Icma.az
close
up
RU
DİM imtahan iştirakçılarına çağırış etdi

DİM imtahan iştirakçılarına çağırış etdi

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Bəzi hallarda abituriyentlər qanunsuz yollarla imtahanlardan müsbət nəticə əldə etməyə cəhd edirlər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, DİM tərəfindən keçirilən imtahanlarda iştirakçıların bərabər şərtlər altında imtahan verməsi, davranış qaydalarına riayət edilməsinə nəzarət imtahan verənlərin bilik və bacarıqları qiymətləndirilərkən ədalətli seçimin təmin edilməsinə yönəldilir.

"Məlumdur ki, hər bir imtahan nəticəsi elan olunarkən DİM tərəfindən imtahanda baş vermiş qayda pozuntuları haqqında məlumat verilir və imtahanlardan xaric olunmuş abituriyentlərin nəticələrinin ləğv olunması elan edilir.

Bəzi qayda pozuntuları hüquqi məsuliyyət yaradır və qanunvericiliklə adekvat tədbirlərin görülməsini tələb edir. Bunlardan ən əsası imtahanda iştirak etməli olan şəxsin əvəzinə başqa birinin imtahan verməsi və ya ona cəhd etməsidir. Bu, tələbə qəbulu qaydalarında da öz əksini tapıb. Abituriyentin yol verməsi qadağan olunan hərəkətlərdən biri məhz saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərməkdir.

Bu gün ali təhsil müəssisələrinin V ixtisas qrupu üzrə İdman istiqamətinə aid qabiliyyət imtahanında bir nəfər başqasının yerinə imtahana daxil olmağa cəhd edib. Yoxlama zamanı həmin şəxsin əsl kimliyi müəyyən edilərək imtahana buraxılmayıb. Burada hər iki tərəf məsuliyyət daşıyır. İlk növbədə imtahanda iştirak etməli olan şəxsin bütün imtahan nəticələri ləğv olunur və müsabiqədən kənarlaşdırılır. Eyni zamanda başqasının yerinə imtahana girmək istəyənin də hüquqi məsuliyyəti var. Təəssüf ki, bu şəxslər bəzən ali təhsil müəssisələrinin aşağı kurs tələbələri olurlar və nəticədə onlar ali məktəbdən xaric oluna bilərlər.

Daha əvvəl də bu kimi hallara qarşı Dövlət İmtahan Mərkəzi əlaqədar qurumlarla birlikdə müxtəlif tədbirlər həyata keçirib. Ötən illərdə belə qayda pozuntuları ilə bağlı hüquq mühafizə orqanları müvafiq addımlar atıb və aidiyyəti məhkəmələr tərəfindən lazımi qərarlar verilib.

Odur ki, imtahan iştirakçıları belə məsələlərdə öz məsuliyyətini dərk etməli və bu cür qayda pozuntularından çəkinməlidirlər. Dövlət İmtahan Mərkəzi bir daha vətəndaşlara müraciət edərək, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu, eləcə də digər imtahanlarla bağlı qanunvericiliyin tələblərinə tam riayət etməyə çağırır. Bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı müvafiq qurumlar tərəfindən ciddi tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcək", - məlumatda qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 İyul 2026 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see409

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see352

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see247

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see236

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see212

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see211

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see209

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see207

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see203

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see197

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see185

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see184

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see181

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see174

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see172

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see168

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see166

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see165

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see164

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri