DİM ədliyyə orqanlarına qəbulla bağlı namizədlərə müraciət etdi
Icma.az, Unikal-dan verilən məlumata əsaslanaraq, xəbər verir DİM ədliyyə orqanlarına qəbulla bağlı namizədlərə müraciət etdi.
Dövlət İmtahan Mərkəzi (DİM) ədliyyə orqanlarına qəbul imtahanında iştirak etmək üçün sənədləri qəbul edilmiş namizədlərə müraciət edib.
DİM-dən "Unikal"a verilən məlumata görə, namizədlər 9 noyabr saat 14:00-dan 25 noyabr saat 11:00-dək imtahanda iştirak haqqını ödəyərək qeydiyyatdan keçə bilərlər.
Qeyd edilib ki, test imtahanı 1 dekabr 2024-cü il tarixində saat 10:00-da DİM-in elektron imtahanlar korpusunda (Bakı ş. Binəqədi r. S.S.Axundov, 50) kompüterlər vasitəsilə keçiriləcək.
Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni qeydiyyat bitdikdən sonra – imtahana 3-4 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çap edə biləcəklər.
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)