmağa çağırdı.Bu, dilimizə dövlət qayğısını bir daha göstərir, ilk növbədə alimlər olmaqla bütün vətəndaşlar qarşısında mühüm vəzifələr qoyur. Həmin vəzifələrin yerinə yetirilməsi üçün uyğun strukturların birgə fəaliyyət proqramının gerçəkləşməsinə ehtiyac var. Dilimizi qorumasaq, o lüğətinə daxil olan yad sözlərlə başqa dillərə uduzacaq. Qarışıq dildə danışan insanın psixologiyası da zədələnmiş, qarışmış olur. Dilimizin saflığını qoruyaq ki, həm fərd, həm də millət olaraq özümüzü qoruyaq!”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Noyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see141

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see136

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Alleqri İtaliya Superkubokunun yarımfinalındakı davranışına görə cərimələnib

21 Dekabr 2025 05:16see128

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see128

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see127

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see126

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri