Suriyada mina partlayışları nəticəsində ölənlər və yaralananlar var
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Suriyanın Dəra və Həsəkə əyalətlərində minaların partlaması nəticəsində 2 uşaq ölüb və 3 nəfər yaralanıb.
Moderator.az Suriya mediasına istinadən xəbər verir ki, Dəra əyalətinin Xirbət-Qəzalə şəhərində mina partlayışı zamanı 1 uşaq həlak olub, daha biri isə xəsarət alıb.
Dəra əyalətinin səhiyyə idarəsinin rəhbəri Xalid əl-Omayyan hər iki uşağın Dəra Milli Xəstəxanasına çatdırıldığını və onlara lazımi tibbi yardım göstərildiyini bildirib. Lakin onlardan biri sonradan aldığı ağır yaralardan dünyasını dəyişib.
Daha bir hadisə cümə günü Həsəkə əyalətində baş verib, burada mina partlayışı zamanı 12 yaşlı oğlan həlak olub, 12 və 14 yaşlı daha iki uşaq isə yaralanıb.
Uşaqların qohumunun sözlərinə görə, mina onlar taxıl anbarlarının yaxınlığında oynayarkən partlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 30 Oktyabr 2026 21:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















