Icma.az
close
up
RU
DİM in addımı milyonlarla qazanc gətirir: vətəndaşlar əziyyət çəksə də, İmtahan Mərkəzi geri çəkilmir

DİM in addımı milyonlarla qazanc gətirir: vətəndaşlar əziyyət çəksə də, İmtahan Mərkəzi geri çəkilmir

Icma.az, Bizimyol saytına istinadən bildirir.

DİM-in II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının ilk mərhələsi qalmaqalla fərqləndi. Xüsusilə tarix müəllimləri və abituriyentlər suallardan narazı qaldı. Hesab olunur ki, tarux sualları xeyli mürəkkəbləşdirilib. Konkret səhvlər də var. Bizimyol.info bu haqda yazmışdı. Suallardan birində cavab variantı tamamilə yanlışdır və abituriyentlərin xeyrinə qərar verilməlidir.

II və III ixtisas qrupları üzrə ikinci cəhd üçün qeydiyyat başlayıb. Nəticəsindən narazı olan abituriyentlər iyulun 6-da yenə bəxtini sınayacaq. İlk mərhələdə 54 mindən çox abituriyentin biliyini yoxladığı məlumdur. İkinci cəhd üçün qeydiyyat başa çatmadığından, onların nə qədərinin yenidən imtahanda iştirak edəcəyini bilmirik. Amma ehtimal olunur ki, 40 mindən çox abituriyent daha yüksək bal toplamağa çalışacaq.

Bizimyol.info xəbər portalı xəbər verir ki, DİM sualları çətinləşdirməkdə ittiham olunur. Tarix müəllimləri bununla bağlı sosial mediada etiraz yazıları yerləşdirirlər. Onlar hətta DİM rəhbərliyinə müraciət də ünvanlayıb. Müəllimlər hesab edir ki, suallar adekvat təşkil olunmayıb, proses abituriyentlərin həvəsdən düşməsi ilə nəticələnir. DİM-in rəhbəri Məleykə Abbaszadənin son açıqlaması göstərir ki, mərkəz geri çəkilmək fikrində deyil. Çünki o, I və IV ixtisas qrupları üzrə imtahanların da bu çətinlikdə suallarla keçiriləciyini dilə gətirib.

DİM nədə ittiham olunur? Abituriyentləri ikinci cəhdə məcbur etməkdə. Tələbə adını qazanmaq istəyənlər daha bir cəhd üçün 50 manat ödəməli olur. İlk imtahanda nəticə yaxşı olanda abituriyentlər, adətən, bir daha gücünü sınamağa ehtiyac duymur. Lakin ilk cəhd zamanı çətinliklə üzləşdiklərindən, 50 manatından keçməli olacaqlar. Abituriyentləri və valideynləri qəzəbləndirən də budur. Aylarla, illərlə çəkilmiş əziyyət boşa gedir. Üstəlik, əlavə xərc yaranır. İlk mərhələdə sualların mürəkkəbləşdirilməsi ikinci cəhdə ehtiyac duyanların sayını artırır. Təkcə II və III ixtisas qrupu üzrə iştirakçılar ümumilikdə 2 milyon manat civarında xərcə düşəcək. Hələ qarşıda digər ixtisas qruplarının imtahanları var.

DİM-in reaksiyası göstərir ki, etirazlara məhəl qoyulmur. I və IV ixtisas qruplarında da problemlərin olacağını indidən ehtimal etmək mümkündür.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 30 May 2025 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see171

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see161

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see154

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri