Icma.az
close
up
RU
Dillər Universitetində Çin İrsi Günü qeyd olunub

Dillər Universitetində Çin İrsi Günü qeyd olunub

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 12 iyun, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunun yay onlayn lektoriya fəaliyyəti çərçivəsində direktor Rafiq Abbasov Çinin Mədəni və Təbii İrsi Gününə həsr olunmuş “Çinin tarixi və mədəni irsi” mövzusunda mühazirə oxuyub.

Bu barədə AZƏRTAC-a Konfutsi İnstitutundan məlumat verilib. İnstitutun direktoru Rafiq Abbasov qeyd edib ki, bu bayramın keçirilməsi Çinin mədəni və təbii irsinin, eləcə də ənənəvi Çin mədəniyyətinin qorunub saxlanmasının, populyarlaşdırılmasının və qorunmasının vacibliyini dərk etməyə, habelə mədəni irsin ölkənin müasir həyatının ayrılmaz hissəsinə çevrilməsinə xidmət edir. Çində İrs Günü irsin qorunması ideyasını təbliğ etmək üçün ümummilli kampaniyanı, ənənəvi incəsənət və sənətkarlıq nümunələrinin müxtəlif sərgi və yarmarkalarını, həmçinin opera artistlərinin çıxışlarını, kukla teatrlarını, sirkləri, ənənəvi mahnı və rəqs mədəniyyəti festivallarını əhatə edir. Yüksək texnologiyaların tətbiqi sayəsində rəqəmsal muzeylər və virtual reallıq texnologiyaları vasitəsilə tarixi və mədəni irsin əlçatanlığı artır.

Rafiq Abbasov mühazirəsində mədəni irsin qorunub saxlanmasında və Azərbaycan mədəniyyətinin xaricdə təbliğində Heydər Əliyev Fondunun rolunu xüsusi vurğulayıb.

İnstitutun direktoru mühazirəsində, həmçinin Çin Xalq Respublikasının Sədri Si Cinpinin irəli sürdüyü dünya sivilizasiyalarının müxtəlifliyinə hörmətin qorunub saxlanılması, bütün bəşəriyyətin ümumi dəyərlərinin dəstəklənməsi, humanitar mübadilənin və əməkdaşlığın inkişaf etdirilməsi, dünya mədəniyyətlərinin qarşılıqlı zənginləşdirilməsi məqsədi daşıyan qlobal sivilizasiya təşəbbüsündən danışıb. O qeyd edib ki, Çində mədəni irsə unikal mənəvi dəyər, bilik sistemi, düşüncə tərzi, etik və emosional vəziyyət, Çin xalqının yaradıcılığının təcəssümü, Çin mədəni iqtisadiyyatının mühüm tərkib hissəsi kimi yanaşılır. R. Abbasov Çinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş yerləri - Böyük Çin Səddi, Min və Qinq sülalələrinin İmperator sarayları, İmperator Qin Shi Huang türbəsi və Terrakota ordusu və At Fiqurları Muzeyi, Pekində Yiheyuan Parkı və Göy Məbədi, Qufuda Konfutsi məbədi, Vudanşan, Taişan, Huanşan, Luşan dağlarında təbii mənzərələr və qədim memarlıq ansamblları haqqında da söz açıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyun 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri