Icma.az
close
up
RU
Dillər Universitetində ilk Çin mahnı müsabiqəsi keçirilib

Dillər Universitetində ilk Çin mahnı müsabiqəsi keçirilib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 23 dekabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetində (ADU) ilk Çin mahnı müsabiqəsi keçirilib. Müsabiqə “Dostluq mahnıdan başlayır” devizi altında Azərbaycan Çin Assosiasiyası və ADU-nun Konfutsi İnstitutu tərəfindən təşkil edilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, təkcə musiqi bayramı deyil, həm də Çin-Azərbaycan mədəni mübadiləsinin gücləndirilməsi üçün platforma rolunu oynayan müsabiqəyə Azərbaycanda təhsil alan çinli tələbələr və ADU Konfutsi İnstitutunun tələbələri də daxil olmaqla, 40-dan çox iştirakçı qatılıb.

Çinin Azərbaycandakı səfiri xanım Lu Mey çıxışında musiqinin sərhədləri aşan universal bir dil olduğunu və insanların qəlblərini birləşdirən görünməz bir bağ olduğunu vurğulayıb. O, müsabiqə iştirakçılarını “mahnı vasitəsilə dostlaşmağa” və yalnız şəxsi istedadlarını səhnədə nümayiş etdirməklə kifayətlənməyib, həm də Çin-Azərbaycan dostluğunun “oxuyan səfirləri” olmağa, mahnı vasitəsilə iki qardaş xalqa istilik və xoşməramlılıq ötürməyə təşviq edib.

O, həmçinin bugünkü tədbirin iki ölkə arasında mədəni mübadiləyə yeni nəfəs verdiyini qeyd edib və müsabiqənin gələcəkdə yenidən keçiriləcəyinə, Azərbaycanın mədəni brendinə çevriləcəyinə və Çin-Azərbaycan dostluğunu daha da gücləndirəcəyinə ümidvar olduğunu bildirib.

ADU-nun tədris işləri üzrə prorektoru Şəfəq Şahməmmədova çıxışında Konfutsi İnstitutunun Çin və Azərbaycan arasında mədəni və təhsil mübadiləsinin asanlaşdırılmasındakı əsas rolunu yüksək qiymətləndirib. O, Konfutsi İnstitutunun təkcə Çin dilinin tədrisi üçün platforma deyil, həm də Çin mədəniyyətinin yayılması və iki ölkə arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi üçün mühüm körpü olduğunu qeyd edib. Bildirib ki, Çin mahnı müsabiqəsinin uğurla keçirilməsi Azərbaycan gənclərinin Çin mədəniyyətinə olan böyük marağını tam şəkildə nümayiş etdirir. O qeyd edib ki, ADU Konfutsi İnstitutunun direktorları Rafiq Abbasov və Li Cihuanın rəhbərliyi ilə Çin-Azərbaycan mədəni əlaqələrinin inkişafına töhfələrin verilməsi davam edəcək.

Azərbaycan Çin Assosiasiyasının prezidenti Bao Lijun çıxışında mahnıların Çin xalqının mədəni irsində xüsusi yer tutduğunu qeyd edərək bildirir ki, mahnı oxumaqla iştirakçılar Çin mədəniyyətinin özünəməxsus cazibəsini qiymətləndirməklə yanaşı, həm də iki qardaş xalq arasında artan dostluğu nümayiş etdirəcəklər.

Müsabiqədə iştirakçılar ənənəvi Çin xalq mahnıları və müasir pop əsərləri də daxil olmaqla müxtəlif mahnı janrlarını ifa ediblər. Münsiflər heyəti birinci yeri ADU Konfutsi İnstitutunun üzvü Çen Qianqiuya “Vanjiang” əsərini ifa etdiyinə görə verib. İkinci yeri Sinq Tao, Fanq Tinq və Aman Duman bölüşüblər. Altı iştirakçı üçüncü yeri tutub, daha on nəfər isə yüksək nailiyyətlərinə görə mükafatlandırılıb.

Müsabiqənin məqsədi Çin mədəniyyətini musiqi vasitəsilə daha da təbliğ etmək, iştirakçılara dil və mədəni maneələri dəf etməyə imkan yaratmaq, Azərbaycan və Çinin mədəni irsinə qarşılıqlı anlaşmanı və hörməti gücləndirmək olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Dekabr 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see308

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see303

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see302

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see302

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see298

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see290

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see290

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see284

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see279

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see267

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see257

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see253

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see244

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see243

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see239

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see239

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see226

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see216

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see200

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri